2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi  tərəfindən yeni kitablar nəşr olunmuşdur

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsi olaraq alim və tədqiqatçılar, eləcə də yaradıcı insanlar üçün hərtərəfli şərait yaradılmış, müasir nəşriyyat və mətbəələr istifadəyə verilmişdir.

Yaradılan şərait imkan verir ki, hər il muxtar respublikada onlarla kitab nəşr olunsun. Naxçıvanın qədim tarixi, zəngin mədəni irsi, görkəmli şəxsiyyətləri və müasir sosial-iqtisadi inkişafı barədə yeni kitabların nəşri diqqətdə saxlanılır, hər il üçün nəşr planı tərtib olunur. Bu sahədə görülən işlər 2016-cı ildə də davam etdirilmiş, Ali Məclis tərəfindən 14 kitab nəşr olunmuş, 6 sənədli televiziya filmi çəkilmişdir. 

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamına uyğun olaraq xalqımızın əyilməzlik rəmzi olan Əlincəqala tarixi abidəsi bərpa olunmuşdur. Sərəncama uyğun olaraq bərpa zamanı qalada geniş elmi-tədqiqat işləri də aparılmışdır.  Bu elmi tədqiqatların nəticəsi olaraq Azərbaycan tarixində xüsusi yeri və mövqeyi olan Əlincəqala haqqında Azərbaycan, rus və ingilis dillərində hazırlanan “Əlincəqala” kitabı çap olunmuşdur. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamı ilə açılır. Giriş, 13 məqalə, nəticə, ədəbiyyat siyahısı və 44 fotoşəkildən ibarət olan kitabda Əlincəqalada aparılan təmir-bərpa işləri, tarixi mənbələrdə Əlincəqala haqqında verilən məlumatlar, Əlincə sözünün etimologiyası, “Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala ilə bağlı yer alan faktlar, Əlincəqala müdafiəçilərinin Əmir Teymura qarşı müqaviməti, qala rəisləri, qalanın Səfəvilər dövründəki vəziyyəti, memarlıq xüsusiyyətləri və müdafiə sistemi, hidrotexniki qurğuları, Əlincəqalada tapılan numizmatik materiallar, xalq yaddaşında Əlincəqala ilə əlaqədar yaşayan məlumatlar, qala ətrafında olan epiqrafik, tarix və memarlıq abidələri haqqında məqalələr toplanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Qacarın ötən il rus dilində nəşr edilmiş “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” adlı kitabı indiyə qədər Naxçıvanın tədqiqi sahəsində əldə edilmiş elmi nailiyyətlərin populyarlaşdırılması və dünyada təbliği baxımından çox önəmlidir. Elmi redaktoru və ön söz müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli olan kitab tarixi, etno­qrafik və mədəniyyət sahəsində məlumatları özündə cəmləşdirib. Müəllifin özünün də qeyd etdiyi kimi, əsər elmi-tədqiqat əsəri xarakterində yox, təbliğat və tanıtım məqsədlidir. Elə bu səbəbdən də kitabda təqdim olunan materiallar gələcəkdə daha geniş elmi tədqiqatlara cəlb edilə bilər.

Muxtar respublikada beynəlxalq rəsm festivallarının keçirilməsi ənənə halını almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən 2016-cı il mayın 26-da Naxçıvanda üçüncü beynəlxalq rəsm festivalı keçirilib. Festival çərçivəsində Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılması, eləcə də festivalın “Əlincəqala” tarixi abidəsində keçirilməsi tədbirin əhəmiyyətini artırıb, iştirakçıların dəyərli əsərlər yaratmasına səbəb olub. Bu əsərlərdən ibarət olan “Naxçıvan–bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının albom-kataloqu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə nəşr edilib. Nəfis tərtibatda hazırlanan kataloqda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” Sərəncamı, parkın açılışı zamanı etdiyi dərin məzmunlu çıxışı, tədbirdən çəkilmiş fotoşəkillər, eləcə də festivalda iştirak edən 52 rəssam haqqında qısa bioqrafik məlumatlar yer alıb, festivalda çəkilmiş rəsm əsərləri verilib.

"Naxçıvan Muxtar Respublikasının yubileyləri 1924-1984" kitabı da 2016-cı ildə nəşr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanan kitabda muxtar respublikanın yaranmasının 25,40,50 və 60 illik yubileyləri  ilə əlaqədar materiallar toplanıb. Beş bölmədən ibarət olan kitabın ilk bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasına dair müxtəlif tarixi və arxiv sənədləri yer alıb. Bu bölmədə 26 fevral 1923-cü ildən 15 fevral 1926-cı ilə qədər olan dövrü əhatə edən 7 tarixi sənəd elmi ictimaiyyətin və geniş oxucu kütləsinin diqqətinə təqdim olunur. Kitabın digər bölmələri də kifayət qədər zəngin tarixi sənədlər və fotoşəkillərlə diqqəti cəlb edir. Ümummilli lider Heydər Əliyevin Naxçıvana xüsusi qayğısını, Sovetlər Birliyi dövründə muxtar respublikanın yubiley tədbirlərində iştirakı və  çıxışlarını əks etdirən nadir sənəd  və fotoşəkillər kitabın əhəmiyyətini daha da artırır.

Nəşr olunan kitablar arasında təhlil və analitik materiallar da diqqəti cəlb edir. "Naxçıvan Muxtar Respublikası müstəqillik illərində" kitabında muxtar respublikanın son illər keçdiyi sürətli inkişaf yoluna nəzər salınır. Naxçıvanın müasir inkişafını əks etdirən fotoşəkillərin də yer aldığı kitabda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlər, əldə olunan uğurlar barədə geniş oxucu kütləsinə məlumat verilir, statistik müqayisələr və təhlillər aparılır.

2016-cı ildə işıq üzü görən "Naxçıvan bəstəkarlarının uşaq mahnıları" kitabında Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan bəstəkarların uşaqlar üçün bəstələdikləri mahnılar yer alıb. Kitabdakı mahnılar naxçıvanlı şairlərin sözlərinə bəstələnmişdir. Bu mahnılar uşaqlarda Vətənə, doğma el-obaya sevgi, məhəbbət hissləri aşılamaqdadır. "Naxçıvan bəstəkarlarının uşaq mahnıları" kitabı muxtar respublikada mədəniyyətin inkişafı, xüsusilə də elmi və mədəni dəyərə malik nəşrlərin çap olunması sahəsində görülən işlərin daha bir nümunəsidir.

“Naxçıvan dünya mətbuatında” kitabında muxtar respublikaya səfər edən ictimai və elm xadimlərinin, jurnalistlərin bu diyar haqqında qələmə aldıqları məqalələr və onlarla aparılan müsahibələr toplanılıb. Kitab “Naxçıvan dünya mətbuatında” və “Naxçıvan xarici qonaqların gözü ilə” fəsillərindən ibarətdir.

Naxçıvanlı şairlərin Əlincəqala haqqında qələmə aldıqları  şeir, poema və pyeslərdən ibarət "Əlincəqala" kitabı, "2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunlarının xülasəsi", eləcə də "Naxçıvan" jurnalının “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının materialları əsasında hazırlanan, Naxçıvan haqqında yazılmış şeirlərdən və Eynəli bəy Sultanovun 150 illiyinə həsr olunmuş materiallardan ibarət xüsusi nömrələri də ötən il çap olunan dəyərli nəşrlərdəndir. 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

03-07-2020-12-37 Xəbərlər

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqəd...

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

03-07-2020-10-40 Xəbərlər

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu...

Ötən günün mənzərəsi - VİDEO

03-07-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

03-07-2020-09-00 Xəbərlər

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

02-07-2020-19-36 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili...

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

02-07-2020-19-30 Xəbərlər

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 2-də “Naxçıvanbank” Açıq S...

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

02-07-2020-19-21 Rəsmi

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam e...

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

02-07-2020-18-11 Xəbərlər

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbak” Açıq Səhmdar Cəmi...

Naxçıvanda sabaha olan hava proqnozu

02-07-2020-17-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Muxtar respublikada əkin dövriyyəsi artıb

02-07-2020-17-31 Xəbərlər

Muxtar respublikada əkin dövriyyəsi artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Rənglərin cazibəli harmoniyası

02-07-2020-16-04 Xəbərlər

Rənglərin cazibəli harmoniyası

Rəssamlıq bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da ola...

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

02-07-2020-15-20 Xəbərlər

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

Muxtar respublikada “2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhs...

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

02-07-2020-14-40 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun reakti...

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

02-07-2020-12-57 Xəbərlər

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

Muxtar respublikamızda taxıl biçini mütəşəkkil həyata keçirilir. Culfa rayonunda...

Ötən günün mənzərəsi - VİDEO

02-07-2020-11-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Sosial şəbəkələrdə - VİDEO

02-07-2020-11-13 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

02-07-2020-10-35 Xəbərlər

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

Mövcud vəziyyətlə əlaqədar olaraq ölkəmizin paytaxtı Bakı şəhəri ilə muxtar resp...

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

02-07-2020-09-37 Xəbərlər

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Azərbaycanda zəlzələ baş verib

02-07-2020-08-42 Xəbərlər

Azərbaycanda zəlzələ baş verib

İyulun 2-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində 3 bal g...

Naxçıvanda sabaha olan hava proqnozu

01-07-2020-17-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

01-07-2020-17-01 Xəbərlər

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 1-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliy...

Bələdiyyələrə metodiki köməklik göstərilib

01-07-2020-15-13 Xəbərlər

Bələdiyyələrə metodiki köməklik göstərilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə yeni formal...

Batabat dövlət təbiət qoruğu zərərverici həşəratlara qarşı dərmanlanıb

01-07-2020-14-32 Xəbərlər

Batabat dövlət təbiət qoruğu zərərverici həşəratlara qarşı dərmanlanıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qoruq ərazisində son vaxtlar gici...

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

01-07-2020-14-10 Xəbərlər

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

Son dörd ay ərzində 35 ölkədə azı 186 jurnalist koronavirus səbəbindən həyatını ...