Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və Aqrokimya İxtisasının tələbələri  “Kəhrəba” Fermer Təsərrüfatında təcrübə keçiblər.

Əvvəlcə təsərrüfat barədə tələbələrə məlumat verilib. Qeyd edilib ki, “Kəhrəba” Fermer Təsərrüfatı Babək rayonunun Şıxmahmud kəndində yerləşir və təsərrüfat üçün 26,2 hektar əkinəyararlı torpaq sahəsi ayrılıb.

Daha sonra tələbələrə sarımsaq bitkisinin əkilmə texnikası ətraflı izah olunub.

Mütəxəssislər Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və Aqrokimya İxtisasının tələbələrinə sarımsağın əkilib-becərilmə texnikasını təcrübə olaraq göstəriblər.

Qeyd edək ki, muxtar respublikamızda hər il geniş  sahədə sarımsaq əkilir və hektardan 120-130 sentner məhsul götürülür. Tədbir çərçivəsində “Kəhrəba” Fermer Təsərrüfatında  1 hektar sahədə yerli “Şıxmahmud” sortu sarımsaq əkilib.

       Turab Hacızadə

www.naxcivantv.az