Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Qanunu qəbul edilib

Naxcivantv.az xəbər verir ki, fevralın 23-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib.

Sessiyada Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi haqqında çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2016-cı ildə bütün mənbələr hesabına 69 milyon manat proqnoza qarşı 73 milyon 605 min 636 manat vəsait daxil olub, tapşırıq 106,7 faiz icra olunub. 2016-cı ildə büdcə daxilolmalarının 86,5 faizi vergi orqanları, 9,6 faizi gömrük orqanları tərəfindən, 3,2 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 0,7 faizi isə digər daxilolmalar vasitəsilə təmin edilib. Büdcə gəlirlərinin icrası mərkəzləşdirilmiş büdcə üzrə 105,1 faiz, Naxçıvan şəhəri üzrə 110,4 faiz, Şərur rayonu üzrə 110 faiz, Babək rayonu üzrə 109,7 faiz, Ordubad rayonu üzrə 110 faiz, Culfa rayonu üzrə 109,4 faiz, Şahbuz rayonu üzrə 108,6 faiz, Kəngərli rayonu üzrə 109,4 faiz, Sədərək rayonu üzrə 110,5 faiz olub. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2016-cı ildə 351 milyon 350 min manat dürüst təyinata qarşı 350 milyon 703 min 498 manat və ya 99,8 faiz icra olunub. Maliyyə orqanları 2017-ci ilin dövlət büdcəsinin icrası istiqamətində də bütün tədbirləri vaxtında həyata keçirəcəkdir.

Sonra sessiyada “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib.

 

www.naxcivantv.az