Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az Naxçıvan Muxtar Respublikası Dövlət statistika komitəsinin 2017-ci ilin yanvar ayı üzrə təqdim etdiyi sosial-iqtisadi inkişaf göstəricilərini təqdim edir:

Muxtar respublikada 2017-ci ilin yanvar ayında 156 milyon 914 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 349,2 manata çatmışdır.

***

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 88 milyon 215 min 500 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,1 faiz üstələmişdir.

***

İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar ayında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 47 milyon 120 min 500 manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,5 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 44 milyon 584 min 500 manatı və ya 94,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

2017-ci ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin həcmi 3 milyon 810 min 500 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki xidmətlərin həcmi ilə müqayisədə 4,4 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin həcmi 2 milyon 950 min 700 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,7 faiz artmışdır.

2017-ci ilin yanvar ayında 7 milyon 179 min 900 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,1 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 1830,7 ton ət, 1937,1 ton süd istehsal edilmiş, 2016-cı ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 8,5 faiz, süd istehsalı 1,2 faiz artmışdır.

Əhali gəlirlərinin artımı davam edir. 2017-ci ilin yanvar ayında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 103 milyon 537 min 200 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faiz yüksələrək 230,4 manat təşkil etmişdir.

2016-cı ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 413,2 manat təşkil etmiş və bu göstərici 2015-ci illə müqayisədə 3,4 faiz artmışdır.

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.

1 fevral 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 55138-ə çatmışdır ki, bunun da 46934-ü və ya 85,1 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar ayında açılmış 9236 bank hesabının 9234-ü aktiv hesablar olmuşdur.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 fevral 2017-ci il tarixə 1209-a çatdırılmışdır.

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2017-ci ilin yanvar ayında muxtar respublikada 24 milyon 681 min 300 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1 faiz artaraq 23 milyon 830 min 600 ABŞ dolları, idxalın həcmi 50,1 faiz azalaraq 850 min 700 ABŞ dolları təşkil etmiş, 22 milyon 979 min 900 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2017-ci ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 1 milyon 74 min 200 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 363 min 300 manatı və yaxud 33,8 faizi qısamüddətli, 710 min 900 manatı və yaxud 66,2 faizi uzunmüddətli kreditlər olmuşdur.

2017-ci ilin yanvar ayında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 345 min 500 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çoxdur.

2017-ci ilin yanvar ayında muxtar respublikaya 16 min 265 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 6,8 faiz və ya 1034 nəfər çoxdur.

1 yanvar 2017-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4720 nəfər və ya 1,1 faiz artaraq 449143 nəfər təşkil etmişdir.

www.naxcivantv.az