Üçrəngli dövlət bayrağımız milli qürurumuzdur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il  noyabrın 17-də hər il 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır.

Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.

Ötən əsrdə Azərbaycan xalqı iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız ikinci dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə edilməsi, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbulu ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin öz əli ilə yazıb imzaladığı Ali Məclisin qərarında deyilirdi:

 “Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:

1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.

2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.

Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il fevral ayının 5-də üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.

Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibəti, milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Dövlət başçısı 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamışdır.

Ölkəmizin digər guşələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və ehtiramın göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində çıxış edən Ali Məclisin Sədri demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır… Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət edən hər bir insan, hər bir gənc dövlət rəmzlərinin tariximizdəki yeri barədə məlumatlandırılmalı, dövlət atributlarının mahiyyəti və əhəmiyyəti geniş təbliğ olunmalı, ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə Dövlət Bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir”.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, hər il noyabr ayının 17-nin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi qərara alınmışdır.

Naxçıvan şəhərindəki Bayraq Meydanında Bayraq Muzeyi yaradılmışdır. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları muzeyin ekspozisiyasında yerləşdirilmişdir.

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyində müxtəlif tədbirlərin keçirilməsi ənənə halını almışdır. Muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarının kollektivləri muzeyi ziyarət edir, burada onlara dövlət və döyüş bayraqlarımız haqqında ətraflı məlumatlar verilir. Bayrağımıza ehtiram hissini gücləndirmək məqsədilə dövlət qulluğuna yeni təyin olunmuş gənclərin andiçmə mərasimlərinin burada keçirilməsi onların bayrağımız haqqında daha geniş bilgilərə malik olmalarına şərait yaradır.

Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Bu gün müstəqil Azərbaycan dövlətinin bayrağı işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində, Cocuq Mərcanlı və Günnüt kəndlərində, Qızılqaya zirvəsində qürurla dalğalanır. Bayrağımızın işğal olunmuş digər torpaqlarımızda da dalğalanacağı gün uzaqda deyil.

Ölkə Prezidenti iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda dediyi kimi: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ötən günün mənzərəsi - VİDEO

19-06-2019-09-34 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı-YENİLƏNİB - SƏRƏNCAM

18-06-2019-20-55 Rəsmi

Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı-YENİLƏNİB - SƏRƏNCAM

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət T...

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi Türkiyənin Ərzurum şəhərində qeyd edilib - VİDEO

18-06-2019-20-36 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi Türkiyənin Ərzurum şəhərində qeyd edilib - VİDEO

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, Milli Qurtuluş Günü, R...

Şahbuz Rayon Xalq Teatrı ordubadlıların qonağı olub

18-06-2019-20-11 Xəbərlər

Şahbuz Rayon Xalq Teatrı ordubadlıların qonağı olub

NUHÇIXAN xəbər verir ki,  Şahbuz Rayon Xalq Teatrı Əbdürrəhim bəy Haqverdiyevin ...

Anbarlara taxıl qəbulu başlayıb

18-06-2019-19-02 Xəbərlər

Anbarlara taxıl qəbulu başlayıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası “Bərəkət Buğda Məhsulları”...

Ali Məclisin Sədri Dövlət Xidmətinə yeni rəis təyin etdi - FƏRMAN

18-06-2019-18-23 Rəsmi

Ali Məclisin Sədri Dövlət Xidmətinə yeni rəis təyin etdi - FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 18-də Daş...

Peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib

18-06-2019-18-06 Xəbərlər

Peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində peyntb...

Sahibkarlara fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı məlumat verilib

18-06-2019-15-34 Xəbərlər

Sahibkarlara  fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə  bağlı məlumat verilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə...

Muxtar respublikada insan hüquqlarının etibarlı müdafiəsi daim diqqət mərkəzindədir

18-06-2019-12-50 Xəbərlər

Muxtar respublikada insan hüquqlarının etibarlı müdafiəsi daim diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun ta...

Nakhchivan news - VİDEO

18-06-2019-11-29 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvanda sabaha olan hava proqnozu

18-06-2019-11-08 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 19-na gözlənilən hava proqnozu açıqlanıb....

Ötən günün mənzərəsi - VİDEO

18-06-2019-09-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda çimərlik mövsümünə start verilib - VİDEO

17-06-2019-18-56 Xəbərlər

Naxçıvanda çimərlik mövsümünə start verilib - VİDEO

Naxçıvanda çimərlik mövsümünün başlaması münasibətilə Uzunoba çimərliyində tədbi...

“Sabahın sorağında” romanında Azərbaycan müəlliminin obrazı

17-06-2019-18-27 Xəbərlər

“Sabahın sorağında” romanında Azərbaycan müəlliminin obrazı

Xalq şairi Hüseyn İbrahimov yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı il...

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib - FOTOLAR

17-06-2019-17-56 Rəsmi

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib - FOTOLAR

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 2019-cu il buraxılışı münasibəti ...

Duzdağ oteldə ikinci dəfə rəng festivalı keçirilib - VİDEO

17-06-2019-16-50 Xəbərlər

Duzdağ oteldə ikinci dəfə rəng festivalı keçirilib - VİDEO

Duzdağ oteldə keçirilən  yüzlərlə iştirakçının qatıldığı ikinci rəng festivalı r...

İnsan Hüquqları Günü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı olub

17-06-2019-14-50 Xəbərlər

İnsan Hüquqları Günü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı olub

NUHÇIXAN xəbər verir ki, 18 iyun-Azərbaycan Respublikasında İnsan Hüquqları Günü...

Ordubad rayonunda humanitar tibbi aksiya

17-06-2019-14-23 Xəbərlər

Ordubad rayonunda humanitar tibbi aksiya

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri Ord...

Naxçıvanda sabaha olan hava proqnozu

16-06-2019-16-05 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

“Axtar tap” intellektual oyunun növbəti mərhələsi başa çatıb

16-06-2019-12-25 Xəbərlər

“Axtar tap” intellektual oyunun növbəti mərhələsi başa çatıb

NUHÇIXAN xəbə verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi...

Sosial könüllülər növbəti dəfə tənha ahılları ziyarət ediblər

15-06-2019-19-01 Xəbərlər

Sosial könüllülər növbəti dəfə tənha ahılları ziyarət ediblər

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Şərur rayon Ağır Atletika bölməsində məşqçi və idmançılar üçün seminar olub

15-06-2019-18-14 Xəbərlər

Şərur rayon Ağır Atletika bölməsində məşqçi və idmançılar üçün seminar olub

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

“Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb

15-06-2019-17-28 Xəbərlər

“Öz biznesinə başla və onu inkişaf etdir” təliminin növbəti təlimi başa çatıb

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar ...

Naxçıvanda qədim abidələrdə və yaşayış yerlərində arxeoloji tədqiqatlar davam edir - VİDEO

15-06-2019-16-30 Xəbərlər

Naxçıvanda qədim abidələrdə və yaşayış yerlərində arxeoloji tədqiqatlar davam edir - VİDEO

Bu dəfə ABŞ-Azərbaycan müştərək beynəlxalq arxeoloji ekspedisiyası qədim eyniadl...

Naxçıvanda sabaha olan hava proqnozu

15-06-2019-14-01 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 16-na gözlənilən hava proqnozu açıqlanıb....

Heydər Əliyevin quruculuq siyasəti bu gün Naxçıvanın hər yerində duyulur

15-06-2019-10-58 Xəbərlər

Heydər Əliyevin quruculuq siyasəti bu gün Naxçıvanın hər yerində duyulur

İnsan Vətən sevgisinə köklənəndə dünyanın bütün gücü sanki onun qoluna toplanır....

Ötən günün mənzərəsi - VİDEO

15-06-2019-10-29 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

15-06-2019-10-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin iyun ayının son 1...

Müstəqilliyimizin və dövlətçiliyimizin xilas günü

15-06-2019-00-00 Xəbərlər

Müstəqilliyimizin və dövlətçiliyimizin xilas günü

Ümummilli lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi xalqının xilas...

Kamera orkestri Naxçıvanda konsert verdi - VİDEO

14-06-2019-22-54 Xəbərlər

Kamera orkestri Naxçıvanda konsert verdi - VİDEO

İyunun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Qara Qarayev adına Azə...