- Ətraflı
- Bölüm: Xəbərlər
Naxçıvanda ən çox sevilən bayramlardan biri də Xıdır Nəbi bayramıdır. Rəvayətə görə Xızır peyğəmbər həmin gün yurdumuza gəlir, özü ilə istilik, yaz nəfəsi, elə şəfa gətirir. Bu Tanrının yurdumuza olan lütfündən yaranmış inamdır.
Mərhum tarixçi-etnoqraf, tarix elmləri doktoru Qadir Qədirzadə öz araşdırmalarında yazırdı ki, Naxçıvanın bir sıra kəndlərində və Naxçıvan şəhərində fevral ayında, yəni qışın oğlan çağında kiçik çillə tüğyan edən vaxt xalq arasında Xıdır Nəbi adlanan mərasim keçirilir. Etnoqrafik materiallara söykənərək demək olar ki, bayram Kiçik Çillənin onuncu günü, yəni fevralın 9-da qeyd olunur. Həmin mərasimlərdə məqsəd istiliyi çağırmaq, qışı yola salmaqdır.
Naxçıvanda Xıdır Nəbinin ərzaq kimi əsas simvolu qovurğa və qovut hesab edilir. Həmin gün evlərdə qovurğa ilə bərabər çətənə, küncüt, günəbaxan tumu, şabalıd, badam, noxud qovrulur. Qovrulmuş toxumlar buğda qovurğası ilə qarışdırılır. Qarışığa iydə, kişmiş, mövüz və başqa çərəzlər də qatılır. Qovurğa kirkirədə çəkilir və qovut hazırlanır. Quru qovutu yemək çətin olduğundan ona doşab, şəkər tozu əlavə edib ovurlar.
Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə pay aparmaq adəti də var.
Bundan başqa “Xıdır axşamı” şər qarışandan sonra oğlanlar əllərinə dəyənək və torba götürüb qapı-qapı gəzər və Xıdır Nəbiyə xalqın illərlə qəlbində yaşatdığı ən səmimi istəklərini bildirər, Xıdır adına pay yığarlar:
Xıdıra Xıdır deyəllər,
Xıdırın payın verəllər.
Mən Xıdırın nəyiyəm?
Ayağının nalıyam,
Xanım, ayağa dursana,
Yükün dalın açsana.
Torbanı doldursana,
Qonağı yola salsana.
Yalnız bu parçanı dedikdən sonra qapılar açılar və bayram payı verilər. Qovurğadan həyətdəki toyuq-cücəyə də atarlar ki, qışdan çıxmış toyuqlar tezliklə yumurta versinlər.
Qadir Qədirzadənin yazdığına görə, bütün bunlar Xıdır Nəbi, Xıdır İlyasla bağlı xalq arasında olan adət və inamlardır. Elmi ədəbiyyatlarda, yazılı mənbələrdə Xıdır Nəbi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Lakin adətin Xızır peyğəmbərin şərəfinə keçirildiyi, ondan kömək umulduğu açıq-aydın görünməkdədir:
Xıdır Nəbi, Xıdır İlyas,
Bitdi çiçək, oldu yaz!
Hər bir xalqın adət-ənənələri onun milli dəyərləridir. Min illərin dərin qatlarından süzülüb gələn adət və ənənələrimizi, onlarla bağlı xalq mərasimlərini qorumaq, olduğu kimi gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
Qoy yaşanan hər günümüz bayram əhval-ruhiyyəli, bayram sevincli olsun!
Bölmənin digər xəbərləri
Fazil Ələkbərov Dünya Şotokan Federasiyanın birinci vitse-prezidenti seçilib
06-12-2019-19-53 Xəbərlər

Dünya Şotokan Federasiyasının prezidenti Esat Delihasanın rəhbərlik etdiyi nümay...
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06-12-2019-19-22 Rəsmi

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tü...
Türkiyə Respublikasının Ticarət nazirinin müavini Naxçıvanda - VİDEO
06-12-2019-18-57 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza T...
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
06-12-2019-18-30 Rəsmi

Muxtar respublikada qurulan qapalı suvarma şəbəkələri kənd yerlərində əhalinin m...
Qış mövsümündə ehtiyatlı olaq
06-12-2019-18-17 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...
Özgüvənin həyatımızdakı rolu müzakirə olunub
06-12-2019-17-53 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində gənclərə “Fərdi inkişaf təli...
Mülki müdafiə işinin təşkili ilə bağlı yekun tədbir keçirilib
06-12-2019-16-06 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...
Bu ilin ötən dövründə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 800-dən çox elmi əsəri çap olunub
06-12-2019-14-42 Xəbərlər

2019-cu ildə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 18 monoqrafiyası, 8 kitabı, 1 ...
Naxçıvanda Hüseyn Cavidin anım günü qeyd olunub
06-12-2019-14-00 Xəbərlər

Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lid...
Məktəblilər Heydər Əliyev Muzeyini ziyarət ediblər
06-12-2019-13-32 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və...
Yüksəkixtisaslı kadrlar hazırlanır
06-12-2019-12-49 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...
Hakimlər Komitəsinin sədri Naxçıvanda səfərdədir
06-12-2019-12-28 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) H...
Ötən günün mənzərəsi - VİDEO
06-12-2019-11-23 Xəbərlər

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...
Daimi nümayəndəliyin rəhbəri rəsmi tədbirdə iştirak edib
06-12-2019-11-02 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...
“Naxçıvan” Universitetinin rektoru kollektivə təqdim olundu - VİDEO
05-12-2019-21-20 Xəbərlər

Dekabrın 5-də “Naxçıvan” Universitetinin rektoru vəzifəsinə təyin edilən Nurlana...
Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı olub
05-12-2019-19-32 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fa...
Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM
05-12-2019-17-54 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də Nu...
Ekskursiya işinin təbliği diqqət mərkəzində
05-12-2019-16-57 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin ...
Gülüstan türbəsində açıq dərs
05-12-2019-15-53 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin tələbələri üçün Gülüstan tür...
Naxçıvanda Beynəlxalq Könüllülər Günü qeyd olunub
05-12-2019-12-24 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatç...
Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib
05-12-2019-12-01 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...
Naxçıvan cüdoçusu birinciliyin qalibi olub
05-12-2019-11-42 Xəbərlər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yeti...
Naxçıvana ilk səfərimin təəssüratları
05-12-2019-11-23 Xəbərlər

Muxtar respublikamız öz füsunkar gözəlliyi və zəngin təbii sərvətləri, müasir in...
Ötən günün mənzərəsi - VİDEO
05-12-2019-10-21 Xəbərlər

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...
Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib
04-12-2019-20-35 Rəsmi

NUHÇIXAN xəbər verir ki, dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx...
Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
04-12-2019-20-20 Rəsmi

Dekabrın 4-də Naxçıvanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahş...
Mübariz Qurbanlı Naxçıvanda jurnalistlərə müsahibə verib - VİDEO
04-12-2019-20-00 Xəbərlər

Ordubad rayonun Dırnıs kəndində istifadəyə verilən Allahşükür məscidinin açılışı...
Hikmət Babaoğlu: “Hər kəs ən azından bir dəfə Naxçıvana gəlməlidir” - VİDEO
04-12-2019-19-46 Xəbərlər

Tanınmış jurnalist, ziyalı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Bab...
Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Naxçıvanla bağlı fikirlərini bölüşüb - VİDEO
04-12-2019-19-31 Xəbərlər

Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Ordubad rayonun Dırnıs kəndin...
Arxiyepiskop Aleksandr: “Sevindirici haldır ki Nuh peyğəmbərin məzarı məhz Naxçıvandadır” - VİDEO
04-12-2019-19-15 Xəbərlər

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ordubad rayonun Dırnıs...