Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

 Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı açıqlanıb

 Naxçıvanda yaşı 100-dən çox olan 60 – a yaxın insan var

Naxcivantv.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, rəsmi statistik məlumatlara görə, ölkəmizdə 100 və daha çox yaşı olan 838 şəxs yaşayır.

U.Həşimova qeyd edib ki, Azərbaycanın bir sıra regionlarında yüksək uzunömürlülük indeksi qeydə alınır. İlkin rəqəmlərə görə, yüksək uzunömürlülük indeksi olan region əsasən Naxçıvan və Lənkərandır.

İnstitut direktoru əlavə edib ki, uzunömürlülüyün yüksək indeksi Qazax və Şamaxı zonalarında da qeyd olunur:

“Naxçıvan uzunömürlülük baxımından perspektivli sayılır. Belə ki, son statistik məlumatlara əsasən, burada 100 və yuxarı yaşda olanların sayı  50-ə yaxındır.”

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, Naxçıvanda əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı, yeni yaşıllıq zolaqlarının salınması, ekoloji təmiz içməli su təminatı və digər bu kimi tədbirlər mühüm demoqrafik göstərici olan ömür uzunluğunun artımına ciddi təkan verir:

“Belə ki, 1995-ci ildə muxtar respublikada ömür uzunluğu 69 yaş,  o cümlədən kişilərdə 65,3 yaş, qadınlarda isə 72,5 yaş təşkil edirdisə, 2015-ci ilin yekun nəticələrinə görə bu göstərici 78,2 yaş, o cümlədən kişilər üçün 76,2 yaş, qadınlar üçün isə 80,2 yaş səviyyəsində olmuşdur. Naxçıvan Muxtar Respublikasında qeyd alınmış ömür uzunluğu göstəricisi Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Estoniya, Latviya, Litva, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro kimi Avropa ölkələrində qeydə alınan göstəricidən artıqdır. Son 15 ilin statistikası göstərir ki, Avropa ölkələri üzrə ömür uzunluğu orta hesabla 3 yaş artdığı halda, Naxçıvan Muxtar Respublikasında bu göstərici 7,2 olmuşdur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının ən qocaman sakini Şərur rayonu Kürçülü kəndində yaşayan 119 yaşlı Qönçə Hümbətovadır.

 

www.naxcivantv.az