Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Zərif əllərin yaratdığı gözəllik

Muxtar respublikada qazandığı uğurlarla və səmərəli fəaliyyəti ilə seçilən istedadlı qadınlar çoxdur. Naxcivantv.az onlardan biri ilə sizi yaxından tanış edəcək.

Fitri istedadı, qabiliyyəti ilə seçilən Səkinə Qarayeva ilə onun emalatxanasında görüşdük. Hazırda rəssam kimi fəaliyyət göstərən Səkinə xanım 10-11 yaşlarından rəsmə marağı olduğunu deyir:

“İşlərimdə  dekorativ tətbiqi sənətə üstünlük verirəm. Mis üzərində döymə, balıqqulağı ilə işləmə, aplikasiya ilə işlərim var. Hazırda bir tablo üzərində işləyirəm. Tək bir balıq qulağı ilə  tablonu gözəlləşdirmək olmur. Meyvələrin dənələri ilə, güllərin qurumuş hissələri ilə tablolarda işləyirəm. Vallarla qablar düzəldirəm, fincanlarla suvenirlər işləyirəm”.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən Səkinə müəllim  rəsmin sirlərini dərnək üzvlərinə məharətlə öyrədir. İstedadlı uşaq və gənclərin  aşkara  çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi sahəsində, gənc nəslin təlim-tərbiyəsində onun xüsusi əməyi var.

Eyni zamanda dərnək rəhbəri olan müsahibimizin 58 tələbəsi var.

Qeyd edək ki, Səkinə Qarayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib. Ümumrespublika sərgilərində və müsabiqələrində iştirak edib. “Milli dəyərlərimiz- vətənpərvərlik” mövzusunda qadınlar arasında  keçirilən rəsm müsabiqələrində  diplomlara layiq görülüb.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1770-z%C9%99rif-%C9%99ll%C9%99rin-yaratd%C4%B1%C4%9F%C4%B1-g%C3%B6z%C9%99llik.html?tmpl=component&print=1&layout=default&page=#sigProId581287ad9d

                                                                      

                                                          Kəmalə Əliyeva

NTVxəbər

 

www.naxcivantv.az