Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bu gün “Gənclik Mərkəzi”ndə “10-17 noyabr-Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, oyunun keçirilməsində məqsəd gənclərin intellektual oyunlara cəlb olunması, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi və “Beynəlxalq Tələbə Gənclər Həftəsi”nin qeyd olunmasıdır. Oyun 1/4 final, iki yarımfinal və final mərhələlərindən ibarət olub. Sonda oyunda daha çox xal toplayaraq Naxçıvan Dövlət Universitetinin “Diplomat” komandası I yerə, Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası II yerə, Naxçıvan Dövlət Universitetinin “Qisas” komandası III yerə çıxıb. İntellektual oyun Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Oyunda 12 komandada 60 nəfər gənc iştirak edib.  Qalib komandalar və komanda üzvləri noyabrın 16-da  “Gənclik Mərkəzi”ndə keçiriləcək mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyi tərəfindən kubok, diplom, fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Şəhla Mirzəyeva

www.naxcivantv.az