Fevralın 23-də Azərbaycanın ilk milli Naviqasiya Sistemi - “AzNav” ictimaiyyətə təqdim edilib.

Naxcivantv.az xəbər verir ki, dəqiq və hər zaman yenilənən GPS naviqasiya sistemi “AzNav” ÜRİS-in məlumatları əsasında hazırlanıb. “AzNav” həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər, həm də poçt, yükdaşıma, taksi, turist, nəqliyyatın tənzimlənməsi və digər fəaliyyətlərdə son dərəcə faydalıdır. Naviqasiya Sistemindən istifadə etməklə hər bir şəxs və ya qurum istənilən vaxt seçdiyi ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən edə biləcək. Ünvan axtarışı məsələləri sadələşəcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq.

İlk belə bir milli layihənin istifadəyə verilməsinin bir çox faydaları, üstünlükləri və digər sistemlərdən fərqli cəhətləri də var. Belə ki, ilk növbədə, Naviqasiya Sistemi Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanlarına malikdir.

Üstün cəhətlərdən biri də, “AzNav”ın həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malik olmasıdır.. Sistem "Android", "iOS" (Apple), "Windows CE" əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda və eyni zamanda telefon və planşetlərdə əlçatandır. "Android" əməliyyat sistemli mobil qurğulara (telefon, planşet və s.) proqramı yükləmək üçün "Play Market"ə daxil olub "AzNav" yazaraq axtarış vermək və yükləyib istifadə etmək mümkündür. "İOS" əməliyyat sistemli mobil qurğular (telefon, planşet və s.) üçün isə proqram "App Store"dan yükləmək mümkündür.

Digər özəllik odur ki, “AzNav” Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini də dəstəkləyir və sadalanan dillərdə interfeysə malikdir. Bu isə ölkəmizə səfər edən turistlərin və əcnəbi vətəndaşların ünvan tapmaq işini daha da rahatlaşdırır. “AzNav” yeni və köhnə ünvanların əsasında hazırlanmış Naviqasiya Xəritəsinin məlumatlarından istifadə etməklə işləyir.

Sistemin digər üstünlüyü Naviqasiya Proqramı nəinki ünvana görə, həmçinin seçilmiş obyektə görə də marşrutu göstərir. Seçilmiş yolla hərəkət zamanı nəqliyyat vasitəsinin maksimal sürətini, yol üzərində olan radarları, döngə nöqtələrini, parklamaları, yanacaqdoldurma məntəqələrini, digər xidmət, ictimai iaşə obyektləri, yol keçidləri və tıxacları bildirir. Nəqliyyat vasitəsi hərəkətə başladıqdan sonra istifadəçi gedəcəyi yerə nə zaman çatacağı barədə məlumatı əvvəlcədən öyrənir. Hərəkət zamanı marşrut üzərində olan hadisələr barədə məlumatları Naviqasiya proqramındakı funksiya vasitəsilə Sistemin çağrı mərkəzinə göndərir (Çağrı mərkəzi ilə əlaqə - SOS funksiyası). Yolda baş vermiş hadisə haqda məlumat çağrı mərkəzinə bir kliklə ötürülür. “GPS” vasitəsilə cari ünvan avtomatik təyin olunur. Təyinat məntəqəsinə qədər sürətli/qısa marşrutun hesablanması və marşrutdan yayınma halında marşrutun yenidən bərpası mümkündür. Proqramda yol trafik vəziyyəti xəritə üzərində rənglərlə vizualizasiya olunur, yol hadisələri ikonlarla göstərilir. Marşrut zamanı səsli (Azərbaycan, rus, ingilis və digər dillərdə) və görüntülü müşayiət mümkündür, radar və bəzi yol nişanları haqda bildirişlər ekranda görünür. Proqramda sürətə nəzarət sistemi, marşrutun hesablanması üçün rejimin seçilməsi imkanları mövcuddur. Xəritənin 3 ölçülü (3D) gecə və gündüz rejimdə əks olunması binaların və istinadların da 3D göstərilməsini (seçimə görə) mümkün edir.

Milli Naviqasiya Sisteminin daha bir üstünlüyü də odur ki, həm yeni, həm də köhnə ünvan konsepsiyası əsasında çalışır. Yəni, ünvana görə axtarış həm “giriş (binanın bloku) nömrələrinə” (yeni konsepsiya), həm də “bina nömrələrinə”(əvvəlki konsepsiya) görə həyata keçirilə bilər. Digər axtarış funksiyaları da mövcuddur ki, bunlar obyektə (POİ) görə, koordinata görə, yol kəsişmələrinə görə naviqasiya seçimləridir. Tapılmış obyektlərin (POİ) tipinə görə göstərilməsi mümkündür. Axtarış sətrinə yarımçıq və ya hərf səhvləri ilə daxil edilən mətnə görə nəzərdə tutula biləcək nəticələr ekranda göstərilir. Bir dəfə seçilən ünvanlar, obyektlər və marşrutlar avtomatik proqramın yaddaşında saxlanılır. Eyni zamanda, proqramda "odometr" funksiyası da aktivdir. “Evə apar” funksiyası isə cari məntəqədən “ev” kimi yaddaşda qeyd edilmiş məntəqəyə qədər marşrutun hesablanmasına imkan verir. Proqram vasitəsilə başqa istifadəçilərlə əks əlaqə imkanı da var. Belə ki, cari məntəqənin koordinatları, obyektlər, yol kəsişmələri və marşrutlar haqda məlumat SMS, "WhatsApp", "facebook" və "e-mail" vasitəsilə başqa istifadəçilərlə paylaşıla bilər.

Proqramın digər xüsusiyyəti Azərbaycanın xəritəsi ilə yanaşı, başqa ölkələrin (Avropa, Cənubi Amerika, Şimali Amerika, Afrika ölkələri) xəritələrini də özündə əks etdirməsidir.

Milli Naviqasiya Sistemi hazırda özündə 353 şəhər və qəsəbə, 5321 yaşayış məntəqəsi, 759227 bina və tikili, 77972 maraq nöqtəsi POİ (obyektlər), 117 körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ulu Öndərin əziz xatirəsi muxtar respublikanın bütün rayonlarında böyük hörmətlə anılıb

13-12-2019-12-09 Xəbərlər

Ulu Öndərin əziz xatirəsi muxtar respublikanın bütün rayonlarında böyük hörmətlə anılıb

Ölkəmizin hər yerində olduğu kimi, Şərur rayon sakinləri də dekabrın 12-də ulu ö...

Ötən günün mənzərəsi - VİDEO

13-12-2019-10-53 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan təmsilçisi yaradıcılıq müsabiqəsində uğurla çıxış edib

12-12-2019-17-41 Xəbərlər

Naxçıvan təmsilçisi yaradıcılıq müsabiqəsində uğurla çıxış edib

NUHÇIXAN xəbər verir ki, sağlamlıq imkanları məhdud şəxslərin VIII Ümumrespublik...

Ali Məclisin Sədri Sərəncam imzaladı

12-12-2019-15-56 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 12-də “...

Dahi siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider

12-12-2019-15-01 Xəbərlər

Dahi siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider

Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasi...

Heydər Əliyev və Naxçıvan

12-12-2019-14-00 Xəbərlər

Heydər Əliyev və Naxçıvan

Xalqların böyüklüyü onların ərazilərinin böyüklüyü-kiçikliyi, yaxud əhali sayı i...

Fövqəladə Hallar Nazirliyində Ulu öndərə həsr edilən tədbir olub

12-12-2019-12-32 Xəbərlər

Fövqəladə Hallar Nazirliyində Ulu öndərə həsr edilən tədbir olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi...

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

12-12-2019-12-11 Xəbərlər

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

O yaşayır, yaşayacaq…

12-12-2019-09-00 Xəbərlər

O yaşayır, yaşayacaq…

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər.

Culfa rayonunda təsərrüfat sahibləri ilə görüş

11-12-2019-18-21 Xəbərlər

Culfa rayonunda təsərrüfat sahibləri ilə görüş

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Culfa ray...

Hərbi hissələr qışa hazırdır - VİDEO

11-12-2019-18-00 Xəbərlər

Hərbi hissələr qışa hazırdır - VİDEO

Hərbi hissələrdə qışa hazırlıq prosesləri yekunlaşdırılıb, mövsüm üçün tələb olu...

Naxçıvan Bölməsində “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

11-12-2019-16-56 Xəbərlər

Naxçıvan Bölməsində “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edi...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

11-12-2019-16-25 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu təmin edilir

11-12-2019-14-17 Xəbərlər

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu təmin edilir

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi...

Təsviri sənətdə dahi Heydər Əliyev obrazı

11-12-2019-12-51 Xəbərlər

Təsviri sənətdə dahi Heydər Əliyev obrazı

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bədii obrazı müasir təsviri sənətimizin ç...

Ötən günün mənzərəsi - VİDEO

11-12-2019-12-15 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib

11-12-2019-11-32 Xəbərlər

Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi ...

“Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı işıq üzü görüb

11-12-2019-10-58 Xəbərlər

“Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı işıq üzü görüb

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı...

Naxçıvan Tibb Kollecinin tələbələri yol hərəkəti qaydaları barədə ətraflı məlumatlandırılıblar

11-12-2019-09-37 Xəbərlər

Naxçıvan Tibb Kollecinin tələbələri yol hərəkəti qaydaları barədə ətraflı məlumatlandırılıblar

Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ali təhsil...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

10-12-2019-20-40 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

NUHÇIXAN xəbər verir ki, dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

10-12-2019-19-50 Xəbərlər

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

NUHÇIXAN xəbər verir ki, dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanı...

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

10-12-2019-19-20 Rəsmi

Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbi...

Ali Məclisin Sədri Sərəncam imzaladı

10-12-2019-17-14 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da O...

Amerikalı ailə: "Naxçıvana gəlmək bizim çoxdankı istəyimiz idi” - VİDEO

10-12-2019-15-36 Xəbərlər

Amerikalı ailə: "Naxçıvana gəlmək bizim çoxdankı istəyimiz idi” - VİDEO

İstər Əlincəqala olsun, istər Duzdağ, istərsə də bir çox tarixi abidələr Naxçıva...

Naxçıvanda sabaha olan hava proqnozu

10-12-2019-12-53 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 11-nə gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

10-12-2019-11-49 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Heydər Əliyev muzeyində növbəti açıq dərs

10-12-2019-11-27 Xəbərlər

Heydər Əliyev muzeyində növbəti açıq dərs

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Muzeyində “Əbədi yaşar lider” mövzusunda ...

Xüsusi mühafizə olunan təbiət əraziləri diqqətdə saxlanılır

10-12-2019-11-06 Xəbərlər

Xüsusi mühafizə olunan təbiət əraziləri diqqətdə saxlanılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Nakhchivan news - VİDEO

10-12-2019-10-24 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Ordubadda qanunsuz ov edən şəxslər saxlanılıb

10-12-2019-09-42 Xəbərlər

Ordubadda qanunsuz ov edən şəxslər saxlanılıb

NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasınd...