Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ən yaxşı artilleriya tağımı məlum olub

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya tağımı” adı uğrunda müsabiqə keçirilib.

Əlahiddə Ümumqoşun Ordudan naxcivantv.az-a verilən məlumata görə əvvəlcə müxtəlif artilleriya tağımlarının şəxsi heyətinin müsabiqəyə hazırlıqları ilə bağlı məruzə edilib. Tağım komandirlərinin tapşırıqlarından sonra heyətlər şərti atəş mövqelərinin tutulması üçün silah və texnika ilə birlikdə hərəkət ediblər. Atəş mövqeləri tutulduqdan sonra normativlər qəbul edilib.

  Normativləri yerinə yetirən şəxsi heyətə yeni atəş mövqelərinin tutulması tapşırığı verilib və artilleriyaçılar yerdəyişmə ediblər.

Bununla da müsabiqəyə yekun vurulub. Ümumi nəticələrə əsasən müsabiqənin şərtlərinə vaxtında və dəqiq əməl edən Özüyeriyən Haubitsalı Artilleriya Tağımı birinciliyin qalibi olub. 

 

 

Nəriman Nəcəfov

NTV xəbər

www.naxcivantv.az