Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda  “17 noyabr-Milli Dirçəliş Günü”nə həsr olunmuş ümumtəhsil məktəblərinin qız şagirdlərindən ibarət komandaları arasında atıcılıq üzrə yarış keçrilib.

Şərur Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Şərur rayon Təşkilatının Gənclər Birliyinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 məktəb komandasının tərkibində 30 şagird (qız) iştirak edib. I yerə Şərur şəhər 2№-li tam orta məktəbinin komandası, II yerə Aralıq kənd tam orta məktəbinin komandası, III yerə isə Çərçiboğan kənd tam orta məktəbinin komandası layiq görülüblər. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

www.naxcivantv.az