Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikanın gənc gömrükçüləri and içiblər

Muxtar respublika gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Naxcivantv.az xəbər verir ki, “Gömrük andı”nı sınaq müddəti bitmiş və komitə sədrinin müvafiq əmri ilə ilk xüsusi rütbələr verilmiş 17 gömrükçü qəbul edib. Əməkdaşlar təntənəli surətdə and içiblər.

Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli “Gömrük andı”nı qəbul etmiş əməkdaşları təbrik edərək seçdikləri bu şərəfli yolda uğurlar arzulayıb.

Andiçmə mərasimindən sonra gənc gömrükçülər Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyini ziyarət ediblər.  Muzeydə ziyarətçilərə Azərbaycanın, o cümlədən Naxçıvanın qədim dövlətçilik tarixi, qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında məlumat verilib.                                                                   

Baloğlan Kərimov

NTVxəbər

 

www.naxcivantv.az