Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Diaqnostika  Müalicə Mərkəzinin həkimləri Babək Rayon Mərkəzi Xəstəxanasında olub, əhaliyə yerində pulsuz tibbi xidmət göstərib, 8 nəfərdə cərrahi əməliyyat aparıblar.

Həkimlər 20-dən çox xəstəni müayinə edib, qalaxanvari vəzi, öd kisəsi, uşaqlıq və digər orqanlarda müxtəlif cərrahi əməliyyatlar həyata keçiriblər. Əməliyyatlarda 4 həkim, 2 anestezioloq və 6 tibb bacısı iştirak edib.

Azərbaycan Respublikasının əməkdar həkimi, Diaqnostika  Müalicə Mərkəzinin reanimasiya-anesteziologiya şöbəsinin müdiri Ənvər Şıxəliyev əməkdaşımıza deyib ki, muxtar respublikanın bütün rayon mərkəzi xəstəxanalarında  yaradılan şərait və müasir  tibbi avadanlıqlar müayinə və əməliyyatları uğurla həyata keçirməyə imkan verir.

Qeyd edək ki, vətəndaşlara yerində pulsuz tibbi xidmətlərin göstərilməsi növbəti günlərdə də davam etdiriləcək.

 

Şahmərdan Əhmədli

NTV xəbər

www.naxcivantv.az