Naxcivantv.az-ın suallarını Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi, ilahiyyatçı Vüqar Babayev cavablandırır

Hazırda ölkə gündəmindən düşməyən və cəmiyyətimizi narahat edən məsələlərdən biri də dəfn və yas adətlərinin öz məcrasından çıxmasıdır. Lakin Naxçıvan Muxtar Respublikasında artıq bir neçə ildir ki, istər dəfn, istər yas, istərsə də ehsan mərasimləri islami qaydalara uyğun tənzimlənir və bu işlər əhali tərəfindən də böyük razılıqla qarşılanaraq ölkə miqyasında nümunə kimi göstərilir.

Naxcivantv.az saytının suallarını Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi, ilahiyyatçı Vüqar Babayev cavablandırır.

Naxcivantv.az: Vüqar müəllim, Naxçıvanda cəmiyyətimizin böyük razılıqla qarşıladığı daha bir addım atıldı. Muxtar respublika ərazisindəki bütün qəbiristanlıqlarda abadlıq işləri davam etdirilir, mə­zar­la­rın də­mir çə­pər­lə­ri mər­hum­la­rın ya­xın­la­rı tə­rə­fin­dən sö­kü­lə­rək gö­tü­rü­lür. Bu, hansı dini və hüquqi əsaslara söykənir?

Vüqar Babayev: Əvvəlcə məsələnin qanuni tərəfinə toxunaq. Bu məsələ ilə bağlı Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Na­zir­lər Ka­bi­ne­ti­nin 2007-ci il 27 no­yabr ta­rix­li Qə­ra­rı vardır. Həmin qərarda mə­zar­lıq­lar­da dəfn za­ma­nı qə­bir­lə­rin mil­li-di­ni də­yər­lə­rin tə­ləb­lə­ri­nə və qay­da­la­ra uy­ğun öl­çü­də sa­lın­ma­sı əsas götürülüb. Bu qərarda göstərilir ki,  hər bir qəbrin eni 1 metr 40 santimetr,  uzunluğu isə 2 metr 20 santimetr olmalıdır. Bu, bir standart ölçüdür. Məsələnin dini tərəfinə gəldikdə isə deyə bilərəm ki, dinimizə görə müsəlman qəbrinin təmtəraqlı olması və onun üzərində hər hansı bir tikilinin tikilməsi və dəmir çərçivə ilə hasarlanması dinimizə zidd və israfçılıqdır.

Sovetlər dönəmində qəbiristanlıqlarımız hər hansı bir dəmir çərçivə ilə əhatələnməmişdi. Ona görə də insanlar yaxınlarının məzarlarını qorumaq üçün onları dəmir barmaqlıqlarla  çərçivəyə alırdılar. Müstəqillilk illərində muxtar respublikanın bütün ərazisindəki qəbiristanlıqlarda səliqə-səhman yaradıldı və dörd bir tərəfi çəpərləndi. Əgər belədirsə, hər bir qəbir üçün ayrıca dəmir çəpər çəkməyə və qəbirlərə dam ucaltmağa nə ehtiyac var?! Fikrimcə, bu gün hər hansı qəbrin əlavə çərçivələnməsinə və qiyməti on min manatlarla ölçülən qəbir daşlarının ucaldılmasına ehtiyac yoxdur. İnsanın dəyəri onun sağlığında qazandığı yaxşı əməllərindədi. İnsanlara sağlığında qiymət vermək lazımdır.

Naxcivantv.az: Üstəlik məsələnin maddi tərəfi də var... 

Vüqar Babayev: Bəli, bu gün dəmir çərçivənin hazırlanması təxminən 700-1500 manata başa gəlir. Bunun da vəfat edən üçün heç bir faydası, xeyri yoxdur.  Deməli, buna sərf olunan vəsait  izafədır, hədərdir. Digər tərəfdən isə bu iş getdikcə daha zərərli bir adətə çevrilirdi. “Qonşudan qalma dala” prinsipi ilə hərəkət edənlər də az deyildi. Onlar bir növ özlərinin nəyə “qadir olduqlarını” bahalı məzar daşları qoymaqla, məzarı qiymətli metal lövhələrlə çərçivələməklə göstərirdilər. Əlbəttə ki, bütün bunlar böyük hikmətə və elmi dəyərə malik olan İslam dininə yaraşmayan bir haldır.

Naxcivantv.az: Çərçivələnmiş qəbirlər əlavə vəsait tələb etdiyi kimi, əlavə yer də zəbt edirdi. Ailənin digər üzvləri üçün  qəbir yeri “bron” edənlər də az deyildi. Bu barədə fikirləriniz nədən ibarətdir?

Vüqar Babayev: Düzdür, mühüm cəhətlərdən biri də budur. Tutaq ki, qəbrin eni 1 metr 40 santimetrdirsə, əgər onun ətrafını çərçivələsək, təbii ki, bu çərçivə qəbri əhatə etdiyi üçün qəbirdən kənara çıxacaq. Təbii olaraq çərçivələr artdıqca, bu da qəbiristanlığın ərazisinin zəbt olunmasına gətirib çıxarır. İnsanlar qəbir ziyarətləri edərkən də çətinliklərlə üzləşirdi. Deyək ki, qəbiristanlıqda 50 min cənazə dəfn olunmalıdır. Dəmir çərçivə ilə hasarlanarsa bu rəqəm yarı-yarıya azalır. Dəmir çəpərlərin söküntüsünün əsas səbəblərindən biri də budur: Torpaq israfçılığına yol verməmək, dinimizin qayda və tələblərinə uyğun hərəkət etmək.

Sualınızın digər hissəsi də maraqlıdır. Bəli, qeyd etmək lazımdır ki, ailə üzvlərinin biri dünyasını dəyişirsə, onun yanında sağ olan insanlara da dəfn üçün yer saxlayırlar. Bu da düzgün hal deyil. Deyək ki, bu gün yer saxlanılırsa, bir müddət sonra ailə üzvləri yaşayış yerini dəyişirsə, bəs onda necə olacaq? Elə ona görə də belə zəbtetmə halları aradan götürülməlidir. İnsanlar özləri bunu başa düşməli və əməl etməlidirlər. Dinimiz bizə tövsiyə edir ki, qəbiristanlıqlarımız son dərəcə təmiz və səliqəli olsun. Qəbiristanlıqlarda hər hansı bir yaşıllıq zolağının salınması və yaxud da təmizlik işinin aparılması, abadlaşdırılması dəmir çərçivələr ucbatından mümkün olmurdu. Bu, eyni zamanda  qəbiristanlıqların son dərəcə səliqəsiz görünməsinə səbəb olurdu. Yeri gəlmişkən deyim ki, qəbri ziyarət edərkən qəbirdən nə isə istəmək, diləmək, qurban kəsmək, başına dolanmaq, şam yandırmaq da İslam  dininə zidd olan hallardır və bu, bir növ bütpərəstliyi andırır.

Naxcivantv.az: Vüqar müəllim, istərdik ki, yas mərasimlərinin təşkilinə də münasibət bildirəsiniz...Necədir və necə olmalıdır?

Vüqar Babayev: Son illər muxtar respublikada yüzlərlə məscid tikilib və ya bərpa edilərək əhalinin istifadəsinə verilib. Kəndlərimizdə də onlarla yeni mərasim evi tikilib. Hazırda yaslar əsasən məscidlərdə və mərasim evlərində təşkil edilir. Yas mərasimlərinin də dinimizin qaydalarına uyğun şəkildə keçirilməsi vacibdir. Yasların israfçılıqla, az qala toy tədarükü səviyyəsində xərclə keçirilməsi, yumşaq desək, başa düşülən deyil. Bəzən 1 həftə yas tutulur, “qırx”, “əlli iki”, “qara bayram”,  “il” verilir. Bunların İslam dini ilə heç bir əlaqəsi yoxdur. Bir həftə yası qadınlar yalnız öz həyat yoldaşlarına saxlaya bilərlər. Hal-hazırda muxtar respublikamızda  vəfat edən şəxs üçün 3 gün yas tutulur. Ehsan olaraq qənd, limon və çay verilir. Yasın üçü günü isə bir dəfə sadə formada yemək ehsanı verilir. Bu da bir növ yeməklə yekunlaşır. Bu da imkan verir ki, yas sahibi ələvə xərcə-borca düşməsin.

İslam bərabərlik, yardımlaşma, dostluq dinidir. Hər kəsə üzümü tutub deyirəm ki, gəlin hər birimiz İslam dini bizə nəyi tövsiyə edirsə, biz də bu yolla gedək.

Naxcivantv.az: Söhbətimizdən belə aydın olur ki, bu sahədə ölkəmizdə ciddi maarifləndirmə işlərinə ehtiyac var və israfçılıq etməyi, ucuz şöhrəti insanlar özləri bir kənara qoymalıdırlar. Təbii ki, aid qurumlar da bu sahədə fəaliyyətlərini gücləndirməlidirlər...  

Vüqar Babayev: Bəli, bu, məsələnin əsas tərəfidir. Dini maarifləndirmə və İslamın olduğu kimi insanlara çatdırılması vacibdir. Məsələn, əvvəllər Naxçıvandakı yas mərasimlərində din xadimləri xurafatçılığa meyl edirdilər. Bir neçə ildir ki, davam  edən maarifləndirmə işləri və təkmilləşdirmə kurslarından  sonra indi yas mərasimlərində İslami dəyərlər, Quranın hikməti,   milli adət-ənənələrimiz, vətənpərvərlik tərbiyəsi üstün istiqamət kimi götürülür və gənc nəsil də bu dəyərlər əsasında formalaşdırılır.  Qaldı ki, israfçılığa, Qurani-Kərimin bir ayəsini diqqətə çatdırmaq istərdim: “Allahın sənə verdiyindən özünə axirət qazan. Malını Allah yoluna sərf et. Dünyadakı nəsibini də unutma. O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə. Səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allah əzabından qurtara biləcək yaxşı əməllər et. Allah sənə sərvət verməklə yaxşılıq etdiyi kimi, sən də varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən Allah fitnə-fəsad törədənləri sevməz”.

                                                                                     Naxcivantv.az

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

03-06-2020-18-31 Xəbərlər

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

Muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqlarına təşkil olunan onlay...

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

03-06-2020-17-03 Xəbərlər

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

Muxtar respublikada taxıl biçininə son hazırlıq işləri gedir. Ordubad rayonunun ...

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

03-06-2020-15-50 Xəbərlər

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Naxçıvanda qızlar mə...

Sinoptiklər xəbərdarlıq edirlər...

03-06-2020-15-06 Xəbərlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir neçə gün davam edən ist...

İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə

03-06-2020-12-03 Xəbərlər

İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə

İyunun 3-ü saat 09:30-a olan məlumata əsasən, iyunun 6-da və 7-də 9 və 11-ci sin...

Ötən günün mənzərəsi - VİDEO

03-06-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

03-06-2020-09-00 Xəbərlər

Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

Hazırkı sanitar-epidemioloji vəziyyətlə əlaqədar insanların bir araya toplaşması...

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

02-06-2020-17-24 Xəbərlər

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəss...

Naxçıvanda sabaha olan hava proqnozu

02-06-2020-16-27 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

02-06-2020-15-03 Xəbərlər

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN ...

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

02-06-2020-14-21 Xəbərlər

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfi...

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

02-06-2020-14-00 Xəbərlər

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Peşə təhsili pilləsində təhsilala...

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

02-06-2020-10-44 Xəbərlər

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıva...

Ötən günün mənzərəsi - VİDEO

02-06-2020-10-23 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

02-06-2020-09-40 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

NUHÇIXAN  İnformasiya  Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu v...

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

02-06-2020-09-00 Xəbərlər

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

Naxçıvan Beynəlxalq Hava Limanı müasir tələblər səviyyəsində qurulub.

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

01-06-2020-19-11 Xəbərlər

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

Muxtar respublikanın bütün rayonları kimi qədim Ordubad da görkəmini dəyişir.

Naxçıvanda sabaha olan hava proqnozu

01-06-2020-18-18 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

01-06-2020-17-05 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta a...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

01-06-2020-16-14 Xəbərlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun Uşaqları Beynəlxalq Müdafi...

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

01-06-2020-15-18 Xəbərlər

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı ...

Könüllü gənclərlə gələcək...

01-06-2020-14-35 Xəbərlər

Könüllü gənclərlə gələcək...

İnsanın qəlbən, kimsənin təhriki olmadan, heç bir qarşılıq gözləmədən gördüyü iş...

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

01-06-2020-13-52 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə...

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

01-06-2020-13-31 Xəbərlər

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Bölmənin Beynəlxalq əlaqələr və infor...

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

01-06-2020-12-20 Xəbərlər

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

Rezidentura imtahanları yəqin ki avqustun əvvəlində olacaq. İmtahan iki mərhələd...

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

01-06-2020-12-19 Xəbərlər

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

Üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ö...

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

01-06-2020-12-16 Xəbərlər

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

İyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil...

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

01-06-2020-12-13 Xəbərlər

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçı...

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

01-06-2020-12-11 Xəbərlər

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

Qəbul imtahanlarının vaxtını iyun ayının 5-dən elən edə bilərik. Çünki ali məktə...

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

01-06-2020-12-09 Xəbərlər

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək. Hər gün ən azı 4 növ imtahan k...