Milli mətbəx nümunələrimiz xalqımızın qədim tarixi, yüksək mədəniyyəti ilə birbaşa bağlıdır.

Bu baxımdan Naxçıvanın zəngin mətbəx nümunələri diqqəti cəlb edir. Həmin mətbəx nümunələrindən şıppır qovurmasını, arzuman küftəsini, kömbə kökəni, cəvizli kökəni, qədim şirniyyat növü olan əyirdəyi və digərlərini misal göstərmək olar. Naxçıvanda geniş yayılmış yemək növlərindən biri olan daş küftə isə bu gün doğma diyara qonaq gələn hər kəsin diqqətini cəlb edən dadlı yeməklərdəndir. Daş küftə Naxçıvanda, demək olar ki, hər bir ailənin müraciət etdiyi yemək növlərindən biridir.

Hazırlanmasında daşdan istifadə edildiyinə görə ona daş küftə deyirlər. Belə ki, bu yemək üçün ayrılmış ətin döyülməsində iri çaydaşı və cəviz ağacından hazırlanmış toxmaqdan istifadə olunub. Yastı formada, diametri, təxminən, 50-60 santimetr olan daşın bir üzü hamar olmalıdır. Bu, ona görədir ki, əti daşın üstündə toxmaqla rahat döymək olsun. Yastı daşın üz tərəfi böyük olmalıdır ki, döyülən ət və başqa qarışıqlar kənarlardan yerə tökülməsin.

Bu küftənin hazırlanma qaydası da maraqlıdır. Muxtar respublikanın Kəngərli rayonunun Yurdçu kəndindən olan Səkinə nənə deyir ki, bunun üçün əvvəlcə yağlı dana və ya qoyun əti seçilərək sümükdən ayrılır. Ətin miqdarı, adətən, ailə üzvlərinin sayına görə müəyyənləşdirilir. Sonra ət daşın üzərinə qoyularaq ağac toxmaqla döyülür. Ətin sonradan bura əlavə olunacaq qarışıqlarla tam döyülməsi bəzən bir saatdan da çox vaxt aparır.

“Elə ki, ət qiymə halına düşdü, o zaman üzərinə bir ovuc suda qaynadılmış noxud əlavə edib yenidən döyürük. Noxudlar tam əzilib, ətə qarışdıqdan sonra təmizlənmiş baş soğan və bir dəstə keşniş əlavə edirik. Daşın üstündə bunlar birlikdə döyüldükdən sonra, təxminən, bir stəkan düyü, sarıkök, duz-istiot və küftəyə xüsusi tam verən göyərti – nanə və məzrə əlavə edirik”, – deyən Səkinə nənə bildirir ki, bütün əlavələr ətlə birgə tam döyülüb qurtardıqdan sonra yumurta ilə qarışdırılaraq kündələr hazırlanır. Bir ovucun içərisinə sığacaq böyüklükdə olan kündələrə zövqə görə bəzən zirinc və ya albalı, bəzən isə əvvəlcədən qaynadılmış yumurta qoyulur. Sonra ayrı bir qazanda yağla soğan qovurulur, üzərinə pomidor və ya tomat, sonra isə su əlavə edilərək qaynamağa qoyulur. Su qaynamağa başlayanda küftələr qazana boşaldılır. İstəyə görə yeməyin suyuna dilimlənmiş kartof və yaxud əvvəlcədən qaynadılmış noxud əlavə edilə bilər. Yemək hazır olduqdan sonra zövqə görə üzərinə quru nanə də tökülür.

Daş küftəsi, adətən, isti halda yeyilir. Maraqlısı odur ki, Şərur, Sədərək və Kəngərli rayonlarında bəzən onu soyuduqdan sonra səhər yeməyində, şirin çayla, lavaşın arasına bükərək də yeyirlər.

Qeyd etmək lazımdır ki, ətçəkən maşında hazırlanmış qiymə ətdən fərqli olaraq, daş küftəsi tərkibinə əlavə olunmuş qarışıqlarla birgə döyüldüyündən həm dadı ilə fərqlənir, həm də həzm baxımından digər ət yeməklərindən seçilir. Buna görə də keçmişdən bu günədək Naxçıvanın daş küftəsi süfrələrimizin bəzəyinə çevrilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

02-06-2020-17-24 Xəbərlər

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəss...

Naxçıvanda sabaha olan hava proqnozu

02-06-2020-16-27 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

02-06-2020-15-03 Xəbərlər

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN ...

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

02-06-2020-14-21 Xəbərlər

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfi...

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

02-06-2020-14-00 Xəbərlər

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Peşə təhsili pilləsində təhsilala...

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

02-06-2020-10-44 Xəbərlər

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıva...

Ötən günün mənzərəsi - VİDEO

02-06-2020-10-23 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

02-06-2020-09-40 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

NUHÇIXAN  İnformasiya  Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu v...

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

02-06-2020-09-00 Xəbərlər

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

Naxçıvan Beynəlxalq Hava Limanı müasir tələblər səviyyəsində qurulub.

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

01-06-2020-19-11 Xəbərlər

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

Muxtar respublikanın bütün rayonları kimi qədim Ordubad da görkəmini dəyişir.

Naxçıvanda sabaha olan hava proqnozu

01-06-2020-18-18 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

01-06-2020-17-05 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta a...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

01-06-2020-16-14 Xəbərlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun Uşaqları Beynəlxalq Müdafi...

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

01-06-2020-15-18 Xəbərlər

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı ...

Könüllü gənclərlə gələcək...

01-06-2020-14-35 Xəbərlər

Könüllü gənclərlə gələcək...

İnsanın qəlbən, kimsənin təhriki olmadan, heç bir qarşılıq gözləmədən gördüyü iş...

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

01-06-2020-13-52 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə...

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

01-06-2020-13-31 Xəbərlər

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Bölmənin Beynəlxalq əlaqələr və infor...

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

01-06-2020-12-20 Xəbərlər

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

Rezidentura imtahanları yəqin ki avqustun əvvəlində olacaq. İmtahan iki mərhələd...

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

01-06-2020-12-19 Xəbərlər

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

Üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ö...

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

01-06-2020-12-16 Xəbərlər

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

İyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil...

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

01-06-2020-12-13 Xəbərlər

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçı...

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

01-06-2020-12-11 Xəbərlər

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

Qəbul imtahanlarının vaxtını iyun ayının 5-dən elən edə bilərik. Çünki ali məktə...

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

01-06-2020-12-09 Xəbərlər

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək. Hər gün ən azı 4 növ imtahan k...

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur

01-06-2020-12-06 Xəbərlər

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur.

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

01-06-2020-12-03 Xəbərlər

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır. 

Bu gün səhər saatlarında orta ixtisas və ali məktəblərə sənəd verənlərin sayı 75 min 692 nəfər oldu

01-06-2020-11-59 Xəbərlər

Bu gün səhər saatlarında orta ixtisas və ali məktəblərə sənəd verənlərin sayı 75 min 692 nəfər oldu

Bu gün səhər saat 10-a olan məlumata görə, orta ixtisas və ali məktəblərə sənəd ...

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

01-06-2020-10-47 Xəbərlər

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər h...

Naxçıvanlı gənc alim beynəlxalq sosial layihədə iştirak edib

01-06-2020-10-25 Xəbərlər

Naxçıvanlı gənc alim beynəlxalq sosial layihədə iştirak edib

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Prezident mü...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

01-06-2020-09-42 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2020-ci ilin may ayı ərzində b...

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

01-06-2020-00-00 Xəbərlər

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

Muxtar respublikada uşaqlar dövlət qayğısı ilə əhatə olunublar.