Doğma diyarımız ilkin yaşayış məskəni, qədim sivilizasiya mərkəzidir. 5000 illik şəhər mədəniyyətinə malik olan qədim Naxçıvan torpağı tarixə tanınmış, görkəmli şəx­siyyətlər bəxş edib.

Başda ümummilli liderimiz, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev olmaqla Nəsrəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani, Nemətullah Naxçıvani, Kəlbəli xan, Hüseyn Cavid, Cəlil Məm­məd­qulu­za­də, Məmməd ağa Şahtaxtlı, Mə­həmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, İbrahim Səfiyev və başqaları Naxçıvan torpağının övladı kimi tarixə öz  adlarını qızıl hərflərlə yazdırıblar.

Müstəqillik illərində milli mədəniyyətimiz və elmimizin inkişafına töhfə verən bu şəxsiyyətlərin irsinin öyrənilməsi üçün geniş və münbit şərait yaradılıb, diqqət və qayğı artırılıb.

Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin  XV-XVI əsrdə yaşamış görkəmli islam alimi mövlana Nemətullah ibn- Mahmud ən-Naxçıvaninin irsinin toplanması və tədqiqi haqqında 29 oktyabr 2018-ci il tarixdə imzaladığı möhtəşəm sərəncam milli mədəniyyətimizin tədqiqinə göstərilən dövlət qayğısının daha bir ifadəsidir.

Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün for­ma­laşmasında və kamilləşməsində Naxçıvan ictimai-mə­dəni və elmi mühitinin mühüm təsiri olub. Ona “Baba” titulu burada yaşadığı illərdə mötəbər dini rütbə kimi verilib. Şərqin böyük filosofu Nemətullah Nax­çıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə islam dini dünyagörüşü vəhdət təşkil edir.

Bu böyük mütəfəkkir Naxçıvandan  sonra fəaliyyətini o dövrün daha böyük mədəniyyət mərkəzi kimi tanınmış Təbriz şəhərində davam etdirib. Burada dini elmlərin inkişafında böyük əməyi olub. Bu baxımdan Nemətullah Naxçıvaninin qələmə aldığı “Əl-fəvatihül-ilahiyyə vəl-məfatihül qeybiyyə” (“Quran”ın kəlmə və hikmətlərini açıqlayan qeybin açarı və ilahi fəthi) adlı dini-fəlsəfi əsəri ona böyük şöhrət qazandırıb. Bu dəyərli tədqiqat əsəri müqəddəs kitabımız  “Qurani-kərim”in bütün ayələrinin sufizm baxımından təfsiri, şərhindən ibarətdir. Təbrizdə bu islam mütəfəkkirinin xidmətləri nəzərə alınaraq ona nəqşibəndi təriqətinin şeyxi titulu verilir.

Məlumdur ki, Anadolunun fəthindən sonra yavaş-yavaş bölgədə islamın yayılması işi həyata keçirilirdi. Bunun üçün türk dünyasının müxtəlif bölgələrindən sufilər, övliyalar Anadoluya gəlir,t əkkə qurur, dinin yayılmasına xidmət göstərirdilər. Onlardan biri də görkəmli sufi şeyxi, filosof Baba Nemətullah ibn-Mahmud ən-Naxçıvanidir.

Bu böyük mütəfəkkir 1498-ci ildə Cənubi Azərbaycanda siyasi vəziyyətin qarışması ilə əlaqədar Təbriz şəhərini tərk edib, İstanbula gələrək üzvü olduğu nəqşibəndiyyə təriqətinin şeyxlərinin dərgahına üz tutub. O dövrdə İstanbul artıq 45 il idi ki, fəth edilmişdi. Burada üləmalar, din alimləri toplanırdı. Amma Anadolunun elm və irfan xadimlərinə çox ehtiyacı var idi. Ona görə də, tanınmış sufi şeyxi və filosof Nemətullah Naxçıvani elm və irfan yaymaq üçün indiki Konya vilayətinin Ağşəhər rayonuna göndərilir. 1499-cu ildə Ağşəhərə yerləşən Nemətullah Naxçıvani burada zaviyə qurub sufizmin təbliği ilə məşğul olur. Böyük mütəfəkkir az sonra bu mərkəzi zaviyədən daha böyük olan təkkəyə çevirir. Onun təşkil etdiyi bu mərkəz sənədlərdə “Əvkafi-zaviyeyi-Nemətullah Naxçıvani” şəklində qeyd edilib. Qısa müddətdə xalqın rəğbətini qazanan bu islam alimi həmin təkkənin şeyxi sifəti ilə ətrafına müridlər toplayır, gənclərə dini təhsil verir, övliya vəsfini qazanır, nüfuzlu və müdrik din xadimi kimi tanınmağa başlayır. Anadolu ellərində onun kitabları, yazdığı təfsirlər, müsəlman əhalinin maariflənməsində böyük rol oynayıb. Sufi filosofu Nemətullah Naxçıvani Ağşəhərdə yaşayarkən hələ XIII Konyada dərgahı və mövləvixanəsi olan məşhur türk filosof şairi Mövlana Cəlalələddin Rumi yaradıcılığına da böyük maraq göstərib.  Ehtimal ki, onun “Şərhi-rubai-Şeyx Cəlaləddin” risaləsi mövlana Rumi rubailərinin şərhinə həsr edilib.

İslam mütəfəkkiri Baba Nemətullah Naxçıvani sultan II Bayazid (1481-1512) zamanında Ağşəhərdə yaşayıb. 1514-cü ildə haqqın rəhmətinə qovuşduqdan sonra oğlu mövlana Hacı Əli Çələbi həmin təkkənin sahibi olub və bu təkkəyə vəqf yaradılıb. Yeri gəlmişkən qeyd edim ki, mən 2004-cü ildə Ağşəhərin digər bir övliyası Nəsrəddin xocaya həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün bu diyarda oldum və Nemətullah Naxçıvaninin qəbrini ziyarət etdim. Çox təəssüf ki, bu gün bu təkkədən heç bir iz qalmayıb. Onu da qeyd etmək lazımdır ki, Nemətullah Naxçıvani nəqşibəndiyə təriqətinin xəlvətiyə qoluna mənsub olub. Bu qrupa mənsub olan din xadimləri isə xalq arasına çox çıxmır, daha çox ibadətlə məşğul olurdu. Bu cür həyat tərzinə alışmış Nemətullah Naxçıvani sağlığında belə regionun üləma zümrəsi arasında ən tanınmış din xadimi olub. Belə ki, hələ XVI əsrdə yaşamış Osmanlı dövlətinin salnaməçisi Əhməd əfəndi Taşköprüzadə “Şəqayiqün-Numaniyyətü fi Üləmad Devlətil-Osmaniyyə” adlı irihəcmli əsərində bu cəhəti vurğulayaraq böyük islam mütəfəkkiri haqqında yazıb: “Allah yolunda xidmət edən ariflərdən biri, dərvişlik və sufiliyin fəxri olan Baba Nemətullah özünü xalqdan gizlədirdi.  O, rəbbani elmlərdə dərin bilik sahibi idi”. XVII əsrdə yaşamış məşhur Osmanlı müəllifi Katib Çələbi də öz əsərində bu məlumatı təkrar qeyd etməyi lazım bilib. Nemətullah Naxçıvaninin, yuxarıda da qeyd etdiyimiz kimi, müqəddəs kitabımız “Qurani-kərim”in bütün ayələrini süfizm baxımından şərh edən “Əl-Fəvatihül- İlahiyyə vəl-məfatihül-qeybiyyə” adlı təfsirinin şəxsən öz əlyazmasıyla olan nüsxəsi, hazırda İstanbul şəhərindəki Topqapı Sarayı Üçüncü Əhməd xan kitabxanasında saxlanılır. Onu da qeyd etmək lazımdır ki, bu əsər Sultan Əbdülhəmidin göstərişi ilə 1907 və 1908-ci illərdə iki cild şəklində İstanbulda dövlət mətbəəsində nəşr olunub. Maraqlıdır ki, bu əsərin ikinci cildinin sonunda Nemətullah Naxçıvaninin tərcümeyi-halı haqqında  “Tərcümeyi-hale-müfəssir” şəklində kitabın naşiri tərəfindən bəzi qeydlər verilib. Bu qiymətli təfsir kitabının nəşrinə XXI əsrdə yenidən  müraciət edilib. İslamşünas alim Ali İhsan Türcan bu əsəri üç cild halında 2013-2016-cı illərdə Türkiyənin Kayseri şəhərində “Naxçıvani təfsiri” adı ilə nəşr etdirib. Maraqlıdır ki, Türkiyənin bir çox kitabxana və muzeylərində bu böyük mütəfəkkirin qiymətli əsərlərinin əlyazma nüsxələri bu gün də saxlanılır və tədqiqatçılar tərəfindən elmi cəhətdən araşdırılır.

Tarixdə və günümüzdə, xüsusilə ağşəhərlilər arasında Şeyx Əlvan, Nemətullah Naxçıvani, Baba Nemətullah və Nemətullah Sultan kimi adlarla keçən bu böyük türk-islam alim və övliyası zamanındakı alim və övliyaların ən üstünlərindən idi.

Baba Nemətullah Naxçıvaninin türbəsi Ağşəhərdə Təkkə kəndinə gedən yolun üstündədir. Türbə Təkkəyə gedən yolun sağında və Ağşəhər çayının solundadır. O bir  neçə dəfə təmir edilib. Türbənin önündə bir hovuzda olub. Onu da qeyd etmək lazımdır ki, sonralar türbə inşaatı ləğv olunub, sərdabə normal məzar şəklinə salınıb. Ağşəhərin bu ərazisi vaxtilə Köycəyiz məhəlləsi adını daşıyıb, müasir dövrdə isə Çimənli məhəlləsi adlanır. O böyük şəxsi sevənlər, qəbrini ziyarət edərək mübarək ruhaniyətindən istifadə etməklə onu xatırladıqca etdikləri dualar qəbul olmaqdadır. Baba Nemətullah Naxçıvaninin məzar sənduqəsində böyüklü-kiçikli beş ayrı daş kitabə  mövcuddur, ikinci daşın kitabəsində belə yazılır: “Ey dost! Kibari-əhlullahdan və müfəssirini-izamdan xacə Nimətullah kuddisə həzrətlərinin mübarək, nurlu qəbirləridir”. Üçüncü daşın kitabəsində isə 5 beytdən ibarət şeir verilib. Bu şeirin birinci misrası “Həqiqət(ən) sərəfraz  övliyadır Həzrət Nemət baba” şəklindədir. Mütəvazi bir həyat sürən, elmə və irfana böyük xidmətlər göstərən, çox tələbə yetişdirən və dövrünün ən böyük şəxslərindən olduğu qaynaqlarda qeyd edilən Naxçıvaninin qəbri bu gün ağşəhərlilərin ən çox ziyarət etdikləri yerlərdəndir. Xüsusilə xalq Xıdırelləz bayramı günləri (may ayının 4-5 tarixləri) bu  məzarın ətrafında toplanır və orada dualar edir. Təsadüfi deyildir ki, Ağ şəhər camaatı bu islam mütəfəkkirini hələ sağlığında Əlvanül-Ağşəhəri (Ağşəhərin qüruru) adı ilə çağırıb, ona böyük ehtiram göstəriblər. Onu da qeyd edək ki, eyni zamanda hazırda Ağşəhərin rayon mərkəzində Nemətullah Naxçıvani adını daşıyan məscid və orta məktəb fəaliyyət göstərir. Ağ şəhərdə adına küçə verilib.

 Naxçıvan Ali Məclis Sədrinin imzaladığı sərəncamda çox doğru olaraq qeyd olunub ki, ”Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyə elm tarixində mühüm yer tutur”. Həmin möhtəşəm dövlət sənədində də vurğulandığı kimi, orta əsrlərdə yaşamış naxçıvanlı mütəfəkkirlər içərisində özünəməxsus yüksək yeri və mövqeyi olan Nemətullah Naxçıvaninin fəlsəfi irsinin geniş və hərtərəfli tədqiqinə böyük ehtiyac vardır.

Əbülfəz Quliyev

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb

15-12-2018-19-20 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İ...

“Naxçıvan” Univesitetində Beynəlxalq konfrans olub

15-12-2018-17-03 Xəbərlər

“Naxçıvan” Univesitetində Beynəlxalq konfrans olub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Univesitetində “Türk-İslam əxlaq fəlsəfəsini...

Amina Əl-Həcri: “Naxçıvan İslam Dünyasına yeni irs və mədəniyyət bəxş etdi”

15-12-2018-16-42 Xəbərlər

Amina Əl-Həcri: “Naxçıvan İslam Dünyasına yeni irs və mədəniyyət bəxş etdi”

NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvanda “Naxçıvan İslam Mədəniyyətinin Paytax...

Naxçıvanda sabaha olan hava proqnozu

15-12-2018-14-00 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 16-na gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

15-12-2018-12-56 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ağbulaqda ekoloji tədbirlər həyata keçirilir

15-12-2018-12-38 Xəbərlər

Ağbulaqda ekoloji tədbirlər həyata keçirilir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat x...

Qış aylarında nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması diqqətdə saxlanılmalıdır

15-12-2018-09-22 Xəbərlər

Qış aylarında nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması diqqətdə saxlanılmalıdır

Hər kəsə məlumdur ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunm...

Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilir

15-12-2018-09-00 Xəbərlər

Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Rayonlarda torpaqların təyinatı üzrə müzakirələr aparılıb

14-12-2018-23-22 Xəbərlər

Rayonlarda torpaqların təyinatı üzrə müzakirələr aparılıb

NUHÇIXAN xəbər verir ki, Şərur, Kəngərli və Culfa rayonlarında torpaqların təyin...

Şərurda texniki servis mərkəzi yaradılıb

14-12-2018-22-27 Xəbərlər

Şərurda texniki servis mərkəzi yaradılıb

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyə...

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans olub

14-12-2018-20-00 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Ümummilli lider Heydə...

Kəngərlidə elmi-praktik konfrans olub

14-12-2018-19-10 Xəbərlər

Kəngərlidə elmi-praktik konfrans olub

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunun Çalxanqala kəndində “Ümummilli lider...

Prezident Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin işçilərini təltif etdi - SƏRƏNCAM

14-12-2018-18-26 Xəbərlər

Prezident Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev dekabrın 14-də Azərbaycan Respublikası Fövqəladə Hallar N...

Muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsinə dair monitorinqlər aparılır

14-12-2018-16-03 Xəbərlər

Muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsinə dair monitorinqlər aparılır

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq  Məsələləri üzrə Dövlət Ko...

Tələbələr Araz Elm və İstehsalat Birliyində olublar

14-12-2018-15-48 Xəbərlər

Tələbələr Araz Elm və İstehsalat Birliyində olublar

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Məşhur CNN kanalı internet səhifəsində Əlincəqala ilə bağlı məlumat verib

14-12-2018-15-30 Xəbərlər

Məşhur CNN kanalı internet səhifəsində Əlincəqala ilə bağlı məlumat verib

Naxçıvanın tarixi və coğrafi abidələri son illər dünya səviyyəli kütləvi informa...

Elmi praktik konfrans keçirilib

14-12-2018-15-11 Xəbərlər

Elmi praktik konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Univeristetində İdarəetmə fakültəsinin təşki...

Ordubadda aqrar sahədə görüləcək işlər müzakirə olunub

14-12-2018-14-49 Xəbərlər

Ordubadda aqrar sahədə görüləcək işlər müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvanda sabaha olan hava proqnozu

14-12-2018-14-15 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclərlə maarifləndirici təlim olub

14-12-2018-14-00 Xəbərlər

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclərlə maarifləndirici təlim olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclər Mərkəzində BMT Uşaq Fondun...

YUNESKO–nun rəsmi saytında Naxçıvan Yallılarından bəhs olunur - VİDEO

14-12-2018-12-00 Xəbərlər

YUNESKO–nun rəsmi saytında Naxçıvan Yallılarından bəhs olunur - VİDEO

NUHÇIXAN xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniy...

Muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı maliyyə tənzimlənməsinin uğurla həyata keçirilməsinin nəticəsidir

14-12-2018-11-19 Xəbərlər

Muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı maliyyə tənzimlənməsinin uğurla həyata keçirilməsinin nəticəsidir

İnnovativ, şaxələndirilmiş, səmərəli və dayanıqlı inkişaf modelinə köklənmiş Nax...

Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb

14-12-2018-11-04 Xəbərlər

Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb

NUHÇIXAN xəbər verir ki, BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Kar...

Ötən günün mənzərəsi - VİDEO

14-12-2018-09-34 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

13-12-2018-20-50 Xəbərlər

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli ...

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

13-12-2018-18-10 Xəbərlər

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

NUHÇIXAN xəbər verir ki, “Gənc nəslin təlim-tərbiyəsində muzeylərin rolu” mövzus...

Maarifləndirici tədbir keçirilib

13-12-2018-16-54 Xəbərlər

Maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

13-12-2018-15-47 Xəbərlər

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

13-12-2018-15-28 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

NUHÇIXAN xəbər verir ki, “Məndə proqramçı olmaq istəyirəm” proqramlaşdırma təlim...

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

13-12-2018-14-23 Xəbərlər

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində təcili tibbi yardım sahəsində ...