Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə Bağçılar rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə bu rayonda anım mərasimi təşkil olunub.

Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndiriləndən sonra 2016-cı ilin yayında Türkiyədə dövlət çevrilişinə cəhdin və Xocalı soyqırımının dəhşətlərini əks etdirən filmlər nümayiş olunub.

Məlumat verilib ki, Bağçılar rayon bələdiyyəsinin qərarı ilə rayon ərazisində Xocalı qurbanlarının əziz xatirəsinə park salınacaq. Parkın inşaat maketləri əsasında hazırlanan videoçarxın təqdimatı olub. Bildirilib ki, yaxın gələcəkdə təxminən 30 hektar ərazisi olacaq Xocalı Parkının inşasına başlanılıb və Xocalı soyqırımının növbəti ildönümündə onun başa çatdırılması nəzərdə tutulub.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1822-istanbulda-sal%C4%B1nacaq-xocal%C4%B1-park%C4%B1n%C4%B1n-t%C9%99qdimat%C4%B1-olub.html?tmpl=component&print=1&layout=default&page=#sigProIdf02b2d3517

www.naxcivantv.az