Xalqımızın yaratdığı, orada öz məişətini, düşüncələrini, adət-ənənələrini, mənəvi və maddi dünya haqqındakı təsəvvürlərini əks etdirdiyi xalçalar mədəniyyətimizin ən dəyərli qollarından biridir.

El sənəti olan xalçaçılıın yaranma tarixi  çox qədim zamanlara gedib çıxır.  Naxçıvan şəhərinin yaxınlığında yerləşən Kültəpə yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı tapılan Neolit və Eneolit dövrlərinə aid cəhrə, Tunc dövrünə aid sadə toxuculuq dəzgahı bu sənətin qədimliyindən xəbər verir.

Naxçıvanda toxuculuğun, həmçinin xalçaçılığın inkişafına səbəb olan bir sıra amillər var. İnsanların qidalanmasında böyük rol oynayan, dadlı ətinə, südünə, toxuculuqda əvəzsiz xammal sayılan yüksək keyfiyyətli yununa olan tələbatla əlaqədar qədim zamanlardan burada qoyunçuluq əsas təsərrüfat sahələrindən birinə çevrilib. Bu isə xalçaçılığın inkişafı üçün münbit şərait yaradıb.

Mənbələrin verdiyi məlumata görə, Culfa bölgəsinin xalçaçılıqda geniş istifadə edilən, təbii boyaq bitkisi olan boyaqotu ilə zənginliyi də ərazidə bu sahənin inkişafını şərtləndirən amillərdən biridir. Həmçinin qeyd olunan ərazinin dünyanın digər yerlərində çox da rast gəlinməyən, boyaqçılıqda əvəzsiz xammal hesab edilən qırmızı böcəklə zəngin olması da xalçaçılığın yüksək səviyyədə inkişafı üçün zəmin  hazırlayıb. O dövrdə Culfa və ətraf yerlərdə toplanan boyaqotu və qırmızı böcək yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılır və həmin bazarlarda yüksək qiymətləndirilirdi. Ona görə də Culfa Orta əsrlər zamanı boyaqotu ixrac edən mühüm mərkəzə çevrilmişdi.

Rayonumuzda  bu sənətlə məşğul olan qadınlarımız çox olub. Boyəhməd, Teyvaz, Xanəgah, Qazançı, Yaycı və başqa kəndlərdə hanalar qurulmuş, xalçalar toxunmuş, evlərin yaraşığı, qız-gəlinlərin cehizlikləri olmuşdur. Rayonumuzun kəndlərində toxunan xalçalarda insanların məişəti, adətləri və təbiət təsvirləri öz canlı əksini tapıb. Xüsusən də yaradılış və dəvə karvanları ilə ifadə olunan əbədi həyat və həyat ağacı məfhumları o dövrdəki mifoloji dünyagörüşün nə qədər inkişaf etdiyini göstərir.

Rayon Tarix-Diyarşünaslıq Muzeyində nümayiş olunan bu xalçalar Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir. “Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”, – deyən ulu öndər Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda milli dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirib. Bu siyasi xətti uğurla davam etdirən ölkə rəhbərliyi tərəfindən görülən işlərin məntiqi nəticəsi kimi Azərbaycan xalçaları YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça emalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı və Naxçıvan xalçaçılıq məktəbinin daha dərindən öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2018-ci il 9 aprel tarixli Sərəncamı  ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu el sənətinə göstərilən qayğının bariz nümunəsidir.

Xalçaçılıq sənətinin yaşadılması, onun xüsusiyyətlərinin gənc­lərə aşılanması məqsədilə Qazançı kənd Mədəniyyət Evində “Xalçaçılıq” dərnəyi açılıb. Hal-hazırda burada Mədəniyyət Evinin işçiləri tərəfindən xalça toxunur. Gələcəkdə bu dərnəyə uşaq və yeniyetmələrin cəlb edilməsi nəzərdə tutulub. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar toxunan ilk xalçada bu tədbirin loqosu öz əksini tapmışdır. Qazançı kənd Mədəniyyət Evində yaradılan bu dərnək gələcəkdə rayonun digər kəndlərindəki klub və mədəniyyət evlərində yaradılacaq dərnəklər üçün stimul rolunu oynayır. Hazırda  Yaycı, Boyəhməd və Teyvaz kəndlərində bu dərnəklərin açılması nəzərdə tutulub.

 

Nuriyyə Musayeva

Qazançı kənd Mədəniyyət Evinin müdiri

“Arazın səsi ” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Gözəlləşən Dəstə kəndi

19-01-2019-19-14 Xəbərlər

Gözəlləşən Dəstə kəndi

Qədim diyarımızın bütün bölgələri kimi, Ordubad rayonuna da muxtar respublikada ...

Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub

19-01-2019-18-43 Rəsmi

Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub

Yanvarın 19-da Naxçıvanda bir şəhid ailəsinə və bir Azərbaycan Vətən Müharibəsi ...

Ali təhsil ocağının kollektivi Şahtaxtinskilər Muzeyində olub

19-01-2019-17-42 Xəbərlər

Ali təhsil ocağının kollektivi Şahtaxtinskilər Muzeyində olub

NUHÇIXAN xəbər verir ki, muzey günləri çərçivəsində Naxçıvan Dövlət Universiteti...

Bu il Naxçıvanda “Ailə təsərrüfatları ili”dir

19-01-2019-17-21 Xəbərlər

Bu il Naxçıvanda “Ailə təsərrüfatları ili”dir

Təcrübə sübut edir ki, ailə təsərrüfatları ölkə iqtisadiyyatının inkişafında xüs...

Kinq-boksçular muzeyi gəziblər

19-01-2019-16-59 Xəbərlər

Kinq-boksçular muzeyi gəziblər

NUHÇIXAN xəbər verir ki, Şərur Rayon Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar...

Fövqəladə Hallar Nazirliyində 20 Yanvarla bağlı tədbir keçirilib

19-01-2019-16-13 Xəbərlər

Fövqəladə Hallar Nazirliyində 20 Yanvarla bağlı tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...

Sədərəkdə 20 Yanvar faciəsi anılıb

19-01-2019-15-31 Xəbərlər

Sədərəkdə 20 Yanvar faciəsi anılıb

NUHÇIXAN xəbər verir ki, “20 Yanvar” faciəsinin 29-cu il dönümü ilə əlaqədar Səd...

Ordubad rayonu ərazisində ekoloji monitorinq aparılıb

19-01-2019-14-42 Xəbərlər

Ordubad rayonu ərazisində ekoloji monitorinq aparılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Ötən günün mənzərəsi - VİDEO

19-01-2019-13-59 Xəbərlər

 Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il

19-01-2019-13-30 Xəbərlər

Naxçıvan SSRİ-nin tərkibindən necə ayrıldı: 19 yanvar 1990-cı il

1990-cı ilin yanvarında bir tərəfdən erməni təcavüzü digər tərəfdən isə o zamank...

20 Yanvar faciəsi "Naxçıvan" Universitetində qeyd edilib

19-01-2019-12-59 Xəbərlər

20 Yanvar faciəsi "Naxçıvan" Universitetində qeyd edilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində “20 Yanvar faciəsi tariximiz...

Babək Rayon Xalq Teatrı on yaşını qeyd edir

19-01-2019-12-16 Xəbərlər

Babək Rayon Xalq Teatrı on yaşını qeyd edir

Professional teatrların formalaşmasında baza rolunu oynayan xalq teatrları bu gü...

Məktəblilər arasında şeir müsabiqəsi başa çatıb

18-01-2019-21-51 Xəbərlər

Məktəblilər arasında şeir müsabiqəsi başa çatıb

NUHÇIXAN xəbər verir ki, Culfa şəhər 3 nömrəli tam orta məktəbində  Gənclər və İ...

“Sağlam uşaqlarla sağlam gələcəyə” adlı kitabın təqdimatı keçirili

18-01-2019-21-28 Xəbərlər

“Sağlam uşaqlarla sağlam gələcəyə” adlı kitabın təqdimatı keçirili

NUHÇIXAN xəbər verir ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uş...

Kərki harayı - VİDEO

18-01-2019-20-28 Xəbərlər

Kərki harayı - VİDEO

Bu gün Kərkinin  Ermənistan tərəfindən  işğal olunmasından 29  il ötür.

Şahmat üzrə yarışda kənd komandaları güclərini sınayıblar

18-01-2019-19-29 Xəbərlər

Şahmat üzrə yarışda kənd komandaları güclərini sınayıblar

Naxçıvan  Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ...

Naxçıvan Şəhər İcra Hakimiyyətində müşavirə olub - FOTOLAR

18-01-2019-18-30 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində müşavirə olub - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2018-ci ilin sosial-...

Oğullar əsgər gedir

18-01-2019-17-52 Xəbərlər

Oğullar əsgər gedir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmə...

Muxtar respublika iqtisadiyyatına 103 milyon manata yaxın kredit yönəldilib

18-01-2019-17-15 Xəbərlər

Muxtar respublika iqtisadiyyatına 103 milyon manata yaxın kredit yönəldilib

NUHÇIXAN xəbər verir ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində ...

AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib

18-01-2019-16-52 Xəbərlər

AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsi ilə əlaqədar  tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində keçirilən tədbirdə  əvvəlcə  2...

Naxçıvanda sabaha olan hava proqnozu

18-01-2019-16-07 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 19-na gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda şagirdlər arasında keçirilən şahmat birinciliyinə yekun vurulub

18-01-2019-12-19 Xəbərlər

Naxçıvanda şagirdlər arasında keçirilən şahmat birinciliyinə yekun vurulub

Naxçıvan Şahmat Mərkəzində Naxçıvan şəhər tam orta məktəblərinin komandaları ara...

Daimi nümayəndəlikdə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

18-01-2019-11-56 Xəbərlər

Daimi nümayəndəlikdə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nü...

Özünüməşğulluq proqramına cəlb edilən şəxslərlə maarifləndirmə tədbiri keçirilib

18-01-2019-11-12 Xəbərlər

Özünüməşğulluq proqramına cəlb edilən şəxslərlə maarifləndirmə tədbiri keçirilib

NUHÇIXAN xəbər verir ki, Özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya e...

Muxtar respublikanın daxili işlər orqanları hərtərəfli qayğı ilə əhatə olunub

18-01-2019-10-04 Xəbərlər

Muxtar respublikanın daxili işlər orqanları hərtərəfli qayğı ilə əhatə olunub

95 illik yubileyini qeyd edən Naxçıvan polisi yarandığı gündən şərəfli yol keçər...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi-95

18-01-2019-00-30 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi-95

1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə ...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi-95

18-01-2019-00-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi-95

Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yar...

“Əli və Nino” əsərinin müzakirəsi olub

17-01-2019-21-29 Xəbərlər

“Əli və Nino” əsərinin  müzakirəsi olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində  Qurban Səidin “Əli və Nino” ə...

Məktəblilər vətənpərvərlik ruhunda olan filmə baxıblar

17-01-2019-20-32 Xəbərlər

Məktəblilər vətənpərvərlik ruhunda olan filmə baxıblar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 16№-li tam orta məktəbdə aprel döyüşləri...

Gənclər xatirə muzeyində olublar - FOTOLAR

17-01-2019-19-37 Xəbərlər

Gənclər xatirə muzeyində olublar - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, bu gün gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ...