Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Süleyman Cəfərov konfransı açaraq əhali arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin aparılması və müalicə işinin təşkili barədə danışıb.

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkimi Süleyman Cabbarov “Botulizm xəstəliyinin etiologiyası, patogenezi, klinikası və diaqnostikası”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Nevrologiya Şöbəsinin müdiri Zakir Səfərov “Botulizm xəstəliyində nevroloji əlamətlər və onun diferensial daiqnostikası”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya Şöbəsinin həkim-anestezioloq reanimatoloqu Bəxtiyar Hüseynov “Botulzim xəstəliyinin müasir müalicə tədbirləri və reanimasiya xidməti” mövzularında çıxışlar ediblər.

Qeyd olunub ki, insanlarda müxtəlif konservlər, turşular, bəzi qidalar vasitəsilə botulizm xəstəliyi baş verir. Xəstəliyin ilk əlamətləri baş ağrısı, tənəffüsün çətinləşməsi, mədə ağrıları, baş  gicəllənməsi, göz bəbəyinin genişlənməsi ilə müşahidə olunur. Botulizmin mikrobları uşaqlara daha güclü təsir göstərir, onların orqanizminin bəzi üzvlərini zədələyir. Xəstələrdə mərkəzi sinir sistemini pozur, bakteriyalar toksin yaradır. Bu da tənəffüsü çətinləşdirir. Vaxtında müalicə aparılmadıqda insanın onurğa beyninin fəaliyyətini dayandırır və ölümlə nəticələnir. Buna görə də botulizm xəstəliyinə qarşı mütəmadi profilaktik tədbirlər həyata keçirilməli və tez bir zamanda müalicə işinə diqqət yetirilməlidir.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Əli Ələsgərov konfransa yekun vurub.

Arif Həbibov

NTVxəbər

www.naxcivantv.az