Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

YAP Sədərək Rayon Təşkilatında Xocalı soyqırımının qurbanları anılıb

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan anma mərasimi keçirilib.

Naxcivantv.az xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, Xocalı soyqırımı insanlıq tarixində ən qəddar və amansız terror hadisəsidir. Bu soyqırım iki yüz ildən çox müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin  davamı və ən qanlı səhifəsidir.

 YAP Sədərək Rayon Təşkilatı Qadınlar şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva qeyd edib ki, öz miqyasına və dəhşətlərinə görə dünya tarixində bənzəri olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları bir sıra məqsədlər güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Qeyd olunub ki, 1990-1993-cü illərdə ermənilər Sədərəyə də 14 dəfə hücum edərək rayonu dəfələrlə top atəşinə məruz qoymuş, 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıtmışlar. Həmin illərdə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan Sədərəyə kömək gəlib. Döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb ki, onların 52 nəfəri rayonun yetirmələridir.

Digər çıxış edənlər də soyqırımın miqyası və xalqımızın tarixinə əbədi həkk olunan  silinməz izləri barədə ətraflı məlumat veriblər .

Təbir iştirakçıları sonda Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində olub, soyqırımın 25-ci ildönümü ilə bağlı təşkil olunan sərgiyə baxıblar.

YAP Sədərək Rayon Təşkilatında Xocalı soyqırımının qurbanları anılıb

 

                                                                                Şahmərdan Əhmədli

NTVxəbər

 

www.naxcivantv.az