Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda sərbəst güləş üzrə muxtar respublika birinciliyinə yekun vurulub

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında muxtar respublika birinciliyinə yekun vurulub.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə  Naxçıvan komandası ilə yanaşı Sədərək, Şərur, Şahbuz və Babək komandalarının tərkibində 60-a yaxın idmançı qüvvəsini sınayıb. Dünən start götürən yarışın bu gün final görüşləri keçirilib. 8 çəki dərəcəsində birincilik üçün yarışan idmançıların mübarizəsi maraqlı anlarla yadda qalıb.

Nəticələrə gəlincə 57 kq çəki dərəcəsində Murad Quliyev, 61 kq çəkidə Sadiq Səfərov, 65 kq çəki dərəcəsində Ural Hüseynov, 70 kq çəkidə Məhərrəm Quliyev, 74 kq çəki dərəcəsində Məzahir İsmayılov, 86 kq çəkidə Salam Qəribov, 97 kq çəki dərəcəsində Elməddin Abdullayev və 125 kq çəkidə Bahadur Əhmədov muxtar respublika birincisi adına yiyələniblər. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdikləri birinciliyin sonunda qaliblərə təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.

 

Elvir Qasımzadə

NTV xəbər

www.naxcivantv.az