Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon tam orta məktəblərinin şagirdləri arasında “9 noyabr-Bayraq Günü”nə həsr olunmuş ekstremal idman yarışı üzrə rayon birinciliyi keçirilib.

Kəngərli Rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyasının Kəngərli Rayon Bölməsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 8 məktəbdən 60 şagird iştirak edib. Yarışdan əvvəl Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov və Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış edərək keçirilən tədbirin mahiyyətindən danışıblar.

Yarış əsasnaməyə uyğun olaraq 2000 metr məsafə üzrə təyin olunub. Yekunda oğlanlar arasında Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdləri Mütəlov Sunay I, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdləri Cəlilov Sinan II, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Təhmin Hacıyev III yerin, qızlar arasında isə Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdləri Rzayeva Aydan I yerə, Hüseynova Bülbül, Cəfərova Lalə isə ardıcıl olaraq iki və üçüncü yerin qalibi olublar. Yarışın qaliblərinə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

www.naxcivantv.az