Dekabrın 22-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin “Xəyyam” dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxıb.

Görkəmli filosof-şair, dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə yeni mərhələnin – mənzum dramın əsasını qoyub. Şərq klassik poeziyasının dahilərindən olan şair-mütəfəkkir Ömər Xəyyamın həyatından bəhs edən “Xəyyam” dramı da ədibin dəyərli yaradıcılıq nümunələrindəndir. Naxçıvan teatrında ilk dəfə səhnələşdirilən tamaşada ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq haqqında fəlsəfi düşüncələri tamaşaçıya çatdırılıb. Tamaşada Xəyyamla yanaşı, dövrünün böyük diplomatı Xacə Nizam, ismaililər hakimiyyətinin banisi Həsən Sabbah, Səlcuqlar sülaləsinin hökmdarı Alp Arslan və oğlu Məlikşah Cəlaləddinin də bədii obrazları yaradılıb.

Azərbaycan Respublikasının Əməkdar Artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşanın rəssamı Xalq Rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Aktyorlardan Tofiq Seyidov, Nurbəniz Niftəliyeva, Məmməd Mehdiyev, Səyyad Məmmədov, Ələsgər Quliyev, Həsən Ağasoy və başqaları obrazların dili ilə əsərin uğurlu səhnə həllinə nail ola biliblər. Tamaşada böyük şair və mütəfəkkir Ömər Xəyyamın simasında dövrünün fövqünə yüksələn romantik qəhrəman canlandırılıb. Xəyyamın həyat eşqi və yaradıcılığı sənətkar və cəmiyyət probleminə münasibətin ifadəsinə çevrilərək tamaşaçılarda müsbət duyğular oyadıb.

Bütün həyatı boyunca həqiqət uğrunda mübarizə aparan, ən böyük xoşbəxtliyin yüksək təhsil və mədəniyyətə çatmaqla mümkün olduğunu qeyd edən böyük mütəfəkkir Hüseyn Cavidin “Xəyyam” pyesinin qəhrəmanları da bu ideyaların daşıyıcısı kimi tamaşanın uğurlu səhnə həllinə nail olublar. Romantik pafos və mütləq həqiqətə çatmağa göstərilən cəhd tamaşanın ədəbi-bədii məramını səciyyələndirən başlıca cəhət kimi ön plana çıxıb.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb.

Ali Məclisin Sədri uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək deyib: Naxçıvan teatrında çox dəyərli əsərlər tamaşaya qoyulmuşdur. Bu gün təqdim olunan “Xəyyam” tamaşası da uğurlu alınmışdır. Fəlsəfi dram əsərlərinin səhnəyə qoyulması üçün rejissor işi və aktyor sənəti mühüm amildir. “Xəyyam” tamaşasında da uğurlu və yaradıcı rejissor işi və aktyor sənəti vardır. Aktyorların çox hissəsinin gənc olmasına baxmayaraq səhnədə bunu hiss etmək mümkün deyildi. Rollar məharətlə ifa olunurdu. Bütün bunlar istedadla yanaşı, həm də sənətə olan sevginin nəticəsidir.

Ali Məclisin Sədri deyib: Hüseyn Cavidin əsərləri həyat fəlsəfəsi üzərində qurulubdur. “Xəyyam” dramı da o dövr Şərqinin həyatını əks etdirir. Hüseyn Cavid əsərdə o dövrə xas olan eyş-işrət və xurafatın əksinə olaraq ən böyük həyat amalına elm və mədəniyyətlə çatmağın yolunu göstərmişdir. Tamaşada bu amillər ustalıqla çatdırılırdı.

Ali Məclisin Sədri yaradıcı kollektivə bir daha təşəkkürünü bildirib, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Tamaşanın rejissoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Tofiq Seyidov Naxçıvan teatrının inkişafının göstərilən qayğının və diqqətin nəticəsində mümkün olduğunu bildirib, muxtar respublikanın mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib və qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb.

Sonra xatirə şəkli çəkdirilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Əvəzsiz müəllimimə son sualım - Gülay Tahirlidən yeni esse

07-07-2020-18-16 Xəbərlər

Əvəzsiz müəllimimə son sualım - Gülay Tahirlidən yeni esse

VƏ YA USTAD HÜSEYN HƏŞİMLİYƏ ONUN OLMADIĞI DÜNYADAN MƏKTUB. Salam, Müəllim. M...

Məzun rəssamların sərgisi təşkil edildi

07-07-2020-15-36 Xəbərlər

Məzun rəssamların sərgisi təşkil edildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncə...

Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

07-07-2020-15-15 Xəbərlər

Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələ...

Muxtar respublikada operativ vergi nəzarəti gücləndirilir

07-07-2020-14-50 Xəbərlər

Muxtar respublikada operativ vergi nəzarəti gücləndirilir

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bil...

Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov

07-07-2020-13-26 Xəbərlər

Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov

Uca Yaradanın insan oğlunun “əyninə biçdiyi”, müəyyən etdiyi bir yol var.

Ötən günün mənzərəsi - VİDEO

07-07-2020-11-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

145-in KADRARXASI - Şərəf Mənsimova

07-07-2020-11-23 Xəbərlər

145-in KADRARXASI - Şərəf Mənsimova

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

07-07-2020-08-45 Xəbərlər

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ...

Muxtar respublikada aqrar sahənin dinamik inkişafı təmin edilir - VİDEO

06-07-2020-17-35 Xəbərlər

Muxtar respublikada aqrar sahənin dinamik inkişafı təmin edilir - VİDEO

Muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icras...

Babək rayonunun kəndləri dezinfeksiya edildi - VİDEO

06-07-2020-16-10 Xəbərlər

Babək rayonunun kəndləri dezinfeksiya edildi - VİDEO

Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin davamı o...

İyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə

06-07-2020-14-44 Xəbərlər

İyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə

İmtahanlarda iştirak edənlər şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış...

Almaniyalı pianoçu Veronika Glemser NDU-nun tələbələrinə ustad dərsi keçib

06-07-2020-12-59 Xəbərlər

Almaniyalı pianoçu Veronika Glemser NDU-nun tələbələrinə ustad dərsi keçib

Naxçıvan Dövlət Universiteti və Almaniyanın Brandenburq Universiteti Konservator...

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə

06-07-2020-11-19 Xəbərlər

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarının nəticələri ilə bağlı mürac...

Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

06-07-2020-09-00 Xəbərlər

Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

İxtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müə...

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

05-07-2020-15-00 Xəbərlər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azə...

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

05-07-2020-12-21 Xəbərlər

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

Qablaşdırma prosesinin məhsulların saxlanması, daşınması, marketinqi sahəsində ə...

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

05-07-2020-08-58 Xəbərlər

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

Hazırda dünyada bu ilin üçüncü Ay tutulması müşahidə olunur.

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

04-07-2020-17-57 Xəbərlər

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsind...

Babək rayonunda taxıl biçini davam edir

04-07-2020-14-50 Xəbərlər

Babək rayonunda taxıl biçini davam edir

Babək rayonunda taxıl biçini davam edir. 

Ötən günün mənzərəsi - VİDEO

04-07-2020-10-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

03-07-2020-12-37 Xəbərlər

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqəd...

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

03-07-2020-10-40 Xəbərlər

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu...

Ötən günün mənzərəsi - VİDEO

03-07-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

03-07-2020-09-00 Xəbərlər

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

02-07-2020-19-36 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili...