Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az –ın məlumatına görə, bu barədə fevralın 23-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında çıxışı zamanı  Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov deyib.

2017-ci ildə muxtar respublika üzrə 80,2 kilometrlik avtomobil yolunun yenidən qurulacağını diqqətə çatdıran Asəf Məmmədov deyib ki,  Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 414 şagird yerlik tam orta məktəb binasının, kənd və xidmət mərkəzi binalarının tikintisi aparılacaq: “Şərur rayonunun Ələkli kəndində 216 şagird yerlik tam orta məktəb binasının, kənd musiqi məktəbi və kənd mərkəzi binalarının yenidən qurulması, xidmət mərkəzi binasının tikintisi, Ərəbyengicə kəndində 192 şagird yerlik tam orta məktəbin, kənd və xidmət mərkəzi binalarının, Qarahəsənli kəndində kənd və xidmət mərkəzi binalarının tikintisi və 216 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, Babək rayonunun Payız kəndində 252 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, kənd və xidmət mərkəzi binalarının tikintisi, Culfa rayonunun Dizə kəndində 216 şagird yerlik tam orta məktəbin, kənd və xidmət mərkəzi binalarının tikintisi, Ordubad rayonunun Üstüpü kəndində 252 şagird yerlik tam orta məktəbin, kənd mərkəzi, xidmət mərkəzi və həkim ambulatoriyası binalarının tikintisi, Kəngərli rayonunda 48 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulur”.

Asəf Məmmədov həmçinin deyib ki, bu gün muxtar respublika sosial-iqtisadi inkişafının yeni dövrünü yaşayır. İqtisadiyyatın bütün sahələri kimi tikinti sektoru da sürətlə inkişaf etməkdədir. 2016-cı il ərzində 14 təhsil müəssisəsi, 4 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 29 mədəniyyət obyekti, 13 kənd mərkəzi, 14 xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 17 inzibati bina inşa olunub, 61,5 kilometrdən artıq yeni avtomobil yolları salınıb, 3 körpü tikilib, 2 körpü isə yenidən qurulub.

www.naxcivantv.az