Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan şəhərinin quruculuq xəritəsi genişlənir

Naxcivantv.az xəbər verir ki,  aprel ayından başlayaraq Naxçıvan Müəllimlər İnstitutunun binası əsaslı yenidən qurulur, binaya bitişik  yeni tədris korpusu tikilir.

Tikinti işləri başa çatdırıldıqdan sonra, bu ali təhsil müəsissəsinin maddi-texniki bazası xeyli gücləndiriləcək, ən müasir elektron tədris şəraiti yaradılacaq.

Naxçıvan şəhərində müxtəlif obyektlərin tikintisi ilə yanaşı, abadlıq işləri də davam etdirilir. Hazırda Əziz Əliyev küçəsi abadlaşdırılır, ərazidəki köhnə tikililərin yerində müasir obyektlər ucaldılır. Küçə boyu yeni dizaynda hasarlar çəkilir, işıqlandırma sistemi və xidmət sahələri qurulur, geniş səkilər salınır.

Naxçıvan şəhərinin Tumbul kəndinə də yeni ab-hava gəlib. Kənddə tikilən 324 şagird yerlik məktəbdə 18 sinif otağı, 2 kompüter, 2 şahmat, 3 elektron lövhəli sinif, hərbi kabinə, idman zalı yaradılır. Məktəb üçün ayrıca bufet və qazanxana da tikilib. Məktəbin həyətində idman qurğuları da quraşdırılır.

Tumbulda kənd və xidmət mərkəzləri də tikilir. Hazırda obyektlərin həyəti abadlaşdırılır, müasir işıqlandırma sistemləri qurulur, istinad divarları tikilir, kənd yolunun kənarlarına hasarlar çəkilir.

Çox keçməyəcək ki, Tumbul kəndi də muxtar respublikanın müasir yaşayış məntəqələri sırasına qoşulacaq.

Əbülfəz Dünyamalıyev

NTV xəbər

www.naxcivantv.az