Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivnatv.az xəbər verir ki, Naxçıvan şəhərindəki  Heydər Əliyev adına  tam orta məktəbdə  Xocalı soyqırımının  25-ci  ildönümü ilə bağlı keçirilən tədbirdə Xocalı şəhidlərinin  xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. 

Heydər Əliyev adına  tam orta məktəbin direktoru, Azərbaycan  Respublikasının əməkdar müəllimi Namiq Məmmədov 1992-ci il  fevral ayının 25-dən 26-na keçən gecə erməni  silahlı birləşmələri tərəfindən  azərbaycanlılara qarşı törədilən soyqırımdan danışıb. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini  Həsən Həsənov bildirib ki,  Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xalqımız   200 il ərzində  erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə və soyqırım siyasətinə məruz qalıb. Bu soyqırım  mahiyyətcə xalqımıza qarşı bir neçə əsr bundan əvvəl başlanan  erməni təcavüzünün davamı  və tərkib hissəsi idi.

Qeyd olunub ki, tarixin  müxtəlif dövrlərində  erməni qəsbkarları Naxçıvanda da əhaliyə qarşı kütləvi qırğınlar törədərək yaşayış məntəqələrini, tarixi abidələri, elm və mədəniyyət mərkəzlərini  dağıdıblar. 

Həsən Həsənov bu soyqırımın dünya ictimaiyyətinə  çatdırılması istiqamətində görülən işlərdən də danışıb.  Bildirib ki, dünyanın bir neçə ölkəsində Xocalı soyqırımını əks etdirən abidə ucaldılıb, bir çox ölkələr bu soyqırımı  tanıyır.

Sonda Xocalı soyqırımına həsr olunmuş  sərgiyə baxış olub və  film nümayiş etdirilib.

Orxan Əzimov

NTVxəbər

 

www.naxcivantv.az