Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bu gün Bakının “Azərreyl” komandası qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Naxcivantv.az xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində İstanbulun “Fənərbağça” komandasını qəbul edəcək.

Görüşün baş hakimi rusiyalı Aleksandr Pavlov olacaq. Ona yunanıstanlı həmkarı Epaminondas Qerothoduros kömək edəcək.

“Azərreyl” komandası növbəti mərhələyə vəsiqəni təmin etmək üçün oyunda ən azı 2 seti öz xeyrinə başa vurmalıdır. Xal qazanmadan məğlubiyyət isə komandamızın işini çətinləşdirə bilər.

Hesabında 12 xal olan “Fənərbağça” qrup lideridir və növbəti mərhələyə vəsiqəni təmin edib. “Azərreyl” 9 xalla ikinci, Polşanın “Dabrova Qornitsa” klubu 6 xalla üçüncü pillədə yer alır. Fransanın “Sen-Rafael” komandasının isə xalı yoxdur.

www.naxcivantv.az