Muxtar respublikada gömrük xidməti müasir tələblər səviyyəsində qurulub

24 fevral Naxçıvan Muxtar Respublikası  Dövlət Gömrük Komitəsinin yarandığı gündür

Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən, 1992-ci il fevralın 24-də qəbul etdiyi qərarla Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaradılıb.

Bu dövrdə ulu öndərimizin şəxsi nüfuzu sayəsində İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqələrinin yaradılması blokadada olan Naxçıvanın böhranlı vəziyyətdən çıxarılmasında, gömrük və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Naxcivantv.az ötən illərdə muxtar respublikanın gömrük orqanlarının keçdiyi inkişaf yoluna nəzər salır.

Ötən 25 ildə böyük inkişaf yolu keçən muxtar respublika gömrük sistemi müasir infrastrukturu və möhkəm maddi-texniki bazası ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər bu baxımdan mühüm əhəmiyyətə malikdir. Son illər qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişlənmişdir. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq statusun verilməsi, Sədərək və Culfa gömrük sərhəd buraxılış məntəqələrində 24 saatlıq, Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsində 12 saatlıq iş rejiminin tətbiq edilməsi gömrük işi sahəsindəki hərtərəfli inkişafın əyani göstəricisidir.

2007-ci ildə Culfa, 2009-cu ildə Şahtaxtı, 2012-ci ildə isə Naxçıvan Şəhər Gömrük idarələri üçün müasir gömrük kompleksləri, 2014-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün inzibati bina, 2015-ci ildə “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksinin istifadəyə verilməsi, eləcə də gömrük laboratoriyasının yaradılması xidmətin müasir tələblər səviyyəsində qurulmasına səbəb olmuşdur. Artıq muxtar respublika gömrük sistemində ən müasir standartlar tətbiq olunur. Culfa, Şahtaxtı və Sədərək sərhəd keçid məntəqələrində quraşdırılan X-Ray rentgen-nəzarət qurğuları muxtar respublikaya bütün istiqamətlərdən gələn yüklərə və yük nəqliyyat vasitələrinə gömrük nəzarətini daha dolğun və sürətli şəkildə həyata keçirməyə imkan verir. Ötən ildən gömrük-sərhəd buraxılış məntəqələrində tətbiq olunan “Sərhədkeçmə vaxtının ölçülməsi” sistemi isə mal və nəqliyyat vasitələrinin sərhəddən keçmə və buraxılış vaxtlarının qeydiyyatının avtomatik qaydada aparılmasına və sərhədkeçmədən buraxılışa qədər olan müddəti müəyyən etməyə imkan verir.

Komitənin “Hədəf mərkəzi”ndə muxtar respublika ərazisində malların və nəqliyyat vasitələrinin hərəkətinin izlənilməsi, gömrük əməliyyatlarının monitorinqinin aparılması və riskin idarəolunması sistemi əsasında effektiv gömrük nəzarəti həyata keçirilir. Eyni zamanda gömrük orqanlarında quraşdırılmış müasirtipli müşahidə kameralarının imkanlarından istifadə olunmaqla iş prosesinə 24 saat nəzarət edilir. Sərhəd buraxılış məntəqələrində quraşdırılmış "Gömrük" köşkləri üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Bu məlumat köşkləri vasitəsilə vətəndaşlar sadələşdirilmiş elektron bəyannaməni doldurur, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarəti ilə bağlı qaydalarla tanış olurlar.

Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük-biznes əməkdaşlığının artırılması məqsədilə informasiya texnologiyalarının tətbiqi və elektron xidmətlərin arealı ilbəil genişləndirilir. Hal-hazırda məlumat mübadiləsi, texnoloji proseslər və ödənişlər elektron formada aparılır. Ötən ildən isə gömrük orqanlarında bəyannamələrin qəbulu da elektron formada həyata keçirilir. 

İdxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsilə bağlı daha bir yenilik isə ilkin bəyanetmə elektron xidmətidir. Belə ki, idxal-ixrac əməliyyatı həyata keçirən fiziki və hüquqi şəxslər mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçənədək qabaqcadan qısa idxal və ya qısa ixrac bəyannaməsi təqdim etməklə gömrük orqanlarını apardıqları xarici iqtisadi fəaliyyət barədə məlumatlandırırlar. Bu yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edir və bununla da sərhəd buraxılış məntəqələrində bəyan edilən mal və nəqliyyat vasitələrinin daha sürətli keçidi təmin olunur.

Muxtar respublikada gömrük nəzarəti ilə yanaşı, gətirilən mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi də beynəlxalq standartlar tətbiq edilməklə həyata keçirilir. Gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsində "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemləri tətbiq olunur. Xarici iqtisadi fəaliyyət iştirakçısı sənədlərini gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib və təqdim etdiyi təqdirdə rəsmiləşdirmə prosesi 5-10 dəqiqə ərzində başa çatdırılır.

Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq mühafizə orqanı olaraq əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi ilə qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Bu məqsədlə ən mütərəqqi üsullаrdаn istifаdə оlunur, kinoloji xidmətin keyfiyyəti yüksəldilir, digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyət təmin olunur. Gömrük xidmətində hədəflərin idarə olunması sistemi, müasir texnika və avadanlıqlarla təchiz edilən mobil qruplar fəaliyyət göstərir. Bu sahədə görülən qabaqlayıcı tədbirlərin nəticəsi olaraq son illər hüquqpozma faktlarının aşkar olunmasında artan dinamika müşahidə edilir.

Gömrük orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biri də daxili bazarın qorunmasıdır. Bu sahədə görülən işlər xaricə valyuta axınının qarşısını alır, məşğulluğu təmin edir, iqtisadiyyatın davamlı inkişafına münbit şərait yaradır. Gömrük orqanları tərəfindən yerli istehsalçıların mənafeyinin qorunması, daxili bazarda yerli istehsal məhsullarının satışının stimullaşdırılması istiqamətində görülən işlər nəinki muxtar respublikanın ərzaq təhlükəsizliyinin həllinə, hətta ixrac potensialının artmasına da əlavə stimul verir. Hazırda muxtar respublika 56 ölkə ilə ticarət əməliyyatları aparır.

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

21-11-2019-19-07 Rəsmi

Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

NUHÇIXAN xəbər verir ki, həmin gün Türkeşdə yeni xidmət mərkəzi də istifadəyə ve...

Türkeş kənd avtomobil yolu yenidən qurulub

21-11-2019-19-05 Rəsmi

Türkeş kənd avtomobil yolu yenidən qurulub

Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamət...

Türkeş Kənd Mərkəzi istifadəyə verilib

21-11-2019-19-03 Rəsmi

Türkeş Kənd Mərkəzi istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, noyabrın 21-dəTürkeşdə yeni kənd mərkəzinin də açılışı ...

Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı

21-11-2019-19-01 Rəsmi

Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Nax...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

21-11-2019-18-19 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Türkeş kənd sakininin Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO

21-11-2019-17-19 Xəbərlər

Türkeş kənd sakininin Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO

Noyabrın 21-də Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə...

Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

21-11-2019-16-59 Xəbərlər

Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

Noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümündə Ş...

Naxçıvanda sabaha olan hava proqnozu

21-11-2019-14-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanı...

Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb

21-11-2019-12-56 Xəbərlər

Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı D...

“Müasir Naxçıvan həm də Yeni Azərbaycan Partiyasının əsəridir”

21-11-2019-12-15 Xəbərlər

“Müasir Naxçıvan həm də Yeni Azərbaycan Partiyasının əsəridir”

Bu fikri NUHÇIXAN-a Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkila...

Muxtar respublika ərazisində qanunvericiliyin tələblərini pozan 36 əcnəbi aşkarlanıb

21-11-2019-11-46 Xəbərlər

Muxtar respublika ərazisində qanunvericiliyin tələblərini pozan 36 əcnəbi aşkarlanıb

Bu ilin ötən ayında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfi...

Ötən günün mənzərəsi - VİDEO

21-11-2019-11-04 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO

20-11-2019-19-28 Rəsmi

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Naxçıvanda sabaha olan hava proqnozu

20-11-2019-18-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvan nümayəndəliyinin rəhbəri Belarusiya səfiri ilə görüşüb

20-11-2019-17-50 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Belarusiya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Tələbələr muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçiblər

20-11-2019-15-31 Xəbərlər

Tələbələr muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçiblər

Naxçıvan Dövlət Universitetinin (NDU) Sosial iş ixtisası üzrə IV kurs tələbələri...

Teymur Göyçayev Naxçıvanda musiqi məktəblərinin müəllim və tələbələri üçün ustad dərsi keçib

20-11-2019-14-28 Xəbərlər

Teymur Göyçayev Naxçıvanda musiqi məktəblərinin müəllim və tələbələri üçün ustad dərsi keçib

Naxçıvan Musiqi Kollecində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrin...

Naxçıvanın dünəni ilə bu günü - VİDEO

20-11-2019-12-22 Xəbərlər

Naxçıvanın dünəni ilə bu günü - VİDEO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Gənclər Fondu muxtar r...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

20-11-2019-11-16 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Ötən günün mənzərəsi - VİDEO

20-11-2019-10-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda sabaha olan hava proqnozu

19-11-2019-16-49 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanı...

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

19-11-2019-16-11 Xəbərlər

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıb, qısa müddət...

Nakhchivan news - VİDEO

19-11-2019-14-52 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

19-11-2019-14-31 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Ötən günün mənzərəsi - VİDEO

19-11-2019-12-47 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

19-11-2019-12-05 Xəbərlər

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

20 noyabr-Ümumdünya Uşaq Günü münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ail...

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

19-11-2019-11-01 Xəbərlər

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi daim Azərb...

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

19-11-2019-09-00 Xəbərlər

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən...

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

18-11-2019-17-50 Xəbərlər

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

Sahil Tahirli yazır... Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar ...

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

18-11-2019-17-24 Xəbərlər

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş Naxçıvan Muxtar Respubl...