Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında təsdiq edilən tədbirlər planına uyğun olaraq  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə nümayiş olunan sənədli filmdə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçi və şovinist dairələri tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur.

Qədim tarix və mədəniyyət abidələrimizin dağıdılması, Naxçıvanda erməni vəhşiliyini əks etdirən görüntülər və tarixi faktlar da sənədli filmdə yer alıb.

Həmçinin filmdə mənfur düşmənlərimizə qarşı mübarizə tariximizdən və xalqımızın qəhrəmanlığından  da bəhs olunur.

Röyal Kərimov

NTVxəbər

www.naxcivantv.az