Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bu gündən Naxçıvan şəhərinin ictimai yaşayış binalarına mərkəzləşdirilmiş qazanxanalar vasitəsilə istiliyin verilməsinə başlanılıb.

Bununla əlaqədar Naxçıvan şəhər İcra Hakimiyyətində qərargah yaradılıb. Naxçıvan şəhər İcra Hakimiyyətindən NUHÇIXAN-a verilən məlumata görə 2018-2019-cu ilin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə 2018-ci ilin noyabr ayının 15-dən, 2019-cu ilin mart  ayının 15-dək, saat 18:00-dan 24:00-dək Naxçıvan şəhər İcra Hakimiyyətində qərargah fəaliyyət göstərəcək. İcra hakimiyyəti sakinlərdən xahiş edir ki, baş vermiş qəzaların dərhal aradan qaldırılması üçün  qərargaha məlumat versinlər.

Qərargahın əlaqə telefonu: 545-01-71

www.naxcivantv.az