Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “10-17 noyabr-Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar keçirilən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyinə yekun vurulub.

6 komandanın 18 idmançısının mübarizə apardığı birincilik olimpiya sistemi üzrə keçirilib. Oğlanlar arasında Kubilay Kumlay (Naxçıvan Dövlət Universiteti) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olub. Digər iki pillədə Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Mətin Bağırov və Naxçıvan Dövlət Universitetinin tələbəsi Caner Atacan qərarlaşıblar. Qızlar arasında isə Naxçıvan Dövlət Universitetinin tələbəsi Xurşud Mahmudova hamıdan güclü olub. Bu universitetin digər tələbəsi Nərminə Məmmədova və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Nərmin Mustafazadə ikinci və üçüncü yerlə kifayətləniblər.

Qeyd edək ki, qalib komandalar və komanda üzvləri noyabrın 16-da Gənclik Mərkəzində keçiriləcək yekun tədbirdə mükafatlandırılacaqlar.

www.naxcivantv.az