Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Amerikada çıxan “The Daily Caller” qəzetində avstraliyalı siyasi icmalçı, Yaxın Şərqdə, Avrasiyada və postsovet respublikalarında baş verən hadisələrin təhlili üzrə ixtisaslaşan Castin Emlerin “Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil” sərlövhəli məqaləsi dərc edilib.

Naxcivantv.az xəbər verir ki, materialda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda Azərbaycan və Ermənistan qoşularının təmas xəttində gərginliyin artması barədə söhbət gedir. Ermənistanı vassal dövlət adlandıran müəllif vurğulayır ki, Ermənistanın xarici siyasəti kənardan idarə edilir, hətta bu ölkənin sərhədlərini də ermənilər özləri qorumur. Azərbaycan isə Ermənistandan fərqli olaraq, Qərbin strateji tərəfdaşıdır və enerji layihələri, o cümlədən “Bakı-Tbilisi-Ceyhan” boru kəməri vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir.

Müəllif keçən ilin dekabr ayında erməni tərəfinin təhrikçiliyi və erməni hərbçiləri tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması faktına toxunaraq yazır ki, Ermənistan hərbi bölmələrinə lazımi qaydada cavab verilib. O qeyd edir ki, Ermənistan həmin hadisələr zamanı qətlə yetirilmiş Azərbaycan əsgərinin cəsədini 2017-ci ilin fevral ayına qədər saxlayıb, yalnız Avropa Şurası və ATƏT-in Minsk qrupu tərəfindən bu məsələyə müdaxilə ediləndən sonra həmin əsgərin cəsədi Azərbaycana verilib.

C.Emler yazır ki, Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozması faktları bir sıra beynəlxalq təşkilatlar tərəfindən etiraf edilib. Ekspert işğalçı erməni qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ regionundan və Dağlıq Qarabağa bitişik rayonlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xatırladaraq vurğulayır ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

C.Emler Ermənistan iqtisadiyyatının ağır vəziyyətdə olmasını vurğulayaraq yazır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi bir sıra problemlərin, o cümlədən iqtisadi problemlərin həllinə şərait yaradar və bu, Ermənistanın özünün də xeyrinə olar.

www.naxcivantv.az