Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Şahbuz rayonunda yeni qoz bağı salınıb

 Şahbuz rayonunun İşgəsu masivindəki  3 hektarlıq ərazidə yeni cəviz bağı salınıb. Naxcivantv.az xəbər verir ki, Muxtar respublikada artıq, payız yaşıllaşdırma işlərinə başlanılıb.

Ağac  əkini əsasən kənd təsərrüfatı üçün əlverişsiz olan ərazilərdə həyata keçirilir. Şahbuz rayonunda yaşıllaşdırma işlərinin genişləndirilməsi tədbirləri nəticəsində  İşgəsu masivində bu gün daha  3 hektarlıq ərazidə yeni qoz bağı salınıb. Ayrılmış ərazidə əvəlcədən  torpaq işləri aparılıb, tinglərin əkilməsi üçün çalalar qazılıb, suvarıma  tədbirləri görülüb. Yeni salınan bağa 1100 cəviz ağacı əkilib. Əkilən tinklər yerli şəraitə uyğun məhsuldar toxum sortlarından əldə olunub.

 Qeyd edək ki, Naxçıvanda son 20 ildə yaşıllıqların ümumi sahəsi 0,6 faizdən 13 faizə qədər artıb. 1990-cı illərin əvvəllərində insanların enerji ehtiyatı kimi baxdıqları yaşıllıqların bu qədər artmasının səbəbi Naxçıvanın təbii qaz və elektirik enerjisi ilə tam təminatı və əhalinin təbiətə göstərdiyi qayğıdır. Qeyd edək ki, İşgəsu massivində yaşıllaşdırma tədbirləri iməcilik günlərində də davam etdiriləcək.



Vüsal Muradov

NTV xəbər

www.naxcivantv.az