Sığortaolunanlar sosial sığorta hadisələri baş verdikdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə təmin olunurlar.

Bunlardan biri də dəfn üçün müavinətdir. Xalq arasında “dəfn pulu” kimi tanınan bu sosial sığorta ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Pensiya şöbəsinin müdiri Hikmət İsmayılovdan müsahibə aldıq.  NUHÇIXAN həmin müsahibəni izləyicilərinə təqdim edir.

-Hikmət müəllim, dəfn üçün müavinət kimlərə verilir?

– Sual üçün çox sağ olun. Məlumdur ki , sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün  dövlət tərəfindən müavinət verilir. Əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün müavinət mərhumun qeydiyyatda olduğu ünvan üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı tərəfindən, sığortaolunan vəfat etdikdə isə sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı tərəfindən onun ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə ödənilir.

-Bəs dəfn müavinətini almaq üçün hansı sənədləri təqdim etmək lazımdır?

-Hələ 1998-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə dəfn müavinətini almaq üçün sığortaedən tərəfindən göndəriş məktubu, dəfn üçün müavinətlə bağlı haqq-hesab cədvəlimüavinət təyin edən komissiyanın protokolunun surəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş ölüm haqqında arayış  (ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilməli), ölüm şəhadətnaməsinin surəti, bələdiyyə tərəfindən verilmiş arayış  (vəfat edəni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat), dəfn xərcini çəkən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti təqdim edilməlidir. Dəfn müavinətinin alınması üçün qeyd olunan sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti üzrə yerli orqanına təqdim olunmalıdır.

Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı elektron qaydada da müraciət etmək mümkündür. “Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu” elektron xidmətindən istifadə üçün www.dsmf.nakhchivan.az internet səhifəsinə daxil olmalı, elekton imza kartı ilə həmin elektron xidməti seçməli və müvafiq xanaları dolduraraq sorğu edilməlidir. Elektron formada  göndərilmiş müraciət və sənədlər Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən qəbul edilir və bu barədə sorğu edənə elektron təsdiqetmə bildirişi göndərilir.

Müavinətin ödənişi Fondun yerli orqanları tərəfindən dəfn üçün müavinətin ödənilməsi ilə bağlı sənədlərin elektron formada təqdim edilən haqq-hesab cədvəlinə, müavinət təyin edən komissiyanın protokolunun və digər müvafiq sənədlərin  skaner qurğusundan keçirilmiş surətlərinə əsasən həyata keçirilir.

– Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı məhdudiyyətlər necə, mövcuddurmu?

– Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği qeyd etdiyimiz kimi qanunvericiliklə müəyyən olunur. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri – məbləğcə daha böyüyü ödənilir. Vəfat edən şəxsin vəfat etdiyi tarixdə qanunvericiliklə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğinə uyğun olaraq, vaxt məhdudiyyəti olmadan ödənilir.

-Hikmət müəllim, dəfn üçün müavinətin məbləği nə qədərdir?

– Ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq sığortaolunan vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinətin məbləği 146 manat məbləğində müəyyən olunub. Əmək pensiyaçısı vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli yəni, 348 manat 81 qəpik dəfn üçün müavinət ödənilir.

-Müsahibə üçün çox sağ olun.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

14-11-2018-20-24 Xəbərlər

Muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

Ali və orta ixtisas təhsili müssisələrinin tələbələri arasında voleybol  üzrə mu...

Sədərəkdə stolüstü tennis üzrə məktəblilər arasında yarış keçirilib

14-11-2018-19-20 Xəbərlər

Sədərəkdə stolüstü tennis üzrə məktəblilər arasında yarış keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvan şəhərinin yaşayış binalarına istiliyin verilməsinə başlanılıb

14-11-2018-18-04 Xəbərlər

Naxçıvan şəhərinin yaşayış binalarına istiliyin verilməsinə başlanılıb

Bu gündən Naxçıvan şəhərinin ictimai yaşayış binalarına mərkəzləşdirilmiş qazanx...

Qonaqlar Naxçıvanla tanış olublar

14-11-2018-17-16 Xəbərlər

Qonaqlar Naxçıvanla tanış olublar

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda keçirilən “Dövlət İmtahan Mərkəzinin fəaliyy...

Çinin nüfuzlu “CCTV-4” kanalı Naxçıvan Muxtar Respublikası barədə film hazırlayıb

14-11-2018-16-38 Xəbərlər

Çinin nüfuzlu “CCTV-4” kanalı Naxçıvan Muxtar Respublikası barədə film hazırlayıb

NUHÇIXAN xəbər verir ki, Çinin nüfuzlu “CCTV-4” kanalının çəkiliş qrupu 2017-ci ...

Dörd fəsildə Naxçıvan: Aygün Həsənbəylinin - FOTOETÜDLƏRİ

14-11-2018-15-22 Xəbərlər

Dörd fəsildə Naxçıvan: Aygün Həsənbəylinin - FOTOETÜDLƏRİ

Sədərək rayon sakini Aygün Həsəbəyli naxcivantv.az saytının elan etdiyi “Dörd fə...

Naxçıvanda sabaha olan hava proqnozu

14-11-2018-13-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Новости Нахчывана - ВИДЕО

14-11-2018-10-47 Xəbərlər

Новости Нахчывана - ВИДЕО

Агентство «НУХЧЫХАН» представляет важные события, прошедшие в Автономной Республ...

Ötən günün mənzərəsi - VİDEO

14-11-2018-09-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Badminton üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlanıdırılıb

13-11-2018-19-58 Xəbərlər

Badminton üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlanıdırılıb

NUHÇIXAN xəbər verir ki, ali və orta ixtisas təhsili müssisələrinin qız tələbələ...

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili bir sıra müəssisələrdə olub

13-11-2018-19-29 Xəbərlər

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili  bir sıra müəssisələrdə olub

NUHÇIXAN xəbər verir ki, Norveç krallığının Azərbaycandakı səfirliyinin müvəqqət...

Tələbələr “Kəhrəba” Fermer Təsərrüfatında olublar

13-11-2018-17-11 Xəbərlər

Tələbələr “Kəhrəba” Fermer Təsərrüfatında olublar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və Aqrok...

Dövlət İmtahan Mərkəzinin növbəti konfransı Naxçıvan şəhərində keçirilib

13-11-2018-16-23 Xəbərlər

Dövlət İmtahan Mərkəzinin növbəti konfransı Naxçıvan şəhərində keçirilib

NUHÇIXAN xəbər verir ki, DİM tərəfindən “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İ...

Qayğıya ehtiyacı olan şəxslərə sovqatlar verilib

13-11-2018-15-38 Xəbərlər

Qayğıya ehtiyacı olan şəxslərə sovqatlar verilib

NUHÇIXAN xəbər verir ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional  İnform...

Dövlət qulluqçuları seminarda iştirak edib

13-11-2018-14-31 Xəbərlər

Dövlət qulluqçuları seminarda iştirak edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvanda sabaha olan hava proqnozu

13-11-2018-13-31 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanı...

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin Naxçıvana səfəri davam edir

13-11-2018-12-45 Xəbərlər

Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin Naxçıvana səfəri davam edir

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Nakhchivan news - VİDEO

13-11-2018-10-38 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb

13-11-2018-10-20 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah hərb oyunları başlayıb

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Ötən günün mənzərəsi - VİDEO

13-11-2018-09-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Tələbələr arasında tennis yarışı keçirilib

12-11-2018-18-35 Xəbərlər

Tələbələr arasında tennis yarışı keçirilib

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xi...

İki məktub

12-11-2018-17-55 Xəbərlər

İki məktub

Sahil Tahirli yazır Naxçıvanın tarix və mədəniyyətinin geniş tədqiqi və öyrən...

Naxçıvanda “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

12-11-2018-16-58 Xəbərlər

Naxçıvanda “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

Bu gün “Gənclik Mərkəzi”ndə “10-17 noyabr-Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

12-11-2018-16-25 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov N...

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı başa çatıb

12-11-2018-16-03 Xəbərlər

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı başa çatıb

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən...

Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvana səfər edib

12-11-2018-14-59 Xəbərlər

Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvana səfər edib

NUHÇIXAN xəbər verir ki, Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqət...

Naxçıvanda sabaha olan hava proqnozu

12-11-2018-13-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Müasir dağ kəndi-Nursu

11-11-2018-15-30 Xəbərlər

Müasir dağ kəndi-Nursu

Orda bir kənd var, uzaqda. Çadırdaş ətəyində, Toğluqayanın, Səngərtəpənin, Motal...

Naxçıvanda sabaha olan hava proqnozu

11-11-2018-13-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə – XI yazı

11-11-2018-10-58 Xəbərlər

Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə – XI yazı

Müzəffər Nəsirli Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat           ...