Beşinci çağırış Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  

M Ə R U Z Ə S İ

 

Ali Məclis Sədrinin Məruzəsi

Hörmətli deputatlar və sessiya iştirakçıları!

Ümummilli lider Heydər Əliyevin quruculuq strategiyasına dönmədən əməl olunması nəticəsində ölkə, eləcə də muxtar respublika iqtisadiyyatında dinamik inkişaf meyilləri qorunub saxlanmışdır.

Yerli xammal və ehtiyatlardan səmərəli istifadə etməklə istehsal müəssisələrinin yaradılması yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, əhali gəlirlərinin artmasına səbəb olmuşdur. Blokada şəraitinin çətinliklərinə baxmayaraq Naxçıvan Muxtar Respublikasının ərazi, ərzaq və enerji təhlükəsizliyi təmin edilmiş, nəqliyyat-kommunikasiya sahəsi müasirləşdirilmiş, ekoloji vəziyyət sağlamlaşdırılmış, sosial infrastruktur layihələri həyata keçirilmişdir.

Aparılmış təhlillərdən aydın olur ki, sosial-iqtisadi sahədə muxtar respublikanın inkişafını daha da sürətləndirmək üçün imkanlar çoxdur. Lakin ötən dövrdə bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində aşkar olunmuş çatışmazlıqlar göstərir ki, 2017-ci ildə nəzarət və tələbkarlıq daha da artırılmalıdır.

Cari ildə Maliyyə Nazirliyi büdcə vəsaitindən qənaətlə, səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına nəzarəti artırmalı, mal-material alınarkən izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan istifadə olunmalıdır.

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi büdcə daxilolmaları üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydaların icrasını təmin etməlidirlər.

Bu gün dünyada gedən böhrandan qorunmağın ən yaxşı yolu yerli istehsalın inkişaf etdirilməsidir. Bu, bir tərəfdən idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən əhali məşğulluğuna əhəmiyyətli təsir göstərir. Daxili bazarın qorunması, ərzaq məhsullarına olan tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən yerli xammala əsaslanan yeni istehsal müəssisələrinin yaradılması bundan sonra da davam etdirilməlidir. Layihələr seçilərkən keyfiyyət amili diqqətdə saxlanılmalı, qabaqcıl texnologiya ilə işləyən müəssisələrə üstünlük verilməlidir. Nazirlik çalışıb ona nail olmalıdır ki, sahibkarlıq subyektlərinə verilmiş kreditlər təyinatı üzrə istifadə edilsin, istehsal müəssisələrində məhsulun keyfiyyətinə xələl gətirmədən onun maya dəyərinin aşağı salınması üçün mütərəqqi üsulların tətbiqinə diqqət artırılsın.

Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir.

İqtisadiyyat Nazirliyi muxtar respublikada istehsal olunan məhsulların xarici bazarlara çıxarılması və tanıdılması məqsədilə tədbirləri davam etdirməlidir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində istehsal müəssisələrində və bazarlarda keyfiyyət amilini qorumalıdır. Uşaq bağçaları, məktəblər, xəstəxanalar və digər qapalı müəssisələr keyfiyyətli yerli məhsullarla təmin edilməlidir.

Daxili bazarın kənar təsirlərdən qorunması və tənzimlənməsi də vacib məsələlərdəndir. Daxili işlər və gömrük orqanları muxtar respublikaya işlənmiş avadanlıq və yararsız malların gətirilməsinin qarşısını almalıdırlar. Nəzərə alınmalıdır ki, bunlar iqtisadi inkişafa zərər vurmaqla bərabər, insanların həyatı və sağlamlığı üçün də ciddi təhlükə yaradır.

Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının əsas sahəsi kimi hər zaman diqqət mərkəzindədir. Tapşırıq verilmişdir ki, məhsuldarlığın artırılmasında rayonlaşmanın çox böyük əhəmiyyəti nəzərə alınaraq əkin atlasları tərtib olunsun və aidiyyəti üzrə yerlərə göndərilsin. Lakin araşdırmalar göstərir ki, yerlərdə məhsul istehsalçıları ilə maarifləndirmə tədbirlərinin zəif təşkili nəticəsində atlaslardan lazımi səviyyədə istifadə edilmir. Müasir əkin və suvarma metodlarının təbliği, aqrotexniki qaydalara əməl olunması, torpaqlardan təyinatı üzrə istifadəyə nəzarət sahəsində də çatışmazlıqlar mövcuddur. Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları əkilməyən boş torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasını təmin etməli, əkinçilikdə müasir aqrotexniki qaydaların tətbiqi, bitkiçilik məhsullarının yerli şəraitə uyğun əkilməsi, torpaqların münbitliyinin artırılması ilə bağlı maarifləndirmə tədbirlərini mövcud nümunələr əsasında təşkil etməlidirlər. Meyvəçilik, arıçılıq kimi tarixi ənənələrə malik sahələrdə istehsal həcminin artırılması üçün tətbiq olunmuş və özünü doğrultmuş mütərəqqi üsullardan istifadəyə də nail olunmalıdır.

Əkin sahələrində suvarmaya nəzarət gücləndirilməlidir. Müasir suvarma metodlarına üstünlük verilməməsinin nəticəsidir ki, Şərur rayonu üzrə 330, Babək rayonu üzrə 93, Culfa rayonu üzrə 66, Kəngərli rayonu üzrə 124, Sədərək rayonu üzrə 3 min 229, Naxçıvan şəhəri üzrə 280 hektar, ümumilikdə 4 min 122 hektar torpaq sahəsi şoranlaşmış, Şərur rayonu üzrə 3 min 198, Babək rayonu üzrə 714, Ordubad rayonu üzrə 36, Culfa rayonu üzrə 584, Kəngərli rayonu üzrə 1118, Sədərək rayonu üzrə 112, Naxçıvan şəhəri üzrə 420 hektar olmaqla, cəmi 6 min 182 hektar torpaq sahəsi isə çəmənləşməyə məruz qalmışdır. 2017-ci ildə şoranlaşmış və ya çəmənliyə çevrilmiş torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qatılması üçün aid təşkilatlar tədbirlər planı hazırlamalı və həyata keçirilməsinə başlamalıdırlar.

Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi dəsu itkisinə yol verilməməsi üçün müasir suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində tədbirləri davam etdirməlidir. Həmçinin komitə tərəfindən şəhər, rayon mərkəzləri və ətraf kəndlərdə içməli su və kanalizasiya xətlərinin çəkilişinin icrası zamanı keyfiyyət amilinə xüsusi diqqət yetirilməlidir.

Bu gün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində yeni innovasiyaların tətbiqinə və müasir texnikalardan istifadəyə geniş yer verilir. Muxtar respublikada da əl əməyini yüngülləşdirmək və məhsuldarlığı artırmaq məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müasir kənd təsərrüfatı texnikalarının alınaraq gətirilməsi davam etdirilməlidir.

Heyvandarlığın inkişafına da diqqət artırılmalıdır. Dövlət Baytarlıq Xidməti xəstəliklərə qarşı peyvəndləmənin vaxtında aparılmasını təmin etməli, heyvanlara qulluq və saxlanılma şəraiti ilə bağlı əhali arasında maarifləndirmə işini gücləndirməlidir. Məhsuldarlığı artırmaq üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və süni mayalanma tədbirləri davam etdirilməlidir.

Torpaqlardan düzgün və təyinatı üzrə istifadəyə də diqqət artırılmalı, Daxili İşlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları torpaqların zəbt olunması hallarına qarşı tədbirləri gücləndirməlidirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi kənd təsərrüfatı üçün yararlı olmayan ərazilərdə yaşıllıq zolaqlarının, eləcə də meyvə bağlarının salınmasını təşkil etməli, təbii ehtiyatlardan səmərəli istifadəyə nəzarəti artırmalıdır.

Verilən kreditlərin daha çox real sektora yönəldilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi konkret tədbirləri özündə əks etdirən təkliflər hazırlamalıdırlar. Kreditlərə olan tələbat və kreditin qaytarılma imkanları düzgün qiymətləndirilməli, həmin vəsaitdən təyinatı üzrə və səmərəli istifadəyə nəzarət olunmalıdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintidə keyfiyyət amilinə xüsusi diqqət yetirməli, layihələr təhlil edilməli, izafi xərclərin qarşısı alınmalıdır.

Son illər muxtar respublikada tikinti materiallarının istehsalı ilə məşğul olan bir sıra müəssisələr fəaliyyətə başlamışdır. Ona görə də tikinti təşkilatları inşaat materialları alarkən birinci növbədə yerli məhsullardan istifadəyə üstünlük verməlidirlər.

 İstifadəçiləri fasiləsiz elektrik enerjisi və təbii qazla təchiz etmək, mövcud infrastrukturun dayanıqlığını təmin etmək məqsədilə Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi müvafiq tədbirlər görməlidir.

Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Dövlət Energetika Agentliyi yerli mütəxəssislərin hazırlanması tədbirlərini bundan sonra da diqqət mərkəzində saxlamalı, göstərilən xidmətlərin keyfiyyəti artırılmalıdır.

Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni və dərslərin fənn kabinələrində keçirilməsini təmin etməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi aparılan elmi tədqiqatların səmərəliliyinə və istehsalatda tətbiqinə çalışmalı, gənc elmi kadrların hazırlanması işinə diqqəti artırmalıdır.

Ali təhsil müəssisələri də gənclərin elmi-tədqiqat işlərinə cəlb edilməsi səviyyəsini yüksəltməlidirlər. Müvafiq ixtisaslar üzrə hazırlanan tədris və elmi-metodik vəsaitlərin səviyyəsi artırılmalı, ixtisaslar üzrə təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə üstünlük verilməlidir.

Muxtar respublikanın bütün tibb müəssisələrində zəruri maddi-texniki baza yaradıldığı üçün Səhiyyə Nazirliyi tibbi heyətin ixtisasının artırılmasını davam etdirməli, səhiyyə xidmətinin səviyyəsini yüksəltməlidir.

Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olan müəssisə və təşkilatlarda kadrların düzgün yerləşdirilməsini və mədəni xidmətin səviyyəsinin yaxşılaşdırılmasını təmin etməlidir.

Gənclər və İdman Nazirliyi muxtar respublikada olan idman qurğu və obyektlərindən, eyni zamanda Olimpiya-İdman komplekslərindən istifadəyə və onların qorunub saxlanılmasına diqqəti artırmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qayğıya ehtiyacı olanların səmərəli məşğulluğu ilə bağlı tədbirləri davam etdirməli, peşə hazırlığını əmək bazarına uyğunlaşdırmalıdır.

Muxtar respublikada ətraf mühitin qorunması sahəsində tədbirlər davamlı xarakter almışdır. Lakin təəssüf ki, hələ də müxtəlif növ tullantıların ərazilərə atılması hallarına rast gəlinir. Yerli icra hakimiyyətləri abadlıq-təmizlik işlərinə diqqəti artırmalı,əkinəyararlı boş torpaq sahələrindən istifadə ilə bağlı tədbirlər görməlidirlər. Bundan başqa, vətəndaşların müraciətlərinin həlli,  tikilənlərin qorunması, nizam-intizam diqqət mərkəzində olmalıdır.

Dövlət Statistika Komitəsi sosial-iqtisadi inkişafla bağlı görülmüş işlər və nəticələr haqqında tematik təhlili materiallar hazırlayaraq kütləvi informasiya vasitələrində dərc etdirməlidir.

Hüquq mühafizə orqanları maarifləndirmə və profilaktika tədbirlərinə geniş yer verməli,  ictimai asayişin və dövlət əmlakının qorunması üçün səylərini artırmalıdır.

Ordu, birləşmə və hərbi hissə komandirləri döyüş hazırlığını daim artırmalı, ehtiyatlardan və resurslardan səmərəli istifadə olunmalıdır.

Muxtar respublikanın teleradio və qəzetlərində tarixi-mədəni irsimiz və milli dəyərlərimizlə bağlı maarifçilik işi gücləndirilməlidir.

        Hörmətli sessiya iştirakçıları! 

2017-ci ildə də qarşıdakı mühüm vəzifələrin icrasında sizə uğurlar arzulayır, çıxışımı ölkə  rəhbəri cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır”.

Sağ olun.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Pakistanlı jurnalist Naxçıvandan yazdı

18-02-2020-17-47 Xəbərlər

Pakistanlı jurnalist Naxçıvandan yazdı

NUHÇIXAN xəbər verir ki, Pakistanın "dailytimes.com.pk" internet saytında "Azərb...

Ali Məclisin deputatı Avropa Şurası Konqresində iştirak edib

18-02-2020-17-43 Xəbərlər

Ali Məclisin deputatı Avropa Şurası Konqresində iştirak edib

NUHÇIXAN xəbər verir ki, fevralın 10-da Avropa Şurasının Yerli və Regional Hakim...

Ölkə ərazisində ən yuxarı və aşağı temperaturlar hansı bölgələrdə qeydə alınacaq?

18-02-2020-17-20 Xəbərlər

Ölkə ərazisində ən yuxarı və aşağı temperaturlar hansı bölgələrdə qeydə alınacaq?

Fevralın 19-da Azərbaycanda ən yüksək temperatur Mərkəzi Aran rayonlarında qeydə...

Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər uğurla davam etdirilir

18-02-2020-15-43 Xəbərlər

Muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər uğurla davam etdirilir

Muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə uğurla başlanılıb. Hazırda...

Miqrasiya proseslərinə nəzarət gücləndirilir

18-02-2020-13-00 Xəbərlər

Miqrasiya proseslərinə nəzarət gücləndirilir

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUH...

Ötən günün mənzərəsi - VİDEO

18-02-2020-11-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılır

18-02-2020-11-18 Xəbərlər

Torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xid...

Ermənistan müxalifəti Paşinyan haqqında: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?

18-02-2020-09-00 Xəbərlər

Ermənistan müxalifəti Paşinyan haqqında: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?

Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan öz “Facebook” səh...

Muxtar respublikanın şəhər və rayonlarında özəl ət kəsimi məntəqələri yaradılacaq

17-02-2020-17-34 Xəbərlər

Muxtar respublikanın şəhər və rayonlarında özəl ət kəsimi məntəqələri yaradılacaq

NUHÇIXAN xəbər verir ki, Dövlət Baytarlıq Xidməti və İqtisadiyyat Nazirliyi təşk...

“Naxçıvan” Universitetində pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

17-02-2020-17-07 Xəbərlər

“Naxçıvan” Universitetində pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

“Naxçıvan” Universitetində “Pedaqoji” və “Xarici dillər” fakültələrinin əyani şö...

Ali Məclisin Sədri Sərəncam imzaladı

17-02-2020-15-03 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 17-də “...

Naxçıvan məhsulları “Gulfood 2020”-də nümayiş olunur

17-02-2020-14-39 Xəbərlər

Naxçıvan məhsulları “Gulfood 2020”-də nümayiş olunur

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇI...

Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib

17-02-2020-13-35 Xəbərlər

Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib

Culfa şəhər 2 №li tam orta məktəbdə Eynəli bəy Sultanovun “Məqalələr” kitabının ...

Böyük Füzulimizin yadigarı mən özüməm...

17-02-2020-12-22 Xəbərlər

Böyük Füzulimizin yadigarı mən özüməm...

Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əl...

Türkiyənin Bursa şəhərində Xocalı qurbanlarının xatirəsi yad olunub

17-02-2020-10-17 Xəbərlər

Türkiyənin Bursa şəhərində Xocalı qurbanlarının xatirəsi yad olunub

Türkiyənin Bursa şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbi...

Qaradağlı faciəsindən 28 il ötür

17-02-2020-09-00 Xəbərlər

Qaradağlı faciəsindən 28 il ötür

Xocavənd rayonunun Qaradağlı kəndi Qarabağ müharibəsində ən çox faciələrə düçar ...

Qədim inanc yeri - “İydəli Pir”

16-02-2020-16-28 Xəbərlər

Qədim inanc yeri - “İydəli Pir”

Minilliklərdən bəri qədim insanların yaşayış məskəni olan muxtar respublikamız t...

Meyvələrin şahı-alma

16-02-2020-13-31 Xəbərlər

Meyvələrin şahı-alma

Dünyanın bir çox yerlərində dağlıq və dağətəyi zonalarda geniş əkilib becərilən ...

Hər fəsildə gözəlliyi ilə göz oxşayan Ağbulaq

16-02-2020-12-29 Xəbərlər

Hər fəsildə gözəlliyi ilə göz oxşayan Ağbulaq

Şahbuz rayonu muxtar respublikanın zəngin-mədəni irsi, özünəməxsus mətbəxi, çeşi...

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

16-02-2020-11-03 Xəbərlər

Naxçıvan teleradiosu işçi qəbulu elan edir

Naxçıvan Dövlət Radiosu “Musiqi tərtibatçısı” vəzifəsi üzrə işçi qəbulu elan edi...

“İxrac ili” iqtisadiyyata və sahibkara nə vəd edir?

16-02-2020-10-01 Xəbərlər

“İxrac ili”  iqtisadiyyata və sahibkara nə vəd edir?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov fevralın 6...

Dövlət İmtahan Mərkəzi: 15 mindən çox abituriyent sınaq imtahanı verəcək

16-02-2020-09-00 Xəbərlər

Dövlət İmtahan Mərkəzi: 15 mindən çox abituriyent sınaq imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinə qəbul i...

Naxçıvanda sabaha olan hava proqnozu

15-02-2020-17-57 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında fevralın 16-na gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslər üçün İdman Kompleksi yaradılacaq

15-02-2020-16-53 Xəbərlər

Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslər üçün İdman Kompleksi yaradılacaq

NUHÇIXAN xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Paralimpiy...

Naxçıvan şəhərində Karate üzrə Dünya Kuboku keçiriləcək

15-02-2020-15-50 Xəbərlər

Naxçıvan şəhərində Karate üzrə Dünya Kuboku keçiriləcək

NUHÇIXAN xəbər verir ki, bu tədbirin keçirilməsi “2020-2025-ci illər üçün Naxçıv...

Ordubad Şəhər Stadionu yenidən qurulacaq

15-02-2020-15-28 Xəbərlər

Ordubad Şəhər Stadionu yenidən qurulacaq

NUHÇIXAN xəbər verir ki, 2020-ci ildə Ordubad Şəhər Stadionunu yenidən qurulacaq...

2019-cu ildə muxtar respublikada doğulan uşaqlara ən çox qoyulan adlar

15-02-2020-11-33 Xəbərlər

2019-cu ildə muxtar respublikada doğulan uşaqlara ən çox qoyulan adlar

Son illər muxtar respublikanın sosial-iqtisadi həyatında əldə olunan davamlı ink...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

15-02-2020-10-19 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2020-ci ilin fevral ayının ilk...

Ali Məclisin Sədri Sərəncam imzaladı

14-02-2020-19-40 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14-də “...

Naxçıvan şəhərinin möhtəşəm qar görüntüsü - VİDEO

14-02-2020-18-37 Xəbərlər

Naxçıvan şəhərinin möhtəşəm qar görüntüsü - VİDEO

Fevralın 13-də günorta saatlarından başlayaraq Naxçıvan şəhərinə növbəti dəfə qa...