Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bu gün qadın voleybol komandaları arasında birinci liqa yarışlarına yekun vurulacaq.

Naxcivantv.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman salonunda təşkil olunan yarışda bürünc medal uğrunda “Qax” və “Azərreyl” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərreyl” komandası 3:1 hesablı qələbə qazanaraq yarışı üçüncü pillədə başa vurub.

Qızıl medal uğrunda görüşdə isə “Gəncə” və “Xətai” komandaları qarşılaşırlar.

Qeyd edək ki, ötən ilin dekabrında start götürən yarışda 10 komanda – “Qax”, “Gəncə”, “Azəri”, “Azərreyl”, “Şəki”, “Nəqliyyatçı”, “Volley”, “Xətai”, “Sumqayıt” və “Şirvan” mübarizə aparıb.

www.naxcivantv.az