Orda bir kənd var, uzaqda. Çadırdaş ətəyində, Toğluqayanın, Səngərtəpənin, Motalqayanın qoynunda, Şahbulaq, Kazımbulaq, Qubadbulaq, Yeddibulaq, Novlu, Kəklikli çeşmələrinin axar-baxarında…

Qırmızıyanaq almaların ətirli qoxusunda, qoyun-quzu mələşməsində, qonaqpərvər, mehriban, səmimi insanların isti nəfəsində. Orda bir kənd var,  kəndim balacasan, çox balacasan, deyən vətəndaş şairin dillər əzbəri olan misralarında, yayda günəşi, qışda qarı çox olan, dağlarından əlçim-əlçim buludları əskilməyən, dumanlı, leysanlı Nursu kəndi. Bir zamanların gözdən uzaq, diqqətdən, qayğıdan məhrum kəndi.

Bu kəndə üz tutanlar çox olub. Kənddən, kəndlidən yazıblar, bu torpağın yetirmələrindən və hər birimizin sevimli şairi olan Məmməd Arazdan yazıblar. Vaxtilə bu kəndin yolunu tutanlar  əsasən onun yazda-yayda qonağı olublar. Payızda-qışda kəndə yolunu salanlarsa elə bu kəndin öz sakinləri olub. Bu iki fəsildə o sakinlərdən başqa Nursunun “qapısını döyən” çox az adam tapılardı. Səbəb isə hamıya məlum idi. Çətin idi qışın qarında, buzunda, payızın yağışında, çiskinində bu kəndin ilan kimi qıvrılan dolanbac kələ-kötür yollarını aşıb gedəcəyin məkana çatmaq. Əlbəttə ki, bu çətinlik təkcə Nursu üçün yox, bütün kəndlərimiz üçün adi hal idi.

Amma bu gün..

İndi  kəndə istənilən vaxtda, istənilən saatda üz tutmaq olar. Çünki Nursunun nura boyanan bir kənd kimi  bugünkü büsatı göz oxşayır. Bu yurd yerinin insanları illər uzunu Nursunu xəyallarında abad, müasir, gözəl bir kənd kimi canlandırıblar. Lakin o xəyallar 2014-cü ilin bir qış günü gerçəkliyə çevrildi, nursulular xoş günlərə qovuşdular.

Həmin il-“Muxtariyyət ili”ndə 14-cü məktəb binası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə məhz bu kənddə istifadəyə verildi. İki mərtəbədən ibarət məktəbdə dərslərin keyfiyyətlə tədris olunması üçün hər cür  şərait yaradılıb. Tədris ocağında dəqiq elmlərin yüksək səviyyədə tədris olunması üçün də lazımi şərait var. Fizika, kimya və biologiya laboratoriyalarında ən müasir sınaq-təcrübə avadanlıqları quraşdırılıb və  əyani vəsaitlər qoyulub. Bu da şagirdlərin bu fənlər üzrə biliklərinin daha da zənginləşməsinə imkan verir.

Həmin il kəndin mərkəzində sosial obyektlərin-kənd mərkəzinin, xidmət mərkəzinin, həkim ambulatoriyasının istifadəyə verilməsi də hər bir nursulunu sevindirib. Dövlət qurumlarının kənd mərkəzində fəaliyyət göstərməsi sakinlərin qarşılaşdıqları çətinliklərin yerindəcə həllinə səbəb olub, vaxt itkilərinin qarşısını alıb. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə kənd sakinləri yetişdirdikləri məhsulların, bağlarının meyvələrinin burada rahat satışını həyata keçirə bilirlər. Həkim ambulatoriyasının tibbi avadanlıqlarla və dərman vasitələri ilə təmin olunması nəticəsində xidmətin keyfiyyəti yüksəlib.

Yolların abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən Nursuya da pay düşüb. Asfaltlanan yollar bir dağ kəndi üçün çox geniş və rahatdır.

Balaca kənddə bir ünvan da Xalq şairi Məmməd Araz üçün yaradılmışdır.

     Bir əsim küləyəm, bircə dil odam,

     Qanadlan, ey könül, dağlara haydı.

     Ey mənim gələcək bir qarış odam

     Bir qaya dibində yerin olaydı.

Kəndin ən mənzərəli yerində ev muzeyinin tikilib şairin anım günündə istifadəyə verilməsi onun şəxsiyyətinə, yaradıcılığına verilən ən böyük qiymət idi.

       Mənim yurdum qəhrəmanlar diyarıdı,

       Mərd insanlar diyarıdı,

       Öz bəxtinə xoş gününü

       Öz əliylə yaradanlar diyarıdı,

deyən şairin doğulub boya-başa çatdığı kəndə xoş günləri gətirənlər də elə yurdunun mərd insanları idi. Bu diqqət və qayğı Nursu kimi ucqar dağ kəndinin inkişafına, yeniləşməsinə, müasirləşməsinə səbəb olub.

Həyata keçirilən tədbirlər çərçivəsində kəndin rabitə, qaz, elektrik və su təchizatı da yenidən qurulub, müasir kommunal şərait yaradılıb. Bu inkişaf, bu tərəqqi gənclərimizin doğulub boya-başa çatdıqları kənd yerlərində məskunlaşmasına, qurub-yaratmasına imkan verir. Bunu ötən illərdə kəndə gələn bir neçə ailənin burada yenidən məskunlaşması, özlərinə təsərrüfat yaratmaqları da sübut edir. Bu, onun göstəricisidir ki, bir vaxtlar yaşayış və dolanışıq üçün başqa yerlərə üz tutub, yurd-yuvalarından köçüb gedənlər artıq yaxşı yaşayış üçün geri qayıdırlar.

Beləcə, bir yurd yeri ilə tanış olduq. Kənddə dəyişən çox şey var. İnsanların yaşayışı, rifah halının yaxşılaşması, kəndin evlərinin, sosial obyektlərinin müasirliyi, dəyişməyən isə bu yurd yerinin insanlarının torpağa, yurda bağlılığıdi.

               Hicran Əliyeva

“Oğuz səsi” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Bəxtiyar Əsgərov bir sıra tədbirlərdə iştirak edib

19-09-2019-12-41 Xəbərlər

Bəxtiyar Əsgərov bir sıra tədbirlərdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Muxtar respublikada qanunvericiliyin tələblərini pozan 14 əcnəbi aşkarlanıb

19-09-2019-12-29 Xəbərlər

Muxtar respublikada qanunvericiliyin tələblərini pozan 14 əcnəbi aşkarlanıb

Bu ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərə...

Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub

19-09-2019-12-08 Xəbərlər

Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində As...

Muxtar respublikada 2019-2020-ci tədris ilində 212 ümumtəhsil məktəbindən 209-u birnövbəli rejimdə işləyəcək

19-09-2019-10-44 Xəbərlər

Muxtar respublikada 2019-2020-ci tədris ilində 212 ümumtəhsil məktəbindən 209-u birnövbəli rejimdə işləyəcək

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-...

Ötən günün mənzərəsi - VİDEO

19-09-2019-10-23 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

11 ildir dünyaya SƏS salan İnformasiya Agentliyi

19-09-2019-10-01 Xəbərlər

11 ildir dünyaya SƏS salan İnformasiya Agentliyi

Bu gün Səs İnformasiya Agentliyinin (SİA) 11 yaşı tamam olur.

Naxçıvan Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq müzakirə edilib

18-09-2019-18-29 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-2020-ci illərin...

Naxçıvanda qış aylarında yollarda hərəkətin intensivliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür

18-09-2019-17-22 Xəbərlər

Naxçıvanda qış aylarında yollarda hərəkətin intensivliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür

Muxtar respublikada qış aylarında ucqar kəndlərə hərəkətin fasiləsizliyinin təmi...

Naxçıvan Avtomobil Zavodunda yeni marka və modellərdə avtomobillər istehsal olunacaq - VİDEO

18-09-2019-16-19 Xəbərlər

Naxçıvan Avtomobil Zavodunda yeni marka və modellərdə avtomobillər istehsal olunacaq - VİDEO

Naxçıvan Avtomobil Zavodunda 2020-ci ilin birinci yarısında müxtəlif təyinatlı m...

Musiqi ilə qalın…

18-09-2019-16-00 Xəbərlər

Musiqi ilə qalın…

“Sözlərin danışa bilmədiyi yerdə musiqi danışır”, deyib danimarkalı yazıçı Hans ...

“Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri”adlanan yeni kitab işıq üzü görüb

18-09-2019-14-38 Xəbərlər

“Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri”adlanan yeni kitab işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...

Ötən günün mənzərəsi

18-09-2019-14-19 Xəbərlər

Ötən günün mənzərəsi

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan rəsm müsabiqəsi elan edilib

18-09-2019-10-53 Xəbərlər

Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan rəsm müsabiqəsi elan edilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Təhsil Nazirliyi ilə birgə 6-16 yaş ka...

Naxçıvanda dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir

18-09-2019-10-34 Xəbərlər

Naxçıvanda dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

17-09-2019-19-40 Rəsmi

15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi ola...

Müəllimə gül alaq, yoxsa kitab?!

17-09-2019-19-27 Xəbərlər

Müəllimə gül alaq, yoxsa kitab?!

Sahil Tahirli yazır Dünəndən başlanan yeni tədris ili özü ilə bərabər həm də in...

Müasirləşən Badamlı qəsəbəsi - VİDEO

17-09-2019-19-05 Xəbərlər

Müasirləşən Badamlı qəsəbəsi - VİDEO

Hər il muxtar respublikanın qəsəbə və kəndlərində geniş tikinti quruculuq işləri...

Muxtar Respublika Mədəniyyət Nazirliyinin əməkdaşına fəxri ad verildi - SƏRƏNCAM

17-09-2019-18-44 Xəbərlər

Muxtar Respublika Mədəniyyət Nazirliyinin əməkdaşına fəxri ad verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev sentyabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət ...

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında açılışlar oldu - VİDEO

17-09-2019-17-50 Xəbərlər

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında açılışlar oldu - VİDEO

Sentyabrın 17-də "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd Zastava...

Milli musiqi günü qeyd olunub

17-09-2019-17-06 Xəbərlər

Milli musiqi günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində  Mi...

Sosial şəbəkələrdə - VİDEO

17-09-2019-16-03 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Qədim türk mərasimləri ilə bağlı olan yallılarımız

17-09-2019-12-57 Xəbərlər

Qədim türk mərasimləri ilə bağlı olan yallılarımız

Yallılar ətrafdakı insanlara gözəl əhval-ruhiyyə aşılayan böyük dəyər daşıyıcıla...

Ötən günün mənzərəsi - VİDEO

17-09-2019-12-39 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Muratxon Gurayev: Naxçıvanın təcrübəsi gələcək fəaliyyətimizdə böyük rol oynayacaq

17-09-2019-12-20 Xəbərlər

Muratxon Gurayev: Naxçıvanın təcrübəsi gələcək fəaliyyətimizdə böyük rol oynayacaq

Əminliklə demək istəyirəm ki, nümayəndə heyətimizdə Naxçıvan təcrübəsi barədə yü...

Özbəkistanın nümayəndə heyəti içməli su və kanalizasiya sahəsində Naxçıvanın təcrübəsini öyrənib

17-09-2019-11-38 Xəbərlər

Özbəkistanın nümayəndə heyəti içməli su və kanalizasiya sahəsində Naxçıvanın təcrübəsini öyrənib

Özbəkistan Respublikasının Mənzil Kommunal Təsərrüfatı və Səhiyyə nazirliklərind...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

17-09-2019-10-14 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində sentyabr ayının ilk 15 günü ər...

Naxçıvan Qarnizonu tam orta məktəbində Bilik Günü qeyd edildi - VİDEO

16-09-2019-23-59 Xəbərlər

Naxçıvan Qarnizonu tam orta məktəbində Bilik Günü qeyd edildi - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Heydər Əliyev adına Hərbi Liseydə Bilik Günü qeyd olunub - VİDEO

16-09-2019-23-09 Xəbərlər

Heydər Əliyev adına Hərbi Liseydə Bilik Günü qeyd olunub - VİDEO

Heydər Əliyev adına Hərbi Liseydə 15 Sentyabr Bilik Günü münasibətilə tədbir k...

ƏÜO-da ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə tədbirlər keçirilib - VİDEO

16-09-2019-21-22 Xəbərlər

ƏÜO-da ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə tədbirlər keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

“Naxçıvan”Universitetində Bilik Günü qeyd edilib

16-09-2019-20-26 Xəbərlər

“Naxçıvan”Universitetində Bilik Günü qeyd edilib

NUHÇIXAN xəbər verir ki,“Naxçıvan”Universitetində  Bilik Günü  və yeni tədris il...