Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Gənclər “Qan yaddaşımız: Qisas qiyamətə qalmaz” filmini izləyiblər   Naxçıvan şəhərində yerləşən Gənclik mərkəzində  “Qan yaddaşımız: Qisas qiyamətə qalmaz” adlı sənədli film nümayiş olunub.

Naxcivantv.az xəbər verir ki, Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında təsdiq edilən tədbirlər planına uyğun olaraq  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımlarından bəhs edən “Qan yaddaşımız: Qisas qiyamətə qalmaz” adlı sənədli film nümayiş olunub.

Filmə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi liseyin kursantları, ümumilikdə 410 nəfər gənc baxıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Nicat Babayev bildirib ki, nazirliyin təşkilatçılığı ilə  milli-mənəvi dəyərlərimizi özündə əks etdirən filmlərin nümayişi mütəmadi olaraq davam etdirilir:

“Bu tədbirlərin keçirilməsində əsas məqsədimiz hadisələrin gənclərin diqqətinə, gələcək nəsillərə lazımınca çatdırılmasından ibarətdir. Bu gün nümayiş olunan “Qan yaddaşımız: Qisas qiyamətə qalmaz” adlı sənədli filmdə də xalqımızın başına gələn müsibətlər barədə gənclərimizə məlumat verilir”.

            Kəmalə Əliyeva

NTVxəbər

www.naxcivantv.az