NUHÇIXAN xəbər verir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  doqquzuncu  sessiyasında verilən tapşırıqların icrası  və qarşıda  duran vəzifələrlə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyətində  müşavirə keçirilib.

Rayоn icra hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, 2018-ci il rayonda geniş tikinti-quruculuq işləri ilə yadda qalıb. Ötən il  Şahbuz Şəhər Təmizləyici Qurğular sistemi istifadəyə verilib, Ağbulaq kəndində geniş abadlıq işləri aparılıb, sakinlər üçün lazımi kommunal-məişət şəraiti yaradılıb. Yaşayış məntəqəsindən kənarda isə yeni təsərrüfat binaları tikilib kənd əhalisinin istifadəsinə verilib. Şahbuz şəhərində mədəniyyət sarayının və aviakassanın inzibati binalarında tikinti və abadlıq işləri başa çatdırılıb. Rayon mərkəzində tikintisi davam etdirilən  çoxmərtəbəli ictimai yaşayış binasında, Ağbulaq kəndində Xizək Mərkəzində, “Badamlı mineral sular zavodu”nda tikinti işləri davam etdirilir. Kükü, Kolanı, Aşağı Qışlaq, Sələsüz və Mahmudoba kəndlərində mərasim evlərinin tikintisi başa çatdırılıb, Keçili kəndində isə mərasim evinin tikinti layihəsi hazırlanıb.

Qeyd olunub ki, ötən il rayonda turizmin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərlə də yadda qalıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncamına əsasən bu  istiqamətində  mühüm tədbirlər görülüb .

2018-ci ildə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çox sənaye məhsulu istehsal olunub. Rayonda iqtisadiyyatın bazasını təşkil edən və əhalinin əsas məşğulluq sahəsi olan aqrar sahənin inkişafı məqsədilə əhalinin şəxsi mülkiyyətində olan torpaqlardan səmərəli istifadəyə diqqət yetirilib. Kənd təsərrüfatının müxtəlif sahələri üzrə yaxşı göstəricilər qeydə alınıb. 2018-ci ildə iməciliklər yolu ilə 4,8 hektar sahədə yeni bağlar salınıb.

Vurğulanıb ki,  əldə edilən  uğurlara baxmayaraq müəyyən nöqsan və çatışmazlıqlar da mövcuddur ki, onların  aradan qaldırılması üçün tədbirlər görüləcək.

Məruzə ətrafında çıxışlar olub.

İcra başçısı müşavirəyə yekun vuraraq bildirib ki, 2018-ci ilin  dekabr ayının 27-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə rayon icra hakimiyyətində tədbirlər planı hazırlanıb. Əhalinin sоsial müdafiəsini gücləndirmək, yaşayış səviyyəsini yaxşılaşdırmaq, yaşıllaşdırma tədbirlərini daha da genişləndirmək məqsədilə muxtar respublikada “Ailə təsərrüfatı ili” elan olunan 2019-cu ildə qarşıya qоyulan  vəzifələrin həyata keçirilməsinə nail оlunacaqdır.

                

                  Novruz Məmmədov

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Pirotexniki vasitələr məhv edilib - FOTOLAR

20-03-2019-18-50 Xəbərlər

Pirotexniki vasitələr məhv edilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇI...

Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir

20-03-2019-18-16 Xəbərlər

Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvanqalada keçirilən Novruz şənliklərində muxtar re...

Şahbuz kənddə yeni badam bağı salınıb

20-03-2019-17-42 Xəbərlər

Şahbuz kənddə yeni badam bağı salınıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Şahbuzkənd sakini Rəfiqə Məmiyeva öz a...

Ötən günün mənzərəsi - VİDEO

20-03-2019-11-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

20-03-2019-10-30 Xəbərlər

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Bayram yarmarkası davam edir

19-03-2019-21-00 Xəbərlər

Bayram yarmarkası davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda  m...

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb

19-03-2019-20-02 Xəbərlər

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birici mərhələsi başa çatıb

NUHÇIXAN xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şagirdlər ...

Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib

19-03-2019-19-23 Xəbərlər

Gömrük əməkdaşları üçün növbəti kurs təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli id...

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR

19-03-2019-19-03 Rəsmi

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR

Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqın...

Novruza həsr edilən sərg

19-03-2019-18-56 Xəbərlər

Novruza həsr edilən sərg

NUHÇIXAN xəbər verir ki, “Novruz gəldi, yaz gəldi” adlı rəsm sərgisi açılıb. Açı...

Kəngərli rayonunun yaranmasından 15 il ötür - VİDEO

19-03-2019-17-00 Xəbərlər

Kəngərli rayonunun yaranmasından 15 il ötür - VİDEO

Kəngərli rayonu Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 19 mart 2004-cü...

Naxçıvan Musiqi Kollecinin tələbəsi Qran Pri mükafatına layiq görülüb

19-03-2019-15-44 Xəbərlər

Naxçıvan Musiqi Kollecinin tələbəsi Qran Pri mükafatına layiq görülüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində R. Behbudov adına Dövlət Mahnı Teatrında...

Naxçıvanda bir qrup məhkum azad edildi - FOTOLAR

19-03-2019-15-23 Xəbərlər

Naxçıvanda bir qrup məhkum azad edildi - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, özlərinin və ailə üzvlərinin Naxçıvan Muxtar Respublika...

Ali təhsil ocağında Novruz bayramı qeyd edilib

19-03-2019-11-29 Xəbərlər

Ali təhsil ocağında Novruz bayramı qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda  “Milli bayramımız – N...

Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində Novruz şənlikləri keçirilir - YENİLƏNİB-2 - FOTOLAR

19-03-2019-11-10 Xəbərlər

Naxçıvan şəhərindəki  "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində Novruz şənlikləri keçirilir - YENİLƏNİB-2 - FOTOLAR

Martın 19-da Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksin...

“Naxçıvan” Universitetində Novruz şənliyi keçirilib

19-03-2019-10-31 Xəbərlər

“Naxçıvan” Universitetində Novruz şənliyi keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  Novruz şənliyi keçirilib. T...

Ocağınız gur yansın!

19-03-2019-00-00 Xəbərlər

Ocağınız gur yansın!

Od çərşənbəsi mərasim, ayin, etiqad və şənliklərin zənginliyi ilə seçilir

KİVDF-nin 10 illik yubileyi qeyd edilib - YENİLƏNİB 2 - FOTOLAR

18-03-2019-22-26 Xəbərlər

KİVDF-nin 10 illik yubileyi qeyd edilib - YENİLƏNİB 2 - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitəl...

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub

18-03-2019-21-00 Xəbərlər

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində Batabat Astrofizika Rəsədxan...

Sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib

18-03-2019-20-29 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Naxçıvanda Beynəlxalq Poeziya Günü qeyd edilib

18-03-2019-19-57 Xəbərlər

Naxçıvanda  Beynəlxalq Poeziya Günü qeyd edilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynə...

Naxçıvan Dövlət Universitetində bayram konserti

18-03-2019-19-26 Xəbərlər

Naxçıvan Dövlət Universitetində bayram konserti

Naxçıvan Dövlət Universitetində (NDU) Novruz bayramı tədbirlərinin yekunu olaraq...

Çanaqqala savaşı Naxçıvanda anılıb - FOTOLAR

18-03-2019-18-22 Xəbərlər

Çanaqqala savaşı Naxçıvanda anılıb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki  Naxçıvanda Çanaqqala zəfərinin 104-cü ildönümü təntənəl...

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına yeni sədr seçilib - FOTOLAR

18-03-2019-17-59 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına yeni sədr seçilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının y...

Naxçıvan məktəbliləri Milli İncəsənət Muzeyində olublar

18-03-2019-17-19 Xəbərlər

Naxçıvan məktəbliləri Milli İncəsənət Muzeyində olublar

Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagi...

Ali Məclisin Sədri Fərman imzaladı

18-03-2019-16-58 Xəbərlər

Ali Məclisin Sədri Fərman imzaladı

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nax...

“İdeyadan biznesə” layihəsinin Naxçıvan Turu keçiriləcək - FOTOLAR

18-03-2019-16-00 Xəbərlər

“İdeyadan biznesə” layihəsinin Naxçıvan Turu keçiriləcək - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbu...

Naxçıvanda sabaha olan hava proqnozu

18-03-2019-14-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 19-na gözlənilən hava proqnozu açıqlanıb....

“Elm həftəsi” ilə əlaqədar Əlyazmalar Fondunun tədbiri olub

18-03-2019-12-51 Xəbərlər

“Elm həftəsi” ilə əlaqədar Əlyazmalar Fondunun tədbiri olub

AMEA-nın Naxçıvan Bölməsində “Elm həftəsi” ilə əlaqədar Əlyazmalar Fondunun tədb...

Ali təhsil ocağında növbəti dəyirmi masa keçirilib

18-03-2019-12-30 Xəbərlər

Ali təhsil ocağında növbəti dəyirmi masa keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “No...