Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə IV respublika müsabiqəsi elan edib.

Komitənin mətbuat xidmətindən Naxcivantv.az-a bildirilib ki, müsabiqə 2016-cı ildə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin patenti” nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Müsabiqəyə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsus olan və 2016-cı ildə Avrasiya Patent İdarəsində qeydiyyata alınan Avrasiya patentləri də təqdim oluna bilər.

Müsabiqə komissiyası tərəfindən nəticədən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom və mükafatlar təqdim olunacaq.

www.naxcivantv.az