Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Şərur rayon ağsaqqalları, ziyalıları və gənclərinin iştirakı ilə  Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin növbəti tədbiri olub.

Tədbirdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışılıb.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev “İnkişafın Naxçıvan modeli” mövzusunda çıxış edib, yeni qələmə aldığı bir neçə şeirini səsləndirib.

Sonra şair və yazıçılar Naxçıvan ədəbi mühitinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən bəhs edib və öz şeir və hekayələrini tədbir iştirakçıları üçün səsləndiriblər.

Sonda Naxçıvanın şair və yazıçılarının yeni çapdan çıxmış kitabları Şərur rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə təqdim edilib. 

Yaqub İsayev

www.naxcivantv.az