Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Türk alpinistlər Xocalı şəhidlərini Haçadağda andılar - VİDEO

Fevralın 24-də Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 26 alpinist Xocalı soyqrımını anmaq üçün Naxçıvana gəlib.

Naxcivantv.az xəbər verir ki, fevralın 25-də qonaqlar Culfa rayonundakı Haçadağın zirvəsinə qalxıblar. 7 saat yarımlıq yolun ardından zirvəyə çatan alpinistlər burada “Xocalı şəhidlərini ehtiramla yad edirik” başlıqlı plakat açıblar.

Növbəti gün qonaqlar Əshabi-Kəhf ziyarətgahında olublar. Bildirilib ki, Azərbaycanın digər regionları və xarici ölkələrdən bura zəvvarlar, turistlər və qonaqlar müntəzəm olaraq səfər edirlər. Qonaqlar Əshabi-Kəhf ziyarətində xatirə şəkli çəkdiriblər. Türkiyəli müğənni Lətif Ayyıldız Xocalı haqqında yazdığı ağını səsləndirib.

Anadolu Xəbər Agentliyinin bölgə müdiri Nevzat Demirkol əməkdaşımıza verdiyi müsahibədə Naxçıvana gəlməkdə əsas məqsədlərinin Xocalının harayını bütün Türkiyəyə və dünyaya çatdırmaq olduğunu deyib.

İskəndər-İğdır-Ağrı dağı axtarış və xilasetmə, dağçılıq və təbiət idmanları klubunun idarə heyətinin başçısı, eyni zamanda qrupun rəhbəri Hüseyin Yıldız 26 fevralda Naxçıvanı ziyarət etməyi ənənə halına gətirəcəklərini bildirib.

Sonda «Naxçıvanqala» Tarix Memarlıq Muzey Kompleksini ziyarət edən qonaqlara  Naxçıvanın qədimliyini özündə əks etdirən xalçalar, Naxçıvan ərazisində yaşamış qədim insanların istifadə etdikləri məişət əşyaları, buradakı eksponatlar haqqında ətraflı məlumat verilib.

TRT-nin İğdır müxbiri Bülənt Mavzər ermənilərin Türkiyəni soyqırımla günahladırdıqları halda tarixin ən qanlı soyqrımını elə özlərinin Xocalıda törətdiklərini deyib.

 Qonaqların Naxçıvana səfəri dünən başa çatıb.

                                                                              Şahmərdan Əhmədli

NTVxəbər

 

 

 

www.naxcivantv.az