Məşhur ingilis dramaturqu Uilyam Şekspirin “Hamlet” əsərində Hamletin bir sualı var – “Günahkar bəndələr doğub törətməyin nə mənası var?”,  fransız yazıçı Antuan de Sent  Ekzüperinin “Balaca şahzadə” əsərində Balaca Şahzadənin sualı isə belədir: “İnsanlar hanı?”

Təbii ki, bu kimi suallar ədəbiyyatda hər zaman oxucunu düşünməyə vadar edib. Bəs dərin bir dəryada-ədəbiyyatda bu sualları bizə yazarların dili ilə kimlər ünvanlayır?!  Əlbəttə, ədəbi qəhrəmanlar…

Uzun illərdir ki, müxtəlif dövrlərdə yazılan əsərlərdə və mükəmməl ədəbiyyatın yaratdığı bu qəhrəmanlar cəmiyyət üçün ideal hesab olunur. İnsanlar özünü onlara oxşatmağa çalışır. Ədəbiyyat həvəskarı olan hər kəsin ya gizli, ya da aşkar bir qəhrəmanı olur. Məsələn Sovet dövründə yazılan bır sıra əsərlərin qəhrəmanları hətta məqsədi şəkildə geniş  təbliğ olunurdu. Gənclər isə çox vaxt bu qəhrəmanlara baxıb öz gələcək yollarını seçirdilər. Məsələn,  hüquq fakültəsində oxuyan tələbələr Süleyman Rəhimovun “Mehman” povestində Mehmanı, inzibati işlərdə çalışanlar Mirzə İbrahimovun “Böyük dayaq” əsərində Rüstəm kişini, öz sözünü qorxub çəkinmədən deyən zəhmətkeş qadınlarımız Sabit Rəhmanın ssenarı müəllifi olduğu “Əhməd haradadır” filmində Nərgiz xala obrazını, vurub-tutan  romantik gənclər isə Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərində Zauru özlərinə qəhrəman seçirdilər. Bu isə cəmiyyətdə ədəbiyyatın nüfuz göstəricisini daha da artırırdı. Amma bir faktda var idi ki, Sovet dövründə yaranan qəhrəmanlar daha çox ideoloji qəhrəmanlar idilər və onların hərəsi ayrı-ayrılıqda bir ideologiyaya xidmət edirdilər. Burada əmək qəhrəmanları, inqilabçılar müsbət qəhrəmanlar kimi təsvir olunurdu. Yazıçılar onları daha çox iş başında, peşə fəaliyyəti zamanı təsvir edirdi. Hadisələr də  kolxozlarda, zavodlarda baş verirdi. Bütün pis cəhətlər isə “mənfi qəhrəman” adlandırılan  obrazların üzərinə yönəlirdi. Əvvəlki dövrlərdə qələmə alınan əsərlərdən bir-iki cümlə oxuyandan sonra başa düşürdün ki, bu mənfi, ya da müsbət qəhrəmandır.

Çağdaş ədəbiyyatımızda isə bu qəhrəmanlarla vəziyyət bir qədər başqa cürdür. İndi onları ayırd etmək çətindir. Müasir  ədəbiyyatda daha çox  konkret  insan obrazı var. O insan ki, onun emosiyaları, hissləri mənfi də olur, müsbət də, nifrət də edir, sevir də, həm real olur, həm də ideal.

Ədəbiyyat elə bir sahədir ki, insan bu sahəyə bağlansa, həyatının müəyyən məqamları ilə bağlı hadisələri mütləq orada görə bilər. Təbii ki, hər bir oxucunun da öz qəhrəmanı olur. Yarandığı vaxtlardan başlayaraq ədəbi qəhrəmanlar insanların sevimlisinə çevrilib. Statistika göstərir ki, minlərlə insan “Leyli və Məcnun” əsərindən zövq alaraq öz övladlarına Leyli, Qeys, hətta Məcnun adlarını qoyublar, Səməd Vurğunun “Aygün” poemasından sonra bu ad geniş yayıldı. Eləcə də Cəfər Cabbarlının ədəbi qəhrəmanları cəmiyyətimizdə Sevil, Aydın, Oqtay, Gülər, Sevər, Yaşar kimi adların yaranmasına səbəb oldu.

Müstəqillik illərindən sonra yaranan ədəbiyyatda qəhrəman obrazı kifayət qədərdir. Amma müəyyən vaxtlarda kütləvi şəkildə  mütaliə səviyyəsi aşağı düşdüyü üçün onlar o qədər də müzakirə obyektinə çevrilə bilmir. Lakin bir həqiqət var ki, ədəbiyyat cəmiyyətdən və baş verən hadisələrdən qaynaqlanır. Onun qəhrəmanlarının bir qismi yazıçının öz təxəyyülü olsa da, bəziləri real insanların prototipidir. Sadəcə müasir dövrdə bu qəhrəmanları yaratmaq və geniş şəkildə oxucuya sevdirmək lazımdır.

Bu da faktdir ki, Azərbaycanın qəhrəmanlıq ənənəsi, bu torpaqda doğulub, böyüyüb boya-başa çatan hər bir igidimiz, xalqın qəlbində, düşüncəsində qəhrəmana çevrilir. Bunun yaşadan isə ədəbiyyat olmalıdır. Şairlərimiz, yazıçılarımız öz əsərlərində xəyalı qəhrəmanlar yaratdıqları kimi müstəqil Azərbaycanın qəhrəmanlarını real boyalarla canlandırmağı da bacarmalıdırlar. Ədəbiyyat insanları obraza çevirərək xalqın yaddaşında yaşadır və tanıdır.

Bir faktı da qeyd edək ki, ədəbi qəhrəmanlar təkcə müharibə qəhrəmanları deyil, onlar sevgi, dostluq, ailə qəhrəmanları da ola bilər. Önəmli olan odur ki, bu qəhrəmanlar oxucu duyğularını riqqətə gətirə bilsin. Başqa sözlə desək, hər kəs oxuduğu bədii əsərlərdəki surətlərin arasında öz xarakterinə, həyata baxışlarına uyğun gələn ədəbi qəhrəman seçir və hətta onu öz idealı sanır. Amma təəssüflər olsun ki, bu gün kitab oxumaq, ədəbi qəhrəmanları sevmək, onları ideal kimi qəbul etmək ənənəsi haradasa 30 il qabaqkı dövrlə müqayisədə olduqca azalıb.  Buna görə də ədiblərin üzərinə bu cür qəhrəmanları yaratmaq və oxucuya sevdirmək kimi şərəfli bir vəzifə düşür. Təbii ki, bu qəhrəmanları sevmək və sevdirmək həmdə oxucuların da işidir.

Təbii ki, muxtar respublikada bu ənənəni bərpa etmək və gəncləri düzgün istiqamətə yönəltmək üçün çox vacib bir addım atılıb – “Oxunması zəruri olan” kitabları nəzərdə tuturuq. Çünki böyük qəhrəmanlıq poeziyasının yaranması üçün bizə qəhrəmanlığa susamış qəhrəman oxucular da  lazımdır. 

Mətin Abbaslı

Naxçıvan Televiziyasının əməkdaşı

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub

18-03-2019-21-00 Xəbərlər

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub

AMEA Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində Batabat Astrofizika Rəsədxan...

Sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib

18-03-2019-20-29 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Naxçıvanda Beynəlxalq Poeziya Günü qeyd edilib

18-03-2019-19-57 Xəbərlər

Naxçıvanda  Beynəlxalq Poeziya Günü qeyd edilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynə...

Naxçıvan Dövlət Universitetində bayram konserti

18-03-2019-19-26 Xəbərlər

Naxçıvan Dövlət Universitetində bayram konserti

Naxçıvan Dövlət Universitetində (NDU) Novruz bayramı tədbirlərinin yekunu olaraq...

Çanaqqala savaşı Naxçıvanda anılıb - FOTOLAR

18-03-2019-18-22 Xəbərlər

Çanaqqala savaşı Naxçıvanda anılıb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki  Naxçıvanda Çanaqqala zəfərinin 104-cü ildönümü təntənəl...

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına yeni sədr seçilib - FOTOLAR

18-03-2019-17-59 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına yeni sədr seçilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının y...

Naxçıvan məktəbliləri Milli İncəsənət Muzeyində olublar

18-03-2019-17-19 Xəbərlər

Naxçıvan məktəbliləri Milli İncəsənət Muzeyində olublar

Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagi...

Ali Məclisin Sədri Fərman imzaladı

18-03-2019-16-58 Xəbərlər

Ali Məclisin Sədri Fərman imzaladı

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nax...

“İdeyadan biznesə” layihəsinin Naxçıvan Turu keçiriləcək - FOTOLAR

18-03-2019-16-00 Xəbərlər

“İdeyadan biznesə” layihəsinin Naxçıvan Turu keçiriləcək - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbu...

Naxçıvanda sabaha olan hava proqnozu

18-03-2019-14-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 19-na gözlənilən hava proqnozu açıqlanıb....

“Elm həftəsi” ilə əlaqədar Əlyazmalar Fondunun tədbiri olub

18-03-2019-12-51 Xəbərlər

“Elm həftəsi” ilə əlaqədar Əlyazmalar Fondunun tədbiri olub

AMEA-nın Naxçıvan Bölməsində “Elm həftəsi” ilə əlaqədar Əlyazmalar Fondunun tədb...

Ali təhsil ocağında növbəti dəyirmi masa keçirilib

18-03-2019-12-30 Xəbərlər

Ali təhsil ocağında növbəti dəyirmi masa keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “No...

Naxçıvan - Azərbaycanda Avropa şəhərlərini xatirladan məkandır - FOTOLAR

18-03-2019-11-51 Xəbərlər

Naxçıvan - Azərbaycanda Avropa şəhərlərini xatirladan məkandır - FOTOLAR

Azərbaycanda Avropa görmək istəyənlər  Naxçıvana gəlsinlər. Regionda Media və Cə...

Təbriz Tibb Elmləri Universitetinin rektoru Naxçıvan Muxtar Respublika Xəstəxanasında olub

18-03-2019-11-03 Xəbərlər

Təbriz Tibb Elmləri Universitetinin rektoru Naxçıvan Muxtar Respublika Xəstəxanasında olub

NUHÇIXAN xəbər verir ki, İranın Şərqi Azərbaycan Vilayətində fəaliyyət göstərən ...

Torpaqlardan qeyri-qanuni istifadə halları aradan qaldırılır

18-03-2019-10-31 Xəbərlər

Torpaqlardan qeyri-qanuni istifadə halları aradan qaldırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpa...

“Ehsan xan Kəngərli” tamaşası şahbuzlu sənətsevərlərə təqdim edilib

17-03-2019-16-42 Xəbərlər

“Ehsan xan Kəngərli”  tamaşası şahbuzlu sənətsevərlərə təqdim edilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Şahbuz rayon Məd...

Şahbuz rayonunda “ Vətənpərvərlik həftəsinə yekun vurulub - FOTOLAR

17-03-2019-10-26 Xəbərlər

Şahbuz rayonunda “ Vətənpərvərlik həftəsinə yekun vurulub - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda keçirilən “Vətənpərvərlik həftəsi” çər...

Naxçıvan Qarnizonu Qoşunlarının növbəti ikitərəfli Komanda-Qərargah təlimi başa çatıb - VİDEO

16-03-2019-19-27 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarının növbəti ikitərəfli Komanda-Qərargah təlimi başa çatıb - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Şərurda aztəminatlı ailəyə köməklik göstərilib

16-03-2019-18-55 Xəbərlər

Şərurda aztəminatlı ailəyə köməklik göstərilib

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komi...

Növbəti ekoloji monitorinq Naxçıvan şəhərində aparılıb

16-03-2019-18-22 Xəbərlər

Növbəti ekoloji monitorinq Naxçıvan şəhərində aparılıb

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada monitorinqlər davam edir. Növbəti e...

Naxçıvanda sabaha olan hava proqnozu

16-03-2019-16-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 17-nə gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvan məktəbliləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

16-03-2019-14-17 Xəbərlər

Naxçıvan məktəbliləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagi...

“Naxçıvan” Universitetində konfrans olub

16-03-2019-13-55 Xəbərlər

“Naxçıvan” Universitetində konfrans olub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Universitetində” “Maliyyə hesabatlarının beyn...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib - FOTOLAR

16-03-2019-12-30 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇI...

Bakılı məktəbli: Qədim Naxçıvan diyarında olmağı çoxdandır arzulayırdım

16-03-2019-12-14 Xəbərlər

Bakılı məktəbli: Qədim Naxçıvan diyarında olmağı çoxdandır arzulayırdım

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində ...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-03-2019-11-57 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin mart ayının ilk 1...

Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyin şagirdləri üçün onlayn sınaq imtahanları keçirilib

16-03-2019-09-52 Xəbərlər

Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyin şagirdləri üçün onlayn sınaq imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul olunmaq ...

Maarifləndirici seminarlar davam edir

15-03-2019-20-59 Xəbərlər

Maarifləndirici seminarlar davam edir

Əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar ...

AMEA-nın Əlyazmalar İnstitutunda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

15-03-2019-20-30 Xəbərlər

AMEA-nın Əlyazmalar İnstitutunda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına...

Ahıllar Evində bayram tədbiri olub

15-03-2019-20-01 Xəbərlər

Ahıllar Evində bayram tədbiri olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a ve...