Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

İkinci Azərbaycan Elm Festivalının Naxçıvan mərhələsi başlayır

Azərbaycan Milli Elmlər Akademiyasından naxcivantv.az-a verilən məlumata görə, bu il oktyabrın 31-dən noyabrın 5-dək keçirilməsi nəzərdə tutulan festival Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərini əhatə edəcək.  Festivalın Naxçıvan mərhələsi noyabrın 1-də başlayacaq.

 

Festival çərçivəsində son illər alimlərimizin dünyada qəbul olunan elmi nəticələri, yeni elmi texnologiya və innovativ nailiyyətlər təqdim olunacaq. AMEA Naxçıvan bölməsinin institut və təşkilatlarının elmi nəticələri diqqətə çatdırılacaq və elmi-populyar müzakirələr aparılacaq.  Tədbirlər çərçivəsində kitab, jurnal, arxeoloji tapıntılar, xalq yaradıcılığı nümünələri və elmi nəticələri əks etdirən sərgi açılacaq və konsert proqramı təqdim ediləcək, alimlərimiz müxtəlif mövzularda çıxışlar edəcəklər. Festival iştirakçılarının Naxçıvanın tarix və mədəniyyət abidələrinə, eləcə də muzeylərə ekskursiyaları təşkil ediləcək.

Qeyd edək ki, tədbirin açılış mərasimi oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında olacaq.

www.naxcivantv.az