Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə  Komitədə 2018-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirə olunduğu kollegiya iclası keçirilib.

Tədbirdə komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi və daxili bazarın qorunması istiqamətində işlər davam etdirilib.

Vurğulanıb ki, dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarında xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb, Sədərək sərhəd keçid məntəqəsi üçün 18 hektara yaxın ərazidə beynəlxalq standartlara uyğun qurulan müasir gömrük kompleksinin inşası sürətləndirilib.

Qeyd olunub ki, il ərzində gömrük xidmətində iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi xüsusilə diqqətdə saxlanılıb. 2017-ci ilin dekabr ayında cənab Ali Məclis Sədrinin İran İslam Respublikasına rəsmi səfəri zamanı əldə olunmuş razılığa əsasən Culfa gömrük-sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib. Sutkalıq iş rejimi bu sərhəd-keçid məntəqəsindən yüklərin fasiləsiz keçidinin təmin olunmasına, xarici ticarət dövriyyəsinin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradıb.

Gömrük orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, rəsmiləşmə prosesinin sürətləndirilməsi, işdə şəffaflığın təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeni strukturu təsdiq olunub. İnkişaf etmiş dünya ölkələrinin praktikasına uyğun formalaşdırılan yeni strukturun gömrük xidmətinin daha səmərəli şəkildə idarə olunmasına imkan yaratdığı vurğulanıb.

Gömrük orqanları tərəfindən büdcənin formalaşdırılması istiqamətində 2018-ci il üçün müəyyən olunmuş 7 milyon 800 min manatlıq proqnoz-tapşırığa 120,24 % əməl olunub. Hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar  Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 10,86 %-ni təşkil edib.

Muxtar respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədrinin müavini xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 58 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi artıb. İxrac əməliyyatları əsasən Türkiyə Respublikası, İran İslam Respublikası, Gürcüstan, Rusiya Federasiyası, İraq və İtaliya ilə həyata keçirilib.

2018-ci ildə gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınmış 12 cinayət faktı üzrə ümumilikdə 208,1 kq heroin, 238,4 qram metanfetamin, 4,2 qram tiryək,  2,6 qram marixuana, 1,4 qram metadon, 0,5 qram tramadol, 0,04 qram klonazepam aşkarlanıb.

Muxtar respublika gömrük xidmətinin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti də uğurlu nəticələr verib. Belə ki, birgə həyata keçirilmiş 3 əməliyyat-axtarış tədbiri nəticəsində 38,4 qram həşiş qətranı, 17,9 qram tiryək, 9,5 qram marixuana, 100 ədəd psixotrop tərkibli dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb.

Ötən il psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xüsusilə diqqətdə saxlanılıb. Bu sahəyə tam nəzarət olunması üçün gömrük sərhəd buraxılış məntəqələrində mülki dövriyyəsi məhdudlaşdırılmış dərmanların elektron bazası formalaşdırılıb. Muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 62 min 251 ədəd psixotrop tərkibli dərman vasitəsi saxlanılıb.

İclasda vurğulanıb ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində də fəaliyyət davam etdirilib. Belə ki, yerli sahibkarların dəstəklənməsi üçün kənd təsərrüfatı məhsulları kütləvi çıxım dövründə analoji xarici malların təsirindən qorunub, yerli məhsulların bazar payı daim nəzarətdə saxlanılmaqla idxalın məhdudlaşdırılması həyata keçirilib.

Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunub, 877 halda ekspertiza həyata keçirilib. Ekspertizası aparılmış mallardan 88 ton ərzaq və qeyri-ərzaq məhsulunun mənşəyi məlum olmadığından, həmçinin keyfiyyət göstəriciləri, o cümlədən markalanması və qablaşdırılması  normalara cavab vermədiyindən muxtar respublika ərazisinə buraxılmayıb. Daxili bazarın və istehlakçıların hüquqlarının qorunması, o cümlədən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına görə il ərzində ayrı-ayrı vətəndaşlardan saxlanılmış ümumi çəkisi 11 tondan artıq ərzaq məhsulu və digər mallar isə yandırma üsulu ilə məhv edilib.

Kollegiya iclasında Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi  bölməsinin rəisi, gömrük xidməti mayoru İsmayıl Məmmədovun Dövlət Proqramlarının icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin səmərəliliyinin artırılması istiqamətində, Əməliyyat və təhqiqat şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Anar Hacıyevin hüquqpozmalara qarşı mübarizə sahəsində, Audit bölməsinin rəisi, gömrük xidməti mayoru Məmməd Adıgözəlovun aparılmış audit yoxlamalarının nəticələri və Naxçıvan Gömrük Ekspertizası İdarəsinin rəisi, gömrük xidməti mayoru Sərxan Abbasovun gömrük ekspertizası və ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı 2018-ci il ərzində görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub

18-03-2019-21-00 Xəbərlər

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində Batabat Astrofizika Rəsədxan...

Sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib

18-03-2019-20-29 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Naxçıvanda Beynəlxalq Poeziya Günü qeyd edilib

18-03-2019-19-57 Xəbərlər

Naxçıvanda  Beynəlxalq Poeziya Günü qeyd edilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynə...

Naxçıvan Dövlət Universitetində bayram konserti

18-03-2019-19-26 Xəbərlər

Naxçıvan Dövlət Universitetində bayram konserti

Naxçıvan Dövlət Universitetində (NDU) Novruz bayramı tədbirlərinin yekunu olaraq...

Çanaqqala savaşı Naxçıvanda anılıb - FOTOLAR

18-03-2019-18-22 Xəbərlər

Çanaqqala savaşı Naxçıvanda anılıb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki  Naxçıvanda Çanaqqala zəfərinin 104-cü ildönümü təntənəl...

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına yeni sədr seçilib - FOTOLAR

18-03-2019-17-59 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına yeni sədr seçilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının y...

Naxçıvan məktəbliləri Milli İncəsənət Muzeyində olublar

18-03-2019-17-19 Xəbərlər

Naxçıvan məktəbliləri Milli İncəsənət Muzeyində olublar

Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagi...

Ali Məclisin Sədri Fərman imzaladı

18-03-2019-16-58 Xəbərlər

Ali Məclisin Sədri Fərman imzaladı

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nax...

“İdeyadan biznesə” layihəsinin Naxçıvan Turu keçiriləcək - FOTOLAR

18-03-2019-16-00 Xəbərlər

“İdeyadan biznesə” layihəsinin Naxçıvan Turu keçiriləcək - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbu...

Naxçıvanda sabaha olan hava proqnozu

18-03-2019-14-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 19-na gözlənilən hava proqnozu açıqlanıb....

“Elm həftəsi” ilə əlaqədar Əlyazmalar Fondunun tədbiri olub

18-03-2019-12-51 Xəbərlər

“Elm həftəsi” ilə əlaqədar Əlyazmalar Fondunun tədbiri olub

AMEA-nın Naxçıvan Bölməsində “Elm həftəsi” ilə əlaqədar Əlyazmalar Fondunun tədb...

Ali təhsil ocağında növbəti dəyirmi masa keçirilib

18-03-2019-12-30 Xəbərlər

Ali təhsil ocağında növbəti dəyirmi masa keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “No...

Naxçıvan - Azərbaycanda Avropa şəhərlərini xatirladan məkandır - FOTOLAR

18-03-2019-11-51 Xəbərlər

Naxçıvan - Azərbaycanda Avropa şəhərlərini xatirladan məkandır - FOTOLAR

Azərbaycanda Avropa görmək istəyənlər  Naxçıvana gəlsinlər. Regionda Media və Cə...

Təbriz Tibb Elmləri Universitetinin rektoru Naxçıvan Muxtar Respublika Xəstəxanasında olub

18-03-2019-11-03 Xəbərlər

Təbriz Tibb Elmləri Universitetinin rektoru Naxçıvan Muxtar Respublika Xəstəxanasında olub

NUHÇIXAN xəbər verir ki, İranın Şərqi Azərbaycan Vilayətində fəaliyyət göstərən ...

Torpaqlardan qeyri-qanuni istifadə halları aradan qaldırılır

18-03-2019-10-31 Xəbərlər

Torpaqlardan qeyri-qanuni istifadə halları aradan qaldırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpa...

“Ehsan xan Kəngərli” tamaşası şahbuzlu sənətsevərlərə təqdim edilib

17-03-2019-16-42 Xəbərlər

“Ehsan xan Kəngərli”  tamaşası şahbuzlu sənətsevərlərə təqdim edilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Şahbuz rayon Məd...

Şahbuz rayonunda “ Vətənpərvərlik həftəsinə yekun vurulub - FOTOLAR

17-03-2019-10-26 Xəbərlər

Şahbuz rayonunda “ Vətənpərvərlik həftəsinə yekun vurulub - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda keçirilən “Vətənpərvərlik həftəsi” çər...

Naxçıvan Qarnizonu Qoşunlarının növbəti ikitərəfli Komanda-Qərargah təlimi başa çatıb - VİDEO

16-03-2019-19-27 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarının növbəti ikitərəfli Komanda-Qərargah təlimi başa çatıb - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Şərurda aztəminatlı ailəyə köməklik göstərilib

16-03-2019-18-55 Xəbərlər

Şərurda aztəminatlı ailəyə köməklik göstərilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komi...

Növbəti ekoloji monitorinq Naxçıvan şəhərində aparılıb

16-03-2019-18-22 Xəbərlər

Növbəti ekoloji monitorinq Naxçıvan şəhərində aparılıb

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada monitorinqlər davam edir. Növbəti e...

Naxçıvanda sabaha olan hava proqnozu

16-03-2019-16-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvan məktəbliləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

16-03-2019-14-17 Xəbərlər

Naxçıvan məktəbliləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagi...

“Naxçıvan” Universitetində konfrans olub

16-03-2019-13-55 Xəbərlər

“Naxçıvan” Universitetində konfrans olub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Universitetində” “Maliyyə hesabatlarının beyn...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib - FOTOLAR

16-03-2019-12-30 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇI...

Bakılı məktəbli: Qədim Naxçıvan diyarında olmağı çoxdandır arzulayırdım

16-03-2019-12-14 Xəbərlər

Bakılı məktəbli: Qədim Naxçıvan diyarında olmağı çoxdandır arzulayırdım

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində ...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-03-2019-11-57 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin mart ayının ilk 1...

Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyin şagirdləri üçün onlayn sınaq imtahanları keçirilib

16-03-2019-09-52 Xəbərlər

Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyin şagirdləri üçün onlayn sınaq imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul olunmaq ...

Maarifləndirici seminarlar davam edir

15-03-2019-20-59 Xəbərlər

Maarifləndirici seminarlar davam edir

Əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar ...

AMEA-nın Əlyazmalar İnstitutunda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

15-03-2019-20-30 Xəbərlər

AMEA-nın Əlyazmalar İnstitutunda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına...

Ahıllar Evində bayram tədbiri olub

15-03-2019-20-01 Xəbərlər

Ahıllar Evində bayram tədbiri olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a ve...