Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərdaxili avtomobil yolları  müasir tələblər səviyyəsində yenidən qurulur. Əziz Əliyev prospektindən başlanan sürətli və keyfiyyətli işlər hazırda İstiqlal küçəsində davam edir. Dörd hərəkət zolağından ibarət olacaq avtomobil yoluna keyfiyyətli asfalt örtük salmaq üçün onlarla yol tikinti texnikası işləyir.

Qeyd edək ki,  bundan əvvəl Naxçıvan şəhərində Heydər Əliyev və Əziz Əliyev prospektlərində, Cəlil Məmmədquluzadə, Atatürk, Azərbaycan, İdris Məmmədov və Nizami küçələrində, Atabəylər və Əlincə məhəllələrində avtomobil yolları abadlaşdırılaraq istismara verilib.

Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması, piyada keçidlərində və işıqforlarda müasir üsullardan istifadə edilməsi nəqliyyat vasitələrinin və piyadaların rahat və təhlükəsiz hərəkətini təmin edir.

 

Cavid Səfərli 

www.naxcivantv.az