Sahil Tahirli yazır

Bu gün əlamətdar gündür. Düz 92 il bundan əvvəl – 1926-cı il noyabrın 6-da ölkəmizdə ilk dəfə radio verilişlərinin yayımına başlanılıb.  Bununla da Azərbaycanda elektron medianın əsası qoyulub.

Bu əlamətdar gün həqiqətən də uğurla keçilən bir əsrlik tarixi yolu özündə təcəssüm etdirir. Vaxtilə milyonların sirli qutu hesab etdiyi radio insanların səsini, sözünü, sevinc və saf duyğularını el-el, oba-oba dolaşdırıb. Səhərlər Üzeyirin “Koroğlu uverturası” ilə açılıb, axşamlar “Bulaq”la, “Hekayə axşamları” ilə yola salınıb. Qanlı-qadalı müharibələrin ilk xəbəri də radio ilə verilib. Böyük zəfər və qələbələrin müjdəsi də radio efirindən çatdırılıb. Əvvəl “Bakı danışıb”, 1930-cu ildən sonra isə Naxçıvan. 1932-ci ildə yaradılan Naxçıvan Radio Verilişləri Komitəsi də qədim diyarın ictimai – mədəni həyatına xüsusi bir ab-hava, mədəni yüksəliş gətirib. Sonra radiolarımıza televiziyaların da qoşulması ilə bu sahədə, belə demək mümkünsə, inqilab baş verib…

Hər iki halda insanlar böyük bir sevinc keçiriblər. Evlərində ağsaqqala, ağbirçəyə inandıqları kimi, teleradioya da könül verib inanıblar. Yüz illərlə “Qəzet yazıbsa, televiziya və radio veribsə, deməli düzdür”,- prinsipi şüurlarda kök salıb. Milli mədəniyyət və dəyərlər, maarifçilik, dəqiq xəbərlər, yüksək efir və nitq mədəniyyəti, jurnalist peşəkarlığı Azərbaycan mediasını insanların güvənc, inam yerinə çevirib… Bu gün cəsarətlə demək olar ki, görkəmli ədibləri – Məhəmməd Tağı Sidqini də, Mirzə Cəlili də, Nəriman Nərimanovu da, Hüseyn Cavidi də, Məmməd Arazı da, Bəxtiyar Vahabzadəni də, Xəlil Rzanı… da Azərbaycan mətbuatı yetişdirib.

Təəssüf ki, zaman ötdükcə media sahəsində qazandığımız belə yüksək dəyərlərə kölgə salmaq cəhdləri ilə də qarşılaşmışıq. İnternetin inkişafı ilə meydana çıxan “sosial media” anlayışı bəzən adını belə düzgün yaza bilməyənləri gündəmə gətirib. Efirlərdən səslərini, sözlərini, elə özlərini də səbirsizliklə gözlədiyimiz sənətkar və yazarlarımızı küçə və toy manısları əvəz edib. Əvvəllər təndirəsərlərə məxsus olan “qeybətçilik fəlsəfəsi” indi sosial şəbəkə müstəvisinə daşınıb! Kim kimdən nə gəldi yazır, döşəyir, yıxıb-sürüyür.

Həə, bir də yeri gəlmişkən, acınacaqlı hal budur ki, yüzlərlə sayt və qəzetlərin, hətta bir sıra televiziya və radioların əsas xəbər mənbəyi yalan və qərəzli informasiyaların, cılız ailə-məişət mövzularının tüğyan etdiyi elə həmin sosial şəbəkələrdir. Bəzən  dahşətə gəlirsən ki,  insanların şəxsinin, işgüzar nüfuzunun, karyerasının və gələcəyinin sosial mediada bir qara qəpik qədər qiyməti qalmayıb…Arvadını baltalayan, uşağını boğan, atasını satan, fala baxan, mayallaq aşan, oğurluq edən, cibində anaşa gəzdirən, nə bilim daha kimlər bəzən hətta qəhrəman obrazında cəmiyyətə təqdim olunurlar. Qırmızı rəngli dar şalvar geyinib bir qulağından “xalta” asan kişiciklər isə efirlərin yarı-yaraşığıdı… Loto oynadanlar, ekstrasenslər, nə bilim nə senslər insanları lap təngə gətirib. İndi yəqin Amerikada, Avropada və yaxud Sibirdə bizə baxanlar elə bilir bəlkə bizim mədəniyyətimiz, musiqimiz, ailə dəyərlərimiz “İnstaqram” və ya “Feyzdə” olan kimidi…

Vallah, biz bu deyilik axı! Heç bizim milli dəyərlərimiz, qızıldan da qiymətli olan mətbuat ənənələrimiz, jurnalist peşəkarlığımız da bu deyil!

Biz Qobustanda, Gəmiqayada min illər əvvəl tarix yaradanda hələ bəşəriyyət qış yuxusunda idi.  Buzu əriməmişdi. On ikinci əsrdə Nizamini yetirib Mömünə Xatını tikəndə isə heç indiki Moskva şəhəri də yer üzündə olmayıb! Gözəl musiqi və memarlığımız, milli-mənəvi dəyərlərimiz isə min illərdir ki dillərə dastandı…

Məsələni çox uzatmaq fikirim yoxdu. Bu əlamətdar gündə sözümün canı budur ki, bütün media fədailəri, əsl qələm sahibləri qələmin və sözün kəsər və dəyərini “sosial şəbəkə qəhrəmanları”na qurban etməmək üçün ciddi səylə çalışmalıdır. Yuli Sezar vaxtilə deyirdi ki, “Bir xalqı məhv etmək üçün onu xırda ticarətə, çalıb oynamağa və əyləncəyə öyrəşdirmək kifayətdir”.

P.S. Bu əlamətdar gün münasibəti ilə əli qələminə, qələmi də əlinə yaraşan bütün telaradio fədakarlarını təbrik edirəm!

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan: 2018-ci ilin quruculuq ərməğanları - FOTOLAR

22-01-2019-14-00 Xəbərlər

Naxçıvan: 2018-ci ilin quruculuq ərməğanları - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un hər...

Naxçıvan Muxtar Respublikası üçün 2018-ci il tikinti və quruculuq istiqamətində mühüm hadisələrlə zəngin olub - FOTOLAR

22-01-2019-13-29 Xəbərlər

Naxçıvan Muxtar Respublikası üçün 2018-ci il tikinti və quruculuq istiqamətində mühüm hadisələrlə zəngin olub - FOTOLAR

2018-ci ildə Naxçıvan Muxtar Respublikası üçün ən yaddaqalan hadisələrdən biri ö...

Rusiyanın Livetv.az internet televiziyası Naxçıvan Dövlət Televiziyasının verilişlərinin yayımını təşkil edir - VİDEO

22-01-2019-11-44 Xəbərlər

Rusiyanın Livetv.az internet televiziyası Naxçıvan Dövlət Televiziyasının verilişlərinin yayımını təşkil edir - VİDEO

Naxçıvan Dövlət Televiziyasının son illər maddi texniki bazasının gücləndirilməs...

Naxçıvanda ötən il 322 milyon ABŞ dollarından artıq dəyəri olan sənaye məhsulları ixrac olunub

22-01-2019-10-58 Xəbərlər

Naxçıvanda ötən il 322 milyon ABŞ dollarından artıq dəyəri olan sənaye məhsulları ixrac olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən  ...

2018-ci ildə Naxçıvanda ümumi daxili məhsul 3 milyard manata yaxın olub

22-01-2019-10-36 Xəbərlər

2018-ci ildə Naxçıvanda ümumi daxili məhsul 3 milyard manata yaxın olub

NUHÇIXAN  Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin hazırladığı...

Naxçıvan idmançısı ağır atletika üzrə yarışa qatılıb

22-01-2019-10-15 Xəbərlər

Naxçıvan idmançısı ağır atletika üzrə yarışa qatılıb

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika...

Ötən günün mənzərəsi - VİDEO

22-01-2019-09-50 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Qarnizonunda 20 Yanvar ümumxalq hüzn gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

21-01-2019-21-31 Xəbərlər

Naxçıvan Qarnizonunda 20 Yanvar ümumxalq hüzn gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Gənclər hərbi xidmətə yola salınıb

21-01-2019-20-28 Xəbərlər

Gənclər hərbi xidmətə yola salınıb

NUHÇIXAN xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət...

Naxçıvan Qarnizonu qoşunlarında növbəti mütəxəssis snayper hazırlığı kursu uğurla başa çatıb

21-01-2019-19-30 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında növbəti mütəxəssis snayper hazırlığı kursu uğurla başa çatıb

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Ali Məclisin Sədri Sərəncam imzaladı

21-01-2019-19-04 Xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı

NUHÇIXAN  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasi...

Ali Məclisin Sədri Fərman imzaladı

21-01-2019-18-58 Xəbərlər

Ali Məclisin Sədri Fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 21-də S...

Naxçıvanlı rəssamlar Bəhruz Kəngərli muzeyində olublar

21-01-2019-18-32 Xəbərlər

Naxçıvanlı rəssamlar Bəhruz Kəngərli muzeyində olublar

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın milli rəsm sənətinin görkəmli simalarından...

Naxçıvan karateçilərinin növbəti uğuru

21-01-2019-15-06 Xəbərlər

Naxçıvan karateçilərinin növbəti uğuru

NUHÇIXAN xəbər verir ki, Bakı Əl Oyunları sarayında 20 Yanvar şəhidlərinin xatir...

Soyuducu anbarlarda hələ məhsul çoxdur

21-01-2019-12-21 Xəbərlər

Soyuducu anbarlarda hələ məhsul çoxdur

Bir neçə il bundan əvvələ qədər Şərur  rayonunda cəmi 2-3 ədəd soyuducu anbar va...

Berlində keçirilən “Beynəlxalq Yaşıl Həftə” sərgisində Naxçıvan məhsulları nümayiş olunur

21-01-2019-11-29 Xəbərlər

Berlində keçirilən “Beynəlxalq Yaşıl Həftə” sərgisində Naxçıvan məhsulları nümayiş olunur

Yanvarın 18-də Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd t...

Ordubadın qədim körpüləri - FOTOLAR

21-01-2019-11-08 Xəbərlər

Ordubadın qədim körpüləri - FOTOLAR

Naxçıvan ərazisindəki tarixi körpülər içərisində aşırımlarının sayına görə ən bö...

20 Yanvar şəhidlərinin xatirəsi Naxçıvan Muxtar Respublikasının rayonlarında da yad edilib - FOTOLAR

21-01-2019-10-42 Xəbərlər

20 Yanvar şəhidlərinin xatirəsi Naxçıvan Muxtar Respublikasının rayonlarında da yad edilib - FOTOLAR

20 Yanvar  faciəsinin 29-cu il dönümündə şəhidlərin xatirəsi  Naxçıvan Muxtar Re...

Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü yad edilib - FOTOLAR

20-01-2019-15-49 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü yad edilib - FOTOLAR

Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 29-cu ...

Naxçıvanda sabaha olan hava proqnozu

20-01-2019-14-41 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 21-nə gözlənilən hava proqnozu açıqlanı...

Babək rayonunda 396 işaxtaran daimi işlə təmin olunub

20-01-2019-12-23 Xəbərlər

Babək rayonunda 396 işaxtaran daimi işlə təmin olunub

Babək rayonunda 2018-ci il ərzində 451 işaxtaran qeydiyyata alınıb. Qeydiyyata a...

Naxçıvanda sükut dəqiqəsi - VİDEO

20-01-2019-12-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - VİDEO

Bu gün saat 12.00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Sirab kəndində yeni mərasim evi inşa olunur

20-01-2019-10-23 Xəbərlər

Sirab kəndində yeni mərasim evi inşa olunur

Babək rayonunun Sirab kəndində yeni mərasim evinin  tikintisinə başlanılıb.

Gözəlləşən Dəstə kəndi

19-01-2019-19-14 Xəbərlər

Gözəlləşən Dəstə kəndi

Qədim diyarımızın bütün bölgələri kimi, Ordubad rayonuna da muxtar respublikada ...

Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub

19-01-2019-18-43 Rəsmi

Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub

Yanvarın 19-da Naxçıvanda bir şəhid ailəsinə və bir Azərbaycan Vətən Müharibəsi ...

Ali təhsil ocağının kollektivi Şahtaxtinskilər Muzeyində olub

19-01-2019-17-42 Xəbərlər

Ali təhsil ocağının kollektivi Şahtaxtinskilər Muzeyində olub

NUHÇIXAN xəbər verir ki, muzey günləri çərçivəsində Naxçıvan Dövlət Universiteti...

Bu il Naxçıvanda “Ailə təsərrüfatları ili”dir

19-01-2019-17-21 Xəbərlər

Bu il Naxçıvanda “Ailə təsərrüfatları ili”dir

Təcrübə sübut edir ki, ailə təsərrüfatları ölkə iqtisadiyyatının inkişafında xüs...

Kinq-boksçular muzeyi gəziblər

19-01-2019-16-59 Xəbərlər

Kinq-boksçular muzeyi gəziblər

NUHÇIXAN xəbər verir ki, Şərur Rayon Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar...

Fövqəladə Hallar Nazirliyində 20 Yanvarla bağlı tədbir keçirilib

19-01-2019-16-13 Xəbərlər

Fövqəladə Hallar Nazirliyində 20 Yanvarla bağlı tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...

Sədərəkdə 20 Yanvar faciəsi anılıb

19-01-2019-15-31 Xəbərlər

Sədərəkdə 20 Yanvar faciəsi anılıb

NUHÇIXAN xəbər verir ki, “20 Yanvar” faciəsinin 29-cu il dönümü ilə əlaqədar Səd...