Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Şahbuzda “Naxçıvan 2018: İslam mədəniyyətnin paytaxtı” mövzusunda tədbir keçirilib

Şahbuz Rayon Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının təşkilatçılığı ilə Badamlı kəndində “Naxçıvan 2018: İslam mədəniyyətnin paytaxtı” mövzusunda tədbir keçirilib.

Naxcivantv.az xəbər verir ki, tədbirdə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın sədri Mətanət Məmmədova çıxış edərək qeyd edib ki, Naxçıvan şəhəri tarixiliyi, zəngin mədəniyyəti və bütün istiqamətlər üzrə həyata keçirilən quruculuq işləri nəticəsində İslam mədəniyyətin paytaxtı adına layiq görülüb. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin İslam mədəniyyətin paytaxı elan edilməsi Azərbaycan xalqının tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymətin nəticəsidir. Bu həm də muxtar respublikanın multikultural dəyərlərin qorunduğu bir diyar olduğunu və islam mədəniyyəti abidələri ilə zənginliyini göstərir.

Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri,  Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın üzvü Sabiq İmanov və rayon icra hakimiyyətinin əməkdaşı Cəlal Paşayev çıxışlarında bildiriblər  ki, muxtar respublikada dini mənsubiyyətindən asılı olmayaraq bu gün insanlar eyni dərəcədə qayğı ilə əhatə olunublar, tarixi abidələr və məscidlər bərpa olunaraq ikinci həyat verilib.

 Kənan Cəlilov

NTVxəbər

                                                       

www.naxcivantv.az