Heydər Əliyev adına Hərbi Liseyin yaranmasından 13 il ötür

Gələcəyin zabitləri

Naxçıvanlılar tarixən hərb peşəsinə maraqlı olublar. Nəinki Azərbaycanın, Rusiya hərb tarixində yüksək mövqe tutan Hüseyn xan Naxçıvanski, Cəmşid Naxçıvanski, Əbülfət ağa Şahtaxtinski kimi görkəmli sərkərdələr özlərindən sonrakı nəsillər üçün əsl qəhrəmanlıq, cəsurluq örnəyi qoyublar.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Sovet rejiminin tüğyan etdiyi bir zamanda bütün çətinliklərə rəğmən Bakıda yaratdığı hərbi təhsil ocağına Cəmşid Naxçıvanskinin adını vermişdi. 70-ci illərdə yaradılan lisey Azərbaycanın bugünkü müstəqilliyinə hesablanmışdı. Naxçıvanlıların hərb peşəsinə olan sonsuz marağını və Naxçıvanın milli ordu quruculuğuna verə biləcəyi töhfələri nəzərə alan ulu öndər bu qədim diyarda da  hərbi təhsil ocağının yaradılması ilə bağlı sərəncam  imzaladı. Bununla da Naxçıvan tarixində ilk hərbi təhsil ocağının təməli qoyuldu.

Filial kimi fəaliyyətə başlayan Liseyə ildən-ilə marağın artması qəbul faizinin yüksəlməsi ilə nəticələndi. 1999-cu il oktyabrın 13-də filialın, onun yeni tədris korpusunun açılışında işrtirak  edən ulu öndər Heydər Əliyev demişdir: “Mən özünü bu peşəyə həsr edənləri yüksək qiymətləndirirəm. Ümidvaram ki, Naxçıvan filialı qısa müddətdə genişlənəcəkdir. Buraya 100 yox, 200 bəlkə də ondan daha artıq gənc qəbul edib hazırlamaq mümkündür ki, bizim zabit kadrlarımız daha çox olsun”. Gələcəyinə böyük ümidlərlə səsləndirilən bu fikir çox keçmədi ki, reallığa çevrildi.  Qəbul sayı orta hesabla 2 dəfə artan filial ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə  ləğv edilərək onun əsasında Heydər Əliyev adına Hərbi Lisey fəaliyyətə başladı.

4,5 hektar sahəni əhatə edən hərbi lisey şəhərciyində müəllifi heykəltəraş Ömər Eldarov olan ümummilli liderin tunc büstü ucaldılıb, ikimərtəbəli qərargah binası, 750 nəfərlik yeməkxana, ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş tibb məntəqəsi, idman zalı, futbol meydançası tədris korpusu istifadəyə verilib. Yaşayış, tədris -təlim üçün hər cür şərait yaradılıb.

Artıq məktəb yeni avadanlıqlarla təmin olunmuş müasir tipli hərbi təhsil ocağıdır. Tədris korpusunda fizika, kimya, biologiya laboratoriyaları, kompyuter otaqları, tarix, ingilis dili, riyaziyyat, hərbi-topoqrafiya və ədəbiyyat kabinələri yaradılıb, bütün kabinələr tədris proqramına uyğun avadanlıqlar, stend və elektron dərsliklərlə təmin olunub. Hazırda elektron lövhələr və internetə çıxışı olan kompüterlər dərslərin interaktiv formada keçirilməsinə və hərbi liseyin muzey şəbəkəsinə qoşulmasına imkan verir, dəqiq elmlər və xarici dillər müasir metodlarla tədris olunur.

2005-ci ilin dekabrında muxtar respublikaya səfəri zamanı ölkə başçısı cənab İlham Əliyev Hərbi liseydə olmuş, burada yaradılan şəraiti yüksək qiymətləndirmişdir.

İndi nəinki muxtar respublika üzrə, Azərbaycanın bir çox bölgələrindən təhsil almaq üçün gənclər ən yaxşı ünvan kimi bu hərbi təhsil müəssisəsinə üz tuturlar. Heydər Əliyev adına Hərbi Lisey öz ətrafında yüzlərlə vətənpərvər gənci birləşdirir. Belə gənclərdən biri də Goranboy rayonun Yolqullar kəndindən olan Rəvan Məmmədovdur. Düşmənə olan nifrət hissi, Vətənin müdafiəsində dayanmaq arzusu onu Goranboy rayonundan Naxçıvana qədər gətirib.

Şərur rayonunun Vərməziyar kəndindən olan Hidayət İsmayılov isə Xocalı faciəsini televiziyadan izlədikdən sonra hərbçi olub Vətənə xidmət etmək qərarına gəlib.

Hələ orta məktəbdə oxuduğum illərdə “Kim olmaq istəyirsən?” mövzusunda yazdığım inşa yazıda bu suala belə cavab vermişdim: general. Bu məktəbə qəbul olunduğumu bilərkən sevincimin həddi-hüdudu yox idi. Artıq liseyi bitirirəm. Lisey həyatı çox şey qazandırdı bizə. Yüksək təhsil, nizam-intizam, fiziki və mənəvi güc”. Bu sözləri isə kursant Zəka Həsənov  deyir.

Hərbçilərdə müşahidə etdiyi çeviklik, cəsurluq, vətənpərvərlik Murad Hacıyevin də yiyələnmək istədiyi keyfiyyətlərdir. Onun üçün Vətən hər şeydən öndə gəlir. “Vətənin keşiyində dayanmaq, ölkəmizin ərazi bütövlüyünü qorumaq millətini, dövlətini ürəkdən sevən hər bir azərbaycanlı gəncin müqəddəs borcudur”,-deyir.  

Bu gün dövlətimizin diqqət mərkəzində saxladığı prioritet sahələrdən biri təhsilin inkişafıdır. Bu istiqamətdə son illərdə aparılan məqsədyönlü islahatlar müasir düşüncə tərzinə malik, bilikli, dövlətçiliyimizə sadiq vətənpərvər gəncliyin yetişməsinə əsaslı zəmin yaradıb. Əgər bir ölkənin gəncliyi vətənpərvərlik ruhunda tərbiyə edilirsə, təbii ki, orada hərbi təhsilin inkişafı da qaçılmaz olacaqdır. Bu səbəbdəndir ki, liseyə maraq ilbəil artır. 56 nəfər kursantla fəaliyyətə başlayan liseydə hazırda təhsil alan kursantların sayı 627 nəfər təşkil edir. Bu gün hərbi liseyin yüzlərlə məzunu ali hərbi məktəblərdə təhsillərini davam etdirir, Milli ordumuzun sıralarında xidməti vəzifələrini yerinə yetirirlər. Hazırda liseyin məzunlarından 1 nəfəri Türkiyə Respublikasının, 13 nəfəri Rusiya Federasiyasının Ali Hərbi Məktəblərində təhsillərini davam etdirirlər.  Liseyin mindən çox məzunu ali təhsillərini başa vuraraq Müdafiə Nazirliyinin birləşmələrində, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrində, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yüksək rütbə və vəzifələrdə şərəf və ləyaqətlə xidmət edərək müxtəlif orden və medallarla təltif olunublar.

Hazırda liseydə çalışan kapitan Ramiz Əliyev bu təhsil ocağının ilk məzunlarındandır. Onun üçün doğma liseydə çalışmaq, xidmət etmək qürurvericidir. Sevdiyi, seçdiyi peşəsinə yiyələndiyi üçün Hərbi liseyə minnətdar olduğunu bildirir.  

Ötən ilin aprel ayında Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımız uğrunda həyata keçirdiyi uğurlu əməliyyatlar, qazandığı qələbələr, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdış  liseyin kollektivində də böyük ruh yüksəkliyi yaradıb. Bu uğurlu əməliyyatlarda öz şücaəti ilə düşmənə layiqli cavab verənlər sırasında Hərbi Liseyin məzunları da var.  Aprel döyüşlərində şəhid olan zabitimiz Qabil Orucəliyev kimi gənclər vətənin iftixarı, gənc və gələcək nəsillər üçün örnəkdir. Həmçinin içdikləri hərbi anda sadiq qalaraq, Vətənin hər qarışı uğrunda mübarizə aparan və müxtəlif illərdə şəhidlik zirvəsinə yüksələn məzunlardan leytenant Zamin Məmmədovun, baş leytenant Cəfər Cəfərovun, leytenant Şəhriyar Məmmədovun, baş leytenant Orxan Quliyevin, kapitan Ceyhun Orucəliyevin adları iftixarla səslənir. Gələcəyin zabitlərini daha mətin, mübariz olmağa, düşməndən intiqam almağa, üçrəngli bayrağımızı əzəli və əbədi ata-baba yurdlarımızda dalğalandırmağa sövq edir. Mətinlik məktəbi, vətənpərvərlər ocağıdır Hərbi Lisey. Yeniyetmə yaşlarında Ordubaddan, Culfadan, Şahbuzdan, Sədərəkdən, Kəngərlidən, Şərurdan, Sumqayıtdan, Tovuzdan, Salyandan, Masallıdan və Azərbaycanın digər bölgələrindən qarşılarına məqsəd qoyub Vətəni müdafiə yolunu seçərək Hərbi liseyə üz tutanlar əsl vətənpərvərlik örnəkləridirlər. Seçdikləri şərəfli yol, sarsılmaz iradələri, mübariz ruhları gələcəyin peşəkar, güclü zabit kadrları kimi formalaşacaqlarına təminat verir.

Kursantlar  muxtar respublikada keçirilən tədbirlərdə də fəallıqları ilə seçilirlər. Bilik müsabiqələrində, fənn olimpiadalarında, bədii özfəaliyyət baxış-müsabiqələrində, idman yarışlarında müntəzəm iştirak edərək yüksək nəticələr əldə edirlər. Təhsil, idman, mədəni sahələr üzrə liseydə 30 növdə dərnək fəaliyyət göstərir.

Gələcəyin zabitlərini yetişdirmək kimi şərəfli missiyanı üzərlərinə götürən məktəbin pedaqoji kollektivi öz məsuliyyətlərini dərk edir. Hər il yüksək səviyyədə keçirilən buraxılış mərasimi, Ali Məclis Sədrinin verdiyi tövsiyələr, yaradılan əlverişli şərait tədris prosesini düzgün istiqamətləndirməyə kömək edir. Hərbi liseyin pedaqoji kollektivində  5 nəfər müxtəlif sahələr üzrə fəlsəfə doktoru, bir nəfər Azərbaycan Respublikasının əməkdar müəllimi, 4 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 2 nəfər “Tərəqqi” medalı, 1 nəfər isə “Rəşadətli əməyə görə” döş nişanı ilə təltif olunmuş müəllimlər çalışırlar.

Ötən il iyunun 24-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2016-cı il buraxılışı münasibətilə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan hərbi liseyin məzunu olmaq böyük məsuliyyət və şərəfdir. Vətənimiz Azərbaycanın gələcək müdafiəçiləri kimi bu şərəfə layiq olmalı, ali hərbi məktəblərdə yaxşı təhsil almalı, hərb sənətinə dərindən yiyələnməli, sədaqətlə xidmət etməlisiniz. İnanırıq ki, bu gün Heydər Əliyev adına Hərbi Liseyin müdavimləri olan kursantlar şərəfli zabit adını doğruldacaq, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanacaqlar”.

Heydər Əliyev adına Hərbi Lisey 13 ildir ki, Milli ordumuzun peşəkar zabit kadrları ilə təminatında strateji rol oynayan hərbi təhsil ocağı kimi fəaliyyətini davam etdirir. Naxçıvan bütün dövrlərdə Azərbaycan mədəniyyətinə, elminə, təhsilinə, incəsənətinə layiqli töhfələr verib. Heydər Əliyev adına Hərbi Lisey də öz növbəsində Azərbaycan hərb tarixinə parlaq səhifələr açacaqdır.

                                                                    Ruhiyyə Rəsulova

Naxçıvan televiziyası

 

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

19-11-2019-16-49 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanı...

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

19-11-2019-16-11 Xəbərlər

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıb, qısa müddət...

Nakhchivan news - VİDEO

19-11-2019-14-52 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

19-11-2019-14-31 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Ötən günün mənzərəsi - VİDEO

19-11-2019-12-47 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

19-11-2019-12-05 Xəbərlər

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

20 noyabr-Ümumdünya Uşaq Günü münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ail...

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

19-11-2019-11-01 Xəbərlər

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi daim Azərb...

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

19-11-2019-09-00 Xəbərlər

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən...

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

18-11-2019-17-50 Xəbərlər

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

Sahil Tahirli yazır... Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar ...

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

18-11-2019-17-24 Xəbərlər

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş Naxçıvan Muxtar Respubl...

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18-11-2019-16-08 Rəsmi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası ...

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda

18-11-2019-13-51 Xəbərlər

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda

Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin ...

Cəlil Məmmədquluzadənin nəticələri ədibin məzarını ziyarət etdi

18-11-2019-13-28 Xəbərlər

Cəlil Məmmədquluzadənin nəticələri ədibin məzarını ziyarət etdi

Görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş...

Muxtar respublikada qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

18-11-2019-12-40 Xəbərlər

Muxtar respublikada qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan Muxtar Respublikası stendi “Caspian Ecology” sərgisində - VİDEO

18-11-2019-10-58 Xəbərlər

Naxçıvan Muxtar Respublikası stendi “Caspian Ecology” sərgisində - VİDEO

Noyabrın13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 10-cu Azərbaycan B...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

17-11-2019-18-20 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr

17-11-2019-17-43 Xəbərlər

Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr

«Şərur» adının yaranması qədim Şumer əsatiri ilə bağlıdır.

Hər qarışı cənnət məkanım

17-11-2019-16-59 Xəbərlər

Hər qarışı cənnət məkanım

Deyirlər hər kəsin Vətən adlı bir dünyası var. Bəlkə elə buna görədir ki, dünyad...

Naxçıvan öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir

17-11-2019-14-57 Xəbərlər

Naxçıvan öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir

Statistik məlumat: 1 sentyabr 2019-cu il tarixə olan məlumata görə, Naxçıvan şəh...

Muxtariyyət dövründə Naxçıvan energetikasının keçdiyi inkişaf yolu

17-11-2019-14-00 Xəbərlər

Muxtariyyət dövründə Naxçıvan energetikasının keçdiyi inkişaf yolu

Elektroenergetikanın inkişafına təkan

Bu şəhərin payızı

17-11-2019-10-25 Xəbərlər

Bu şəhərin payızı

Bu şəhərin payızı bütün şəhərlərin payızından daha gözəldir, daha cazibədardır, ...

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

17-11-2019-00-00 Xəbərlər

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasın...

Ötən günün mənzərəsi - VİDEO

16-11-2019-16-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb - VİDEO

16-11-2019-15-33 Xəbərlər

Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb - VİDEO

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq TələbəGənclə...

Operativ vergi nəzarəti tədbirləri görülür

16-11-2019-13-06 Xəbərlər

Operativ vergi nəzarəti tədbirləri görülür

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Naxçıvanda əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradılıb

16-11-2019-12-21 Xəbərlər

Naxçıvanda əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradılıb

Muxtar respublikada xarici iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət göstər...

Daimi nümayəndəliyin rəhbəri Əkrəm Məmmədlinin yubiley gecəsində iştirak edib

16-11-2019-11-09 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri Əkrəm Məmmədlinin yubiley gecəsində iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Havuş kəndində 600-ə yaxın cəviz tingi əkilib

16-11-2019-09-00 Xəbərlər

Havuş kəndində 600-ə yaxın cəviz tingi əkilib

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Havuş kəndində yeni cəviz bağı salınıb....

Gənc dövlət qulluqçuları intellektual oyunda biliklərini sınayır

15-11-2019-17-35 Xəbərlər

Gənc dövlət qulluqçuları intellektual oyunda biliklərini sınayır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Litva səfiri muxtar respublikada bir sıra istehsal müəsisələrində olub - VİDEO

15-11-2019-15-45 Xəbərlər

Litva səfiri muxtar respublikada bir sıra istehsal müəsisələrində olub - VİDEO

Xəbər verdiyimiz kimi Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyy...